Bizə yazın

Baku

-°C

USD

-

Bu şəxslər elektron xəstəlik vərəqi ala biləcək

Cəmiyyət 23 Aprel 2025, 14:30

1827

Xəstəlik, xəsarət, hamiləlik və doğum səbəbilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında pasientlər elektron xəstəlik vərəqindən istifadə edilə bilər.

CityPost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

O qeyd edib ki, xəstələr vərəqi kağız formada əldə etmək istəsələr, tətbiq üzərindən elektron formanı kağız halında çap etmək mümkündür:

"Xəstəlik vərəqinin elektronlaşdırılması xəstəlik vərəqi alma prosesini sürətləndirəcək. Qeyri-iş günlərində də xəstəlik vərəqəsi almaq mümkün olacaq".

S. Məhərrəmova bildirilib ki, işəgötürənlər elektron xəstəlik vərəqlərini Əmək və Məşğulluq Altsistemi (ƏMAS - işəgötürənlər və işçilər arasında əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini təmin edən müasir platforma) üzərindən görəcəklər.

Qeyd edək ki, mayın 1-dən elektron xəstəlik vərəqələrinin verilməsi qüvvəyə minəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qar yağacaq - DİQQƏT!

Bakıda və Abşeron yarımadasında dekabrın 14-də arabir yağıntılı olacağı gözlənilir.Bu barədə CityPost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə...

13 Dekabr 2025, 13:14

Nərgiz Paşayevanın doğum günüdür

Bu gün filologiya elmləri doktoru,professor Nərgiz Paşayevanın doğum günüdür.CityPost.az Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri  Nərgiz Paşayevanı doğum günü münasibəti ilə təbrik edir,ona şəxsi həyatında  və iş fəaliyyətində uğurlar arzu edir.Ziyalı nəslin övladı olan  Nərgiz Paşayevanı yaxından tanıyaq.Nərgiz Arif qızı Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub. 1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb.1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olub və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.1983-cü ildə əyani aspiranturaya...

13 Dekabr 2025, 13:02

General Müdafiə Nazirliyində yüksək vəzifəyə - Təyin olundu 

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.CityPost.az  xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb....

13 Dekabr 2025, 11:15

Azərbaycanın sağ olan neçə Xalq şairi-yazıçısı var? - SİYAHI 

Azərbaycan ədəbiyyatının inkişafında,formalaşmasında xalq şairlərinin və yazıçılarının rolu böyükdür.Bu titullara sahiblənmək isə heç də asan deyil.CityPost.az  Oxu24.com -a istinadən xəbər verir  ki,Azərbaycan Yazıçılar Birliyinin (AYB) siyahısında  hazırda 4 xalq şairi və 6 xalq yazıçısı həyatdadır. Bu adlara layiq görülən şairlər və yazıçıları siyahısını təqdim edirik:Xalq şairləri:Nəriman Həsənzadə (94 yaş)Vahid Əziz (80 yaş)Sabir Rüstəmxanlı (79 yaş)Ramiz Rövşən (79 yaş)Xalq yazıçıları:Anar Rzayev (87 yaş)Natiq Rəsulzadə (76 yaş)Kamal Abdullayev (Kamal Abdulla) (75 yaş)Elmira Axundova (72 yaş)Afaq Vəliyeva (Afaq Məsud) (68 yaş)Çingiz Abdullayev (66 yaş)...

13 Dekabr 2025, 10:52

Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı saxlanılan qızı həbs edilib 

Türkiyənin tanınmış müğənnisi Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “yaxın qohumu əvvəlcədən planlaşdıraraq qəsdən öldürmə” maddəsi ilə saxlanılan qızı Tuğyan Ülkem Gülter barəsində həbs qətimkan tədbiri seçilib.CityPost.az  Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda 9 dekabr tarixində “qəsdən adam öldürmə” ittihamı ilə saxlanılan Sultan Nur Ulu 12 dekabrda Yalova Polis İdarəsində verdiyi ifadədə Tuğyan Ülkem Gülterin anası Güllünü pəncərədən itələdiyini iddia edib.Bundan sonra prokurorluq Tuğyan Ülkem Gülteri “yaxın qohumu planlı şəkildə qəsdən öldürmə” maddəsi ilə məhkəməyə təqdim edib və məhkəmə onun “qəsdən adam öldürmə” ittihamı ilə həbsinə qərar verib.İş üzrə saxlanılan Sultan Nur Ulu barəsində isə ev dustaqlığı şəklində...

13 Dekabr 2025, 10:23

Göygöldə minik maşını yanıb 

Göygöldə yanğın hadisəsi baş verib.Hadisə rayon ərazisində qeydə alınıb.Belə ki, rayon sakininə məxsus "VAZ 2106" markalı minik maşınında yanğın olub.Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.Yanğın söndürülüb, minik maşını yanğınsöndürən tərəfindən mühafizə edilib. Avtmobillin yanması zamanı xəsarət alan olmayıb.Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

13 Dekabr 2025, 10:21