Bizə yazın

Baku

-°C

USD

-

Ardıcıl iş olmayacaq  - TƏQVİM AÇIQLANDI 

Cəmiyyət 12 İyun 2025, 11:37

9997

İyun ayında bu tarixlərdə ardıcıl olaraq iş günü olmayacaq.

CityPost.az   Oxu24.com   saytına  istinadən  xəbər verir  ki,Milli Qurtuluş Günü ilə əlaqədar olaraq  14,15,16 iyun tarixlərində iş olmayacaq.

Bundan əlavə Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq  26,27,28,29 iyun tarixlərində qeyri-iş günləri olacaq.

Qeyd edək ki, 21 iyun,şənbə günü iş olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident   10.5 milyon ayırdı 

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.CityPost.az-ın  məlumatına görə, sənəd 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədi daşıyır.Sərəncam Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon manat vəsait ayrılıb....

30 İyul 2025, 13:47

Tailandda güclü partlayış olub 

Tailandın cənubunda, Narativat əyalətində bombanın partlaması nəticəsində 6 polis əməkdaşı və yerli sakin yaralanıb.CityPost.az   xəbər  verir  ki, bu barədə yerli “The Bangkok Post” qəzeti məlumat yayıb."Narativatın Sunqai Padi ərazisində güclü partlayış baş verib. Polis əməkdaşları və kəndlilər xəsarət alıb . Hazırda polis əməkdaşları öz əsas vəzifələrini yerinə yetirirlər", -  deyə  qəzet yazır.Hakimiyyət hadisədə krallığın cənubunda fəaliyyət göstərən separatçıları günahlandırıb. Silahlı qruplar Narathivat, Pattani və Yala əyalətlərinin ərazisində sultanlıq yaratmaq üçün bölgənin ayrılmasına nail olmağa çalışdıqları üçün onların qarşıdurması 70 ildən artıqdır ki, davam edir.Bundan əvvəl Tailand Kamboca ilə sərhədə yaxın yerləşən 14 əyalətdə pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinə qadağa qoyulduğunu...

30 İyul 2025, 12:32

Zarafatnamələrin ciddiliyi - Sərvaz HÜSEYNOĞLU 

Azad, müstəqil, qalib və fikir, düşüncə azadlığının qarantı olan bir ölkədə yaşamasaydıq, yazıçı-dramaturq Xeyrəddin Qocanın taleyi sarıdan çox narahat olardım. Çünki Xeyrəddin Qoca olduqca cəsarətli qələm əhlidir. Çünki zamanında belə azadfikirliliyin, cəsarətliliyin sıxıntılarını geninə-boluna yaşamış olduqca, görkəmli sənətkarlarımızın həyat hekayətləri, hər kəs kimi, mənə də bəllidi. Sözün düzünü deməyin zor iş, əsl kişilik örnəyi olduğu zamanlarda totalitar rejimlərin azad sözün, azad fikrin başı üzərində Demokl qılıncına döndüyü aləmin hekayətləridir o yaşananlar. Və hər yada düşəndə, xatırlananda istiqlal fədailərimizin dönməz əqidə, amal yolunda düçar olduqları məhrumiyyətlərin utancını yaşamalı oluruq. Bu baxımdan Xeyrəddin Qocanın cəsarətli yazılarının əndişəsini də yaşamalı olmuşam həmişə.Amma nə...

30 İyul 2025, 11:17

Sumqayıtda zəncirvari qəza olub, bir nəfər ölüb 

Sumqayıtda zəncirvari qəza olub.CityPost.az   xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb. İdarəetməni itirən “Kia” markalı avtomobil magistral yolda hərəkətdə olan digər avtomobillərlə toqquşub. Nəticədə avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Günel Hüseynova xəsarət alıb. O, xəstəxanada ölüb.Fakt araşdırılır.

29 İyul 2025, 10:22

Xalq artistinin oğlu vəfat etdi - FOTO 

Xalq artisti, mərhum aktyor Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 yaşında dünyasını dəyişib.CityPost.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.Qeyd edək ki, Əvəz Məmmədovun atası, Azərbaycanın tanınmış teatr və kino ustası, Xalq artisti Həsən Məmmədov 2003-cü ildə vəfat edib.Allah rəhmət eləsin.

29 İyul 2025, 09:12

Ağalarov da Bakıya gəldi - O da Rusiyadan gedir?

Azərbaycan əsilli rusiyalı tanınmış milyarder Araz Ağalarov Azərbaycandadır.Bakupost.az xəbər verir ki, bu barədə milyarderin oğlu, iş adamı, xalq artisti Emin Ağalarov paylaşım edib.O bildirib ki, atasını “Sea Breeze” ilə tanış edib. Belə ki, A.Ağalarov burada 7 il əvvəl olub və həmin vaxt heç bir struktur mövcud deyildi.Araz Ağalarovun məhz indi Bakıya gəlməsi isə maraq çəkməyə bilməz.Qeyd edək ki, azərbaycanlı milyonçulara qarşı Rusiyada xüsusi kampaniya başlayıb. Bir müddət əvvəl məşhur iş adamı İsgəndər Xəlilovun Rusiyadakı ofisinə xüsusi təyinatlılar tərəfindən hücum edildiyi bildirilmişdi və bu informasiyanın ardınca İ.Xəlilovun ailəsini də götürərək, Bakıya gəldiyi üzə çıxdı.Bunun ardınca isə Rusiyada yaşayan azərbaycanlı iş adamlarının...

28 İyul 2025, 21:30