Bizə yazın

Baku

-°C

USD

-

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi

Milli Məclisin deputatı Zaur Şükürovun açıqlaması:Prezident cənab İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Dublinə səfəri və baş tutan ikitərəfli görüşlər ölkəmizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artdığını bir daha nümayiş etdirdi. 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı və əsas mövzusu “Avropa - güclü, təhlükəsiz və əlaqəli” olan toplantının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları, əlçatan enerji, təhlükəsizlik və müdafiə dayanırdı. Qeyd olunan istiqamətlərin müzakirə mövzuları olaraq müəyyənləşdirilməsi müasir çağırışlar fonunda diqqət çəkir. Eyni zamanda, bu mövzuların Azərbaycanın prioritetləri (enerji...

Zahid Oruc: “Ev təsərrüfatlarında bütün aktivlərin uçotu vergiyə cəlb etmək məqsədi daşımır”…

Zahid Oruc: “Ev təsərrüfatlarında bütün aktivlərin uçotu vergiyə cəlb etmək məqsədi daşımır”…

2027-ci ilin dövlət büdcəsi layihəsini xalqımızın tarixi Zəfərinin altıncı ildönümü günlərində müzakirə edirik. Vətən müharibəsində Qələbə uzun illər torpaqlarımızın işğalını aradan qaldırmağa yönələn büdcə siyasətindən yeni milli hədəflərə, Azərbaycan iqtisadiyyatı qarşısında inkişaf perspektivlərinə yol açır. 2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələrin getdiyi günlərdə noyabrın 6-da Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Cəbrayıl, Zəngilan və Ağdamda doğma torpaqlarına qayıdan sakinlərlə görüşür, ailələrə yeni evlərinin açarlarını təqdim edir, istehsal müəssisələrinin açılışında iştirak edirdilər.Qlobal təhlükələr şəraitində dövlət büdcəsinin mühüm hərbi və sosial xərclərin artırılması təqdirəlayiqdir. Lakin büdcə müzakirələrinin aparıldığı son bir həftədə informasiya məkanımızda təəssüflər...

Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib

Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış "YouTube" kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir.CityPost.az  xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.Qeyd edilib ki, sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir:"Bu kanal əvvəllər də ölkəmizə münasibətdə sistematik şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatların yayılması...

17:11

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi

Milli Məclisin deputatı Zaur Şükürovun açıqlaması:Prezident cənab İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Dublinə səfəri və baş tutan ikitərəfli görüşlər ölkəmizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artdığını bir daha nümayiş etdirdi. 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı və əsas mövzusu “Avropa - güclü, təhlükəsiz və əlaqəli” olan toplantının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları, əlçatan enerji, təhlükəsizlik və müdafiə dayanırdı. Qeyd olunan istiqamətlərin müzakirə mövzuları olaraq müəyyənləşdirilməsi müasir çağırışlar fonunda diqqət çəkir. Eyni zamanda, bu mövzuların Azərbaycanın prioritetləri (enerji...

14:25

Bu dəfə general qızı onu məhkəməyə verdi

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayev barəsində Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi təqdim olunub.CityPost.az  Gununsesi.info-ya istinadla xəbər verir ki, ərizəçi Türkər Əliyeva dövlət məmurunu böhtan, təhqir, hədə-qorxu və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.Şikayət ərizəsində bildirilir ki, Türkər Əliyeva Abşeron rayonu ərazisində yerləşən 10 hektar 20 sot torpaq sahəsini satmaq niyyətində olub. Onun sözlərinə görə, torpağın satış qiyməti Ceyhun Rzayevlə razılaşma əsasında 1 milyon 500 min manat müəyyən edilib. Rzayevin bu razılaşma çərçivəsində ilkin ödəniş olaraq hissə-hissə 380 min manat verdiyi iddia olunur.Ərizədə qeyd edilir ki, tərəflərin razılaşmasına əsasən, torpağın mülkiyyət sənədləri hazır...

13:27

Sabah intensiv yağış yağacaq

Noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcəkSabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.Dağlıq ərazilərdə qar yağacağı gözlənilirNoyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var....

12:35

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik edib.CityPost.az  xəbər verir ki, təbrik məktubunda bildirilir:“Hörmətli cənab Prezident,Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Biz Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə böyük əhəmiyyət veririk.Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik.Fürsətdən istifadə edərək Sizi ad gününüz...

11:21

Bakıda temperatur 7-8 dərəcə enəcək - Növbəti 3 gün...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir.CityPost.az  xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün – noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürəti 16-17 m/s-dək güclənəcək.Noyabrın 16-dan etibarən isə Bakıda hava şəraiti kəskin pisləşəcək. Bazar ertəsi gün ərzində yağış yağacağı, şimal küləyinin güclü əsəcəyi və havanın temperaturunun ötən günlərlə müqayisədə 7-8 dərəcə enərək gündüz 10-11, gecə isə 8-9 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır.Çərşənbə axşamı, noyabrın 17-də də paytaxtda sərin və buludlu hava şəraiti davam edəcək. Həmin gün havanın temperaturunun gündüz 10-11, gecə isə...

10:29

Azərbaycan XİN Fələstini təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Fələstini təbrik edib.CityPost.az   xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib.“Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!”, - deyə paylaşımda bildirilib.

10:10

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.CityPost.az  xəbər verir ki, onun anası Yavər xanım 86 yaşında vəfat edib.Mərhum bu gün Ağcabədi rayonunda dəfn ediləcək.Yavər xanımın yas mərasimi (3-7) Bakıda keçiriləcək. Allah rəhmət eləsin!

09:37

Ramiz Mehdiyevin qızının vəkili həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib.CityPost.az   “Qafqazinfo”ya istinadla xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.Hakimin qərarı ilə R.Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, Raman Abışov dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili idi. K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi.

14 Noyabr 2026 21:36

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib.Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.Faktla bağlı araşdırma aparılır.

14 Noyabr 2026 20:00

Zaur Mikayılov Naxçıvanda su layihələrinin icrası ilə tanış olub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra su təsərrüfatı layihələrinin icra vəziyyəti ilə tanış olub.Bu barədə Citypost.az-a ADSEA-dən bildirilib.Məlumata əsasən, səfər zamanı Culfa rayonunun Əlincə kəndi ərazisində Bənənyar kanalına, Babək rayonunun Çeşməbasar və Gülşənabad kəndləri arasında 240 hektar sahədə qapalı suvarma və drenaj şəbəkəsinin tikintisinə, Nehrəm qəsəbəsində Araz-2 nasos stansiyasına, həmçinin Naxçıvan şəhəri ərazisində Qaraçux kanalının tikintisi işlərinə baxış keçirilib.Bildirilib ki, layihələrin həyata keçirilməsi Naxçıvanda suvarma infrastrukturunun müasirləşdirilməsinə, su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatı torpaqlarının suvarma imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək....

14 Noyabr 2026 17:19

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentina Respublikasının Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə ikitərəfli görüşlər keçirilib.Baş Prokurorluqdan Citypost.az-a veilən məlumata görə, Federal Baş prokuror Eduardo Kasal ilə keçirilmiş görüş zamanı Kamran Əliyev Azərbaycan ilə Argentina arasında qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin inkişafına ölkəmizin xüsusi önəm verdiyini bildirib.Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət kursunda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi, müxtəlif regionlarla siyasi, iqtisadi...

14 Noyabr 2026 15:47

İrandan Rusiyaya gedən yüklər Azərbaycanda ləngidilir – AYNA niyə icazə vermir?

İrandan götürdükləri yükləri Azərbaycan ərazisindən tranzit keçirməklə Rusiyaya çatdırmalı olan yük avtomobillərinin sürücüləri çətin vəziyyətlə üzləşiblər.Citypost.az xəbər verir ki, sürücülərin Xəbərlent.az saytına verdikləri məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq keçid icazəsi verilmədiyindən ayın 30-dan yola çıxan yük avtomobilləri artıq 13 gündür Lənkəranın Liman şəhərində və ölkənin müxtəlif ərazilərindəki qarajlarda gözləyir.Yaranmış vəziyyət sürücülərə və yük sahiblərinə ciddi maddi ziyan vurur. Bildirilir ki, avtomobillərin dayanması ilə əlaqədar GPS sisteminə əsasən hər gün üçün 13 manat əlavə ödəniş hesablanır.Sürücülərin sözlərinə görə, avtomobillərdə tez xarab olan ərzaq məhsullarının və soyuducu sistemlə daşınan yüklərin olması vəziyyəti daha da çətinləşdirir. Gecikmələr yük sahiblərinin...

14 Noyabr 2026 14:50

Müəllim və şagirdləri faciəli şəkildə ÖLDÜLƏR

Füzulidə ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edənlər müəllim və şagirdləri olub.Citypost.az xəbər verir ki, həlak olan müəllim Seymur İsmayılov fizika müəllimi işləyib. Maşında ondan əlavə, 17 yaşlı 11-ci sinif şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə də olub. Hər üç şəxs hadisə yerində ölüb.Qeyd edək ki, “Opel” və “VAZ-2104” markalı avtomobillərin toqquşması nəticəsində daha bir neçə nəfər yaralanıb. Qafqazinfo

14 Noyabr 2026 14:47

Süni intellekt müharibənin qaydalarını dəyişir

Müasir müharibələr artıq yalnız tankların, təyyarələrin, raketlərin və canlı qüvvənin qarşıdurması deyil. Döyüş meydanında kimin daha çox silaha malik olması ilə yanaşı, kimin daha sürətli məlumat topladığı, həmin məlumatı daha dəqiq təhlil etdiyi və qərarları daha qısa müddətdə qəbul etdiyi də həlledici əhəmiyyət daşıyır. Süni intellekt, peyk sistemləri, rəqəmsal şəbəkələr və kiberməkan müasir hərbi strategiyanın ayrılmaz hissəsinə çevrilib. ABŞ, İsrail və İran arasında 2026-cı ildə baş verən müharibə bu yeni reallığı xüsusilə aydın şəkildə nümayiş etdirdi.Bu müharibənin diqqət çəkən tərəfi odur ki, hərbi əməliyyatlar paralel olaraq üç istiqamətdə aparılır: fiziki döyüş meydanında, informasiya məkanında və rəqəmsal infrastruktur üzərində. Əvvəllər müharibənin...

14 Noyabr 2026 14:33

Ölümlə nəticələnən qəzada xəsarət alan deputatın vəziyyəti açıqlandı

Naxçıvanda qəzaya düşən deputatın vəziyyəti məlum olub.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. 1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə Neyrocərrahiyyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

14 Noyabr 2026 14:04

Məhəmməd Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçu olub

Misir millisinin futbolçusu Məhəmməd Salah yığmanın tarixində ən yaxşı bombardir rekordunu yeniləyib.Citypost.az "Report"a istinadən xəbər verir ki, o, bu uğura Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Malavi ilə keçirilən ev oyununda imza atıb.Qarşılaşma Misir millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.Salah görüşdə iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə, eləcə də əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltidən qol vurub.Beləliklə, 34 yaşlı hücumçunun Misir millisinin heyətində keçirdiyi 123 oyunda vurduğu qolların sayı 70-ə çatıb. O, 176 matçda 69 qol vuran Hüssam Həsəni geridə qoyaraq yığmanın tarixində ən yaxşı bombardir olub. Həsən 2026-cı il dünya çempionatında Misir millisinin baş məşqçisi vəzifəsində çalışıb.Qeyd...

14 Noyabr 2026 13:55

Əhalini soyuq havada qazdan qənaətlə istifadəyə çağırdı

İranın neft naziri vəzifəsini icra edən Həmid Bovard bildirib ki, ABŞ və İsrail ilə münaqişənin başlamasından sonra qaz emalı müəssisələrinə dəyən ziyana görə İran hökuməti ictimaiyyəti qazdan qənaətlə istifadə etməyə çağırır."Unikal" xəbər veirr ki, bu barədə o, X sosial media platformasında yazıb:"Həmkarlarımızın səyləri sayəsində qaz təchizatı fasiləsiz davam edir, lakin mən ictimaiyyətdən soyuq havada qazdan qənaətlə istifadə etməyi xahiş edirəm".O, qeyd edib ki, 28 fevralda ABŞ və İsrail ilə başlayan münaqişə zamanı zərər çəkmiş İranın cənubundakı Əsəluyədəki sənaye zonasına baş çəkib və qaz emalı müəssisələrinin bərpasını yoxlayıb. O həmçinin bu yaxınlarda yanğın baş verən Cənubi Pars yatağında dəniz qaz platformalarından...

14 Noyabr 2026 13:30

ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə üzrə bütün hava limanlarında uçuşların dayandırılması barədə tətbiq etdiyi qərarı dörd saatdan çox müddətdən sonra ləğv edib."Unikal" xəbər verir ki, FAA təhlükəsizlik səbəbləri və fövqəladə hallar ilə əlaqədar ölkə ərazisində bütün hava limanlarından təyyarələrin havaya qalxmasını müvəqqəti dayandırmışdı.Qurumun yaydığı ilkin xəbərdarlıqda bütün uçuşların növbəti bildirişədək dayandırılması, xaricdən ABŞ-a gələn beynəlxalq reyslərlə bağlı qərarların isə fərdi qaydada qəbul edilməsi nəzərdə tutulurdu.

14 Noyabr 2026 13:20

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə növbəti təlim toplanışı keçirilir.Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq təlimə cəlb olunanlar hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin edilib.Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, o cümlədən onlarla maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin, hərbi qanunvericiliyin tələbləri və təhlükəsizlik qaydaları çatdırılıb.İştirakçılarla sıra, nizamnamə, ictimai-siyasi və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, həmçinin praktiki atış çalışması yerinə yetirilib.Qeyd edək ki,...

14 Noyabr 2026 13:12

Sabah Bakıya yağış yağacaq - PROQNOZ

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısından güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...

14 Noyabr 2026 12:51

Dələduzluğa görə axtarılan 9 nəfər istintaqa təhvil verilib

Ötən gün polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

14 Noyabr 2026 12:50

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Sabahdan Azərbaycanda növbəti istilik mövsümünə start verilir.Citypost.az-a bu barədə "Azəristiliktəchizat" ASC-yə istinadən xəbər verir.Məlumata görə, 2026-2027-ci illər payız-qış mövsümü ərzində Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3 838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.Mövsümə hazırlıq işləri ilk növbədə əvvəlki mövsüm ərzində baş vermiş qəza və nasazlıq halları nəzərə alınmaqla hazırlanmış tədbirlər planına əsasən aprel ayından etibarən başlanılıb və bu müddətdə 12 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5 458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa...

14 Noyabr 2026 12:45

Qəzada yaralanan deputatın DOSYESİ

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb.Citypost.az Unikal.az-a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 14 saylı Qarabağlar seçki dairəsinin deputatıdır.Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən varO, 1990-cı ildə Kəngərli (keçmiş Şərur) rayonunun Qarabağlar kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, xəstəliyi ilə əlaqədar ordu sıralarından...

14 Noyabr 2026 12:10

Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili

NATO İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizlik sisteminin əsas dayağına çevrildi. 1949-cu ildə yaradılan Şimali Atlantika Alyansı onilliklər ərzində Avropanı mümkün hərbi təhdidlərdən qoruyan, ABŞ-ın qitədəki siyasi və hərbi mövcudluğunu təmin edən əsas mexanizm kimi fəaliyyət göstərdi. Soyuq müharibənin başa çatması, Sovet İttifaqının dağılması və Varşava Müqaviləsi Təşkilatının ləğvi NATO-nun gələcəyi ilə bağlı müzakirələrə səbəb olsa da, Alyans öz mövcudluğunu qorudu və genişləndi. Lakin bu gün NATO-nun qarşısında əvvəlkilərdən fərqli, daha mürəkkəb bir problem dayanır: Avropanın təhlükəsizliyini təmin etmək məsuliyyətinin nə qədərini bundan sonra ABŞ, nə qədərini isə Avropa dövlətləri öz üzərinə götürəcək?Ukrayna müharibəsi NATO-nun əhəmiyyətini yenidən artırdı. Rusiya ilə...

14 Noyabr 2026 11:58

FHN əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti müşahidə olunacaq.Proqnoza əsasən, güclü külək əsəcək, bəzi yerlərdə intensiv yağış yağacaq, ayrı-ayrı dağ çaylarından qısamüddətli sel və daşqın keçəcək, şimşək çaxacaq.FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə bir sıra təhlükəsizlik qaydalarını xatırladıb.Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəklərinin və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Küləkli havada yanğın təhlükəsizliyi qaydalarına...

14 Noyabr 2026 11:27

Əsgərlərlə görüşlərə müvəqqəti MƏHDUDİYYƏT QOYULDU

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub".Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:"Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və gənc əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir"....

14 Noyabr 2026 11:02

Axtarışda olan 156 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Həmçinin narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib

14 Noyabr 2026 10:55

Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcəyini bildirib.Citypost.az APA-a istinadən xəbər verir ki, Paşinyan Rusiyaya dekabrın 3, 11 və 22-də səfər edəcəyini deyib.“Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyimizə ümid edirəm”, – Paşinyan bildirib.Qeyd edək ki, dekabrın 11-də Moskvada Avrasiya İqtisadi İttifaqının hökumət başçıları səviyyəsində Hökumətlərarası Şuranın iclası keçiriləcək. Dekabrın 21-də isə Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq.

14 Noyabr 2026 10:48

Bəzi yerlərdə külək güclənib - FAKTİKİ HAVA

Noyabrın 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.Noyabrın 13-də bəzi yerlərdə cənub-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Daşkəsəndə 18, Qobustanda 16, Şəkidə 15 m/s-dək güclənib.Milli Hidrometeorologiya Xidmətihava

14 Noyabr 2026 10:20

Azərbaycan nefti bahalaşdı

Azərbaycan neftinin qiyməti artıb.Citypost.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı neftin bir bareli 2,8 dollar və ya 2,8 faiz qalxaraq 102,68 dollara çatıb.Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

14 Noyabr 2026 09:59

Füzulidə iki maşın toqquşub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb

Dünən saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində vəfat edib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır."Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil...

14 Noyabr 2026 09:27

Azərbaycanda deputat qəzaya düşdü:Ölən var

Naxçıvanda deputat qəzaya düşüb, ölən var.Citypost.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verib. Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində qazi 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib. Müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan MR Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir....

14 Noyabr 2026 08:33

Leyla Əliyeva COP31-də beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərlə görüşlər keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılan pavilyonda olublar.Citypost.az xəbər verir ki, pavilyonla tanış olan Leyla Əliyevaya və Alyona Əliyevaya burada nümayiş etdirilən stendlər və təqdim olunan layihələr barədə məlumat verilib.Sonra ərazidə açılan digər pavilyonlara baxış keçirilib.Xatırladaq ki, birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı yaranıb. Həmin konfrans çərçivəsində təşkil edilən pavilyon ən çox ziyarət edilən pavilyonlardan biri olub.Pavilyonda Heydər Əliyev Fondunun sosial,...

14 Noyabr 2026 08:31

Canlı yayımda söyüş söyən tiktoker həbs olundu

Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir nəfər məsuliyyətə cəlb olunub.Citypost.az Modern.az-a istinadən xəbərə görə, 22 yaşlı Əli Qədirov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "Əli" adlı profildə canlı yayım açıb. Bu zaman canlı yayıma qoşulan digər şəxslərlə mübahisə edib nalayiq ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir edən hərəkətlərə yol verib.Törətdiyi əmələ görə Əli polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin...

14 Noyabr 2026 07:55

DİN bu gün Bakıda baş vermiş ağır qəzanın videogörüntüsünü yayıb

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda yeraltı piyada keçidinin bir neçə metr yaxınlığında baş vermiş ağır yol-nəqliyyat hadisəsinin videogörüntülərini yayıb.Citypost.az xəbər verir ki, piyadanın yanlış seçim etməsi faciə ilə nəticələnib.Belə ki, bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hərəkətdə olan avtomobillərdən biri yaxınlıqda yeraltı piyada keçidinin olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır....

13 Noyabr 2026 21:57

Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.Məlumata görə, Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər üçün 19 noyabr 2026-cı il tarixinə nəzərdə tutulmuş yazılı imtahan 23 noyabr 2026-cı il tarixə keçirilib.İmtahan həmin gün saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçiriləcək.Namizədlər buraxılış rejiminin təmin edilməsi məqsədilə saat 09:00-dək imtahan binasının qarşısında olmalı, “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər....

13 Noyabr 2026 20:49

Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edən şəxsi saxlayıb.Bu barədə Citypost.az-aDİN-dən məlumat verilib.Qeyd olunub ki, keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs "TikTok" və "Instagram" sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib.Faktla...

13 Noyabr 2026 20:36

Baş nazir “Tədqiqat universiteti” statusu ilə bağlı tələbləri təsdiqləyib

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” yeni redaksiyada təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu bu Tələblər nəzərə alınmaqla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 (beş) il müddətinə verilir.“Tədqiqat universiteti” statusu elmi tədqiqat fəaliyyəti, elmi kadr hazırlığı, akademik heyət və elmi infrastruktur üzrə bu Tələblərlə müəyyən edilmiş tələbləri təmin edən və ən azı 5 (beş) il fəaliyyət göstərən ali təhsil müəssisəsinə verilir.“Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi elmi tədqiqat fəaliyyəti istiqamətində aşağıdakı tələbləri təmin...

13 Noyabr 2026 20:00

Nərə kürüsü, siqaret və PVC parçaların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir.APA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib.Dəyişikliyə əsasən, 2030-cu ilin sonunadək idxal olunan nərə balığının kürüsü üçün idxal gömrük rüsumunun dərəcəsinin 15%, lakin 1 kq üçün 200 ABŞ dollarından az olmamaqla (hazırda idxal dəyərinin 15%-i), siqar, siqaret və siqarillalar üçün 15%, lakin 1000 ədədinə 3,0 ABŞ dollarından az olmamaqla (hazırda 1000 ədədi 0,5 ABŞ dolları), polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalar üçün 15% (hazırda 0 və ya 5%) təyin olunur....

13 Noyabr 2026 19:58

Problemlərinizi bizə bildirin

077 323 55 66