Bizə yazın

Baku

-°C

USD

-

25 aprel Azərbaycanda Sahibkarlar Günüdür

Cəmiyyət 25 Aprel 2025, 10:30

4687

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

CityPost.az xəbər verir ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, - deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul edib, dahi şəxsiyyətin rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.

Ümummilli Liderin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidentinin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

Prezident İlham Əliyev sahibkarlarla keçirdiyi görüşlərində sahibkarlığın inkişafının ölkə üçün prioritet məsələlərdən biri olduğunu vurğulayır. Dövlətimizin başçısı bəyan edir ki, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir.

Son illərdə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm addımlar atılıb. Dövlətimizin başçısı Azərbaycan sahibkarlarına xarici ölkələrə ixrac missiyalarını genişləndirmək sahəsində də ciddi dəstək verib. Azərbaycan Ticarət evlərinin fəaliyyət göstərdiyi ölkələrin sayı sürətlə artır. Belarus, Çin, Ukrayna, Latviya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri (Dubay) və bir sıra ölkələrdə Azərbaycan ticarət evləri fəaliyyət göstərir.

Ötən illərdə sənaye potensialının inkişafı ilə bağlı əhəmiyyətli addımlar atılıb. Nəticədə, həmin sahədə göstəricilərin yüksək dinamikasına nail olunub. Bu sahədə investisiya təşviqi proqramının həyata keçirilməsi maraq kəsb edir. Etiraf etmək lazımdır ki, bu, kifayət qədər yüksək rəqəm olmaqla, hətta bir sıra ölkələrin dövlət büdcəsindən belə çoxdur. İxracı təşviq etmək məqsədilə xarici ölkələrə ixrac missiyaları təşkil olunur, “Azexport” portalı yaradılıb, “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Dövlətin hər zaman sahibkarların yanında olacağını bəyan edən Prezident İlham Əliyev Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına xüsusi diqqət ayırır, bunun üçün müvafiq qurumlara sahibkarlara əlavə dəstək verməsini tapşırıb. Prezident sahibkarlara müraciət edərək onları xammaldan səmərəli şəkildə istifadə etməyə, yeni fabriklər, zavodlar qurmağa, hazır məhsulu Azərbaycanda istehsal edərək, idxaldan asılılığı azaltmağa və hazır məhsul ixrac etməyə çağırıb.

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçib. XIX əsrin sonu, XX əsrin əvvəllərində bu qədim fəaliyyət növü sürətli və böyük inkişaf dövrü yaşayıb. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb. Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişib. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyyətli rolu olub. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin ediblər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib, ölən var 

Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.Onlardan 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.Dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılanlar- 1987-ci il təvəllüdlü Pənah İsmayılov, 2005-ci il təvəllüdlü İsmayıl İsmayılzadə, 1982-ci il təvəllüdlü Mahir İsmayılzadə və 2007-ci il təvəllüdlü Gülnar İsmayılzadədir. Onlara tibbi yardım göstərilib, birinin vəziyyəti ağır qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.

22 Yanvar 2026, 10:28

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,44 ABŞ dolları və ya 2,07 % azalaraq 67,95 ABŞ dolları təşkil edib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 67,43 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,49 ABŞ dolları və ya 2,23 % azalaraq 65,44 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu...

22 Yanvar 2026, 10:12

Agentlik: Məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar verilməyib 

Məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.CityPost.az  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.Qeyd edilib ki, son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir. Bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində davamiyyətdə qısamüddətli fasilələrin yaranması anlayışla qarşılanır:"Təlim-tədris prosesi ölkə üzrə mövcud qaydalara uyğun şəkildə davam etdirilir. Davamiyyətdə qısamüddətli fasilələrin...

21 Yanvar 2026, 20:46

Ət qutabında at DNT-si aşkarlanıb 

Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan şəhər tipli qəsəbə, Q. Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Cavanşir Tair oğlu Quliyevə məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçiriblər.Bu barədə AZƏRTAC-a Citypost.az-a İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.Bildirilib ki, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub.Obyektdə texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmədiyi, unlu qənnadı məhsullarının antisanitar şəraitdə emal olunduğu və mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, qida ilə təmasda olan səthlərin, işçi masaların və...

21 Yanvar 2026, 18:00

Cəbrayılın Horovlu kəndindən maraqlı FOTOLAR 

Cəbrayıl rayonunun Horovlu kəndindən maraqlı fotolar çəkilib.Citypost.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən lentə alınan görüntülərdə sakinləri yenicə qayıdan kəndin ağ örpəyə büründüyü əks olunur.Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışı 2025-ci il oktyabrın 28-də olub..İlk mərhələdə Horovlu kəndinə 37 ailə (160 nəfər) köçürülüb.Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub.Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri...

21 Yanvar 2026, 17:33

Ötən il Bakıda 14104 cinayət hadisəsi, 39 qətl törədilib 

2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14.104 cinayət hadisəsi törədilib. Onların 93,4 %-nin açılması təmin olunub.Citypost.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib.Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.Qeyd olunub ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən...

21 Yanvar 2026, 16:39