Bizə yazın

Baku

-°C

USD

-

Rasim Həmidov: “Cavad İbrahimovun qəbul etdiyi qərar qanunsuzdur”  

Cəmiyyət 30 May 2025, 13:34

4414

Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat  son bir neçə gündə saytların əsas xəbər başlığına çevrilib.

Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin,aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki, icra etməməkdən ötrü müxtəlif cür bəhanələr gətirərək,süni əngəl törətməklə məşğuldur.

Xatırladaq ki,ötən həftə  Rasim Həmidovu Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov qəbul etmişdi. R.Həmidov  görüş zamanı nazir müavini M.Əhmədova  Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin icra  məmuru Bəhruz Cəfərovun qanunsuz əməllərindən,məhkəmənin qətnaməsinin qəsdən icra olunmamasından və Ədliyyə Nazirliyinin İstintaq Şöbəsinin müstəntiqi Seymur Xəlilovun işə birtərəfli  və qərəzli yanaşmasından,habelə eləcə də S.Həmidovanın qardaşı oğlu Laçın Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Mirəli Həmidovun ona hədə-qorxu gəlməsindən  şikayətçi olduğunu bildirmişdi.Nazir müavini Mübariz Əhmədov daha sonra görüş ərəfəsində  məhkəmənin qətnaməsini qəsdən icra etmədiyinə görə,S. Həmidova barədə cinayət işi açıldığını,istintaq orqanı tərəfindən R.Həmidovun  zərərçəkmiş şəxs qismində,S.Həmidovanın  isə təqsirləndirilən şəxs kimi tanındığıını, yaxın günlərdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin tələblərinə uyğun olaraq  toplanmış cinayət işinin materiallarının   tədbir görülməsi üçün  müvafiq məhkəməyə təqdim olunacağını demişdi.

S.Həmidova ailə həyatı qurarkən ər evinə guya 79 min manatlıq cehiz əşyaları,15 baş inək gətirdiyinə və həmin əşyaların və mal-qaranın R.Həmidovda qaldığına dair iddia ərizəsi ilə  Laçın Rayon Məhkəməsinə müraciət edib.Məhkəmə işinin araşdırılması Laçın Rayon Məhkəməsinin hakimi Cavad İbrahimova həvalə olunub.R.Həmidov hüquqlarından istifadə edərək  iddiaçının söylədiklərinin heç bir fakta əsaslanmayan,yalan olduğunu sübut edən dəlilləri məhkəməyə  təqdim etmək istəsə də,C.İbrahimov qərəzli mövqe tutaraq nədənsə sənədləri qəbul etmək istəməmişdi. Sənədləri poçt vasitəsi ilə məhkəmənin hüquqi ünvanına göndərmək məcburiyyətində qalan R.Həmidov eyni zamanda  Məhkəmə - Hüquq Şurasına hakim C.İbrahimovun  hərəkətlərindən şikayət etmişdi.

Rasim Həmidov ,CityPost.az saytının müxbirinin suallarına cavab olaraq deyib: “Dünən Laçın Rayon Məhkəməsində S.Həmidovanın mənə qarşı qaldırdığı 79 min manatlıq mülk iddiasına baxıldı.Hüquqi normalara əsaslanan,qanun çərçivəsində verdiyim vəsatətlər heç bir əsas göstərilmədən qərəzli şəkildə hakim Cavad İbrahimov tərəfindən təmin edilmədi.Suçlu insanlar kimi O,başını belə qaldırıb üzümə baxa bilmirdi.Proses boyunca S.Həmidova və qardaşı hakimin gözləri qarşısında məni dəfələrlə söyüb,təhqir etdilər.Hakim Cavad İbrahimov hansı səbəbdənsə,onların bu hərəkətlərinə heç bir reaksiya vermədi,hüquqi ölçü götürmədi.Qarşı tərəfin  iddiası isə qismət təmin edildi.Məhkəmə S.Həmidovanın guya 5100 manatlıq yorğan-döşək və qızıl əşyaları cehiz gətirdiyinə dair qanunsuz qərar qəbul etdi.Sözsüzki,yuxarı instansiya məhkəmələrinə qərardan şikayət verəcəm.Əks tərəf  və hakim Cavad İbrahimova deyə bilərəm ki,sənin olmayan bir şeyə sahib olacağını düşünürsənsə və rəvac verirsənsə,bu,sənin həm haqsız,həm də uzaqgörən  olmadığının göstəricisidir”.

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qar yağacaq - DİQQƏT!

Bakıda və Abşeron yarımadasında dekabrın 14-də arabir yağıntılı olacağı gözlənilir.Bu barədə CityPost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə...

13 Dekabr 2025, 13:14

Nərgiz Paşayevanın doğum günüdür

Bu gün filologiya elmləri doktoru,professor Nərgiz Paşayevanın doğum günüdür.CityPost.az Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri  Nərgiz Paşayevanı doğum günü münasibəti ilə təbrik edir,ona şəxsi həyatında  və iş fəaliyyətində uğurlar arzu edir.Ziyalı nəslin övladı olan  Nərgiz Paşayevanı yaxından tanıyaq.Nərgiz Arif qızı Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub. 1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb.1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olub və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.1983-cü ildə əyani aspiranturaya...

13 Dekabr 2025, 13:02

General Müdafiə Nazirliyində yüksək vəzifəyə - Təyin olundu 

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.CityPost.az  xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb....

13 Dekabr 2025, 11:15

Azərbaycanın sağ olan neçə Xalq şairi-yazıçısı var? - SİYAHI 

Azərbaycan ədəbiyyatının inkişafında,formalaşmasında xalq şairlərinin və yazıçılarının rolu böyükdür.Bu titullara sahiblənmək isə heç də asan deyil.CityPost.az  Oxu24.com -a istinadən xəbər verir  ki,Azərbaycan Yazıçılar Birliyinin (AYB) siyahısında  hazırda 4 xalq şairi və 6 xalq yazıçısı həyatdadır. Bu adlara layiq görülən şairlər və yazıçıları siyahısını təqdim edirik:Xalq şairləri:Nəriman Həsənzadə (94 yaş)Vahid Əziz (80 yaş)Sabir Rüstəmxanlı (79 yaş)Ramiz Rövşən (79 yaş)Xalq yazıçıları:Anar Rzayev (87 yaş)Natiq Rəsulzadə (76 yaş)Kamal Abdullayev (Kamal Abdulla) (75 yaş)Elmira Axundova (72 yaş)Afaq Vəliyeva (Afaq Məsud) (68 yaş)Çingiz Abdullayev (66 yaş)...

13 Dekabr 2025, 10:52

Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı saxlanılan qızı həbs edilib 

Türkiyənin tanınmış müğənnisi Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “yaxın qohumu əvvəlcədən planlaşdıraraq qəsdən öldürmə” maddəsi ilə saxlanılan qızı Tuğyan Ülkem Gülter barəsində həbs qətimkan tədbiri seçilib.CityPost.az  Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda 9 dekabr tarixində “qəsdən adam öldürmə” ittihamı ilə saxlanılan Sultan Nur Ulu 12 dekabrda Yalova Polis İdarəsində verdiyi ifadədə Tuğyan Ülkem Gülterin anası Güllünü pəncərədən itələdiyini iddia edib.Bundan sonra prokurorluq Tuğyan Ülkem Gülteri “yaxın qohumu planlı şəkildə qəsdən öldürmə” maddəsi ilə məhkəməyə təqdim edib və məhkəmə onun “qəsdən adam öldürmə” ittihamı ilə həbsinə qərar verib.İş üzrə saxlanılan Sultan Nur Ulu barəsində isə ev dustaqlığı şəklində...

13 Dekabr 2025, 10:23

Göygöldə minik maşını yanıb 

Göygöldə yanğın hadisəsi baş verib.Hadisə rayon ərazisində qeydə alınıb.Belə ki, rayon sakininə məxsus "VAZ 2106" markalı minik maşınında yanğın olub.Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.Yanğın söndürülüb, minik maşını yanğınsöndürən tərəfindən mühafizə edilib. Avtmobillin yanması zamanı xəsarət alan olmayıb.Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

13 Dekabr 2025, 10:21