Hacı İbrahimin könlündən kazino keçir?
Cəmiyyət 09 İyul 2025, 08:25
2618
Azərbaycanda süni torpaqlarda kazinoların inşasına və fəaliyyətinə rəsmən icazə verildiyi deyilir. Mövzu gündəmə gələn kimi yada iş adamı Hacı İbrahim Nehrəmli düşdü. Bildirilir ki, onun bir vaxtlar dənizdə inşa etdiyi “Xəzər Adaları” layihəsi də kazino üçün uyğundur. Hətta artıq belə iddialar dolaşır ki, Hacı İbrahim sözügedən ərazidə kazinolar açacaq.
CityPost.az xəbər verir ki, Qlobalinfo məsələyə aydınlıq gətirmək üçün Hacı İbrahimlə əlaqə saxlayıb.
Onunla müsahibəni təqdim edirik:
– İbrahim bəy, deyilənə görə, süni torpaqlarda kazinoların inşasına və fəaliyyətinə rəsmi icazə verilib. Sizin həmin ərazidə torpağınız olub. Bu barədə məlumat almaq istərdik.
– Mən kazino təklifini 20 il öncə etmişdim. Lakin həmin vaxt məni anlayan olmadı. O illərdə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, mərhum Abdolbari Gözəl mənə yarı zarafat, yarı gerçək dedi ki, sən bizdən 20 il öndə gedirsən, bizim səni başa düşməyimiz üçün 20 il keçməlidir. Elə də oldu… İndi süni adalar yaradırlar, kazinolar inşa edirlər. Gec də olsa, yaxşı qərardır.
– “Xəzər Adaları” yenə sizindir?
– Xeyr, illər öncə o ərazini dövlətə təhvil verdim.
– Hüquqi baxımdan da sizin deyil?
– Xeyr, rəsmi qaydada dövlətə verilib.
– Əgər o torpaqlar hazırda sizdə olsaydı, necə bir infrastruktur qurardınız?
– Mənə kazinoya icazə yox, sadəcə söz verilsəydi, şəhəri çoxdan tikib bitirmişdim.
– Kazinodan gələn vəsaitlə?
– Xeyr, sadəcə icazə lazım idi. Çünki çinli investorlarla danışmışdım, onlar 100 milyard investisiya yatıracaqdılar. Söz verən olmadığı üçün məsələ elə də qaldı. Bir sözlə, dərdimi heç kimə deyə bilmədim.
– İşi tamamlaya bilmədiyiniz üçün peşmansınız?
Həmçinin oxuyun
– Bilirsiniz, xaricdən gələnlər kazino və digər əyləncə istəyir. Bununla insanlar ölkəyə cəlb olunacaq. Turizm inkişaf edəcək. Mən olmasam da, Emin Ağalarov bacardısa ona afərin!
– Sizcə, o ərazilərdə başqa nəsə inşa edəcəklərmi?
– Yəqin ki, yeni nələrsə tikilər. Çünki ora milyardlarla investisiya qoyulub. Fikrimcə, batmağa imkan verməzlər. Dövlət özü də işlər görəcək. Oranın tikilməsi, yeni yerlərin inşası ən azından Bakıda tıxacın aradan qalxmasına səbəb olacaq. Ona görə ki, turistlər də ora gələcək, axın başlayacaq və şəhərə yük düşməyəcək. Azərbaycana ildə 10 milyon turistin gəlməsi nəzərdə tutulurdu, amma reallaşmırdı. Sağ olsun Emin Ağalarov buna şərait yaratdı. “Sea Breeze”də işləri yekunlaşdırdıqdan sonra Xəzər adalarını da tikərik.
– İbrahim bəy, heç “Sea Breeze”də olmusunuz?
– Əlbəttə! Hazırda da buradayam. Çox gözəl işlər görülüb.
– Orada eviniz var?
– Xeyr, burada evim yoxdur (gülür). Lakin gəlib-gedirəm.
– “Xəzər Adaları” yenidən fəaliyyətə başlasa, orada hansısa infrastruktur qurulan zaman sizi məsləhət üçün dəvət etsələr, qəbul edərsiniz?
– Oralarda tikinti işlərinin aparılması üçün əlimdən gələni edərəm. Niyə də yox?!
– Kazino perspektivini necə görürsünüz?
– Hər zaman demişəm ki, Azərbaycanda mütləq kazino olmalıdır. Belə olmasa, xarici vətəndaşları bura cəlb etmək çətindir. Baxın, Gürcüstanın əhalisi bizdən azdır, amma ora ildə 10–11 milyon turist gəlir. Səbəb də kazinonun olmasıdır. İnsanlar əyləncə yeri axtarırlar və bu, olduqca vacibdir. Emin Ağalarov çox doğru düşünüb. Mən də onu dəstəkləyirəm! Turizm sahəsinin inkişaf etməsi üçün kazino olmalıdır.
– Emin Ağalarovla şəxsi tanışlığınız varmı?
– Xeyr, heç canlı da görməmişəm. Yəqin o da məni qiyabi tanımış olar. (Globalinfo.az)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.Görüşdə çıxış edən Slovakiya Prezidenti Peter Pelleqrini dedi:- Hörmətli cənab Prezident və Azərbaycanın nümayəndə heyəti.Sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi. Bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi. Mən çox minnətdaram ki, Siz hökumət üzvlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir: əlaqələrimiz...
08 Dekabr 2025, 22:15
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən “Premium Clinic”də plandankənar yoxlama keçirib.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, özəl klinikada yoxlama keçirilən zaman lisenziyadan kənar (ginekoloji iş stasionar) tibb fəaliyyətin və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.Məhkəmənin qərarına əsasən, “Premium Clinic” 6000 manat məbləğində cərimələnib.Qeyd edək ki, “Premium Clinic”in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında ora müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi....
08 Dekabr 2025, 19:41
Xüsusi icra məmurunun standart haqqının məbləği təsdiqlənib
“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği” təsdiqlənib.CityPost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir.Pul tələbinə dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi tələbin məbləğindən aşağıdakı kimi hesablanır:- tələbin məbləği 30 manatadək olduqda tələbə bərabər məbləğdə;- tələbin məbləği 30 – 100 manat olduqda 30 manat məbləğində;- tələbin məbləği 101 – 500 manat olduqda 30 manat + 100 manatdan yuxarı hissənin 17 faizi;- tələbin məbləği 501 – 1.000 manat...
08 Dekabr 2025, 17:07
Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, məhkumla qısamüddətli görüşə gəlmiş anasının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasının gizli saxlanc yerində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.Faktla bağlı araşdırma aparılır."Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", məlumatda deyilir....
08 Dekabr 2025, 15:38
Şairin 70 illik yubileyi qeyd olunacaq
Yazçı-şair Yusif Nəğməkarın yubiley tədbiri keçiriləcək.CityPost.az xəbər verir ki,şairin 70 illik yubileyi münasibəti ilə keçiriləcək tədbir 17 dekabr saat 19-00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.Qeyd edək ki,Mədətov Yusif Məhiş oğlu 15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olub.Orta təhsilini əvvəlcə Aşıqlı kənd 8-illik, sonra isə Beyləqan rayon 1 saylı orta məktəbində (1961–1971) alıb. Kənd təsərrüfatı sahəsində 2 il çalışmış və eyni zamanda rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərib.Həmin illərdə şeirləri, oçerk və məqalələri, publisistik ədəbi-tənqidi yazıları ilə özünü oxucu auditoriyasına tanıdıb. Daha sonra N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya...
08 Dekabr 2025, 13:02
Xeyrəddin Qocadan YAP-çı deputata güllə kimi sözlər
Uzun illər Prezident Administrasiyasının Aqrar Məsələlər Şöbəsinin rəhbəri olmuş, deputat Azər Əmiraslanovun vaxtilə Ramiz Mehdiyev haqqında müsahibəsi yayılıb.A.Əmiraslanovunmüsahibəsində sabiq PA rəhbəri haqqında dediyi sözlərə Mehdiyevin əleyhdarı kimi tanınan Xeyrəddin Qoca sərt reaksiya verib.CityPost.az həmin açıqlamanı təqdim edir:“Deputarət Azər Əmiraslanov, Ramiz Mehdiyevi tərifləyərkən demisiniz ki, “Ramiz Mehdiyev dövləti həm də yazılmamış qayda-qanunlarla idarə edib”. “Yazılmamış qayda-qanunlar” nə deməkdir? Həmin “qayda-qanunlardan” biri odur ki, Heydər Əliyevə yaxın bütün insanlara zərbə vurub! İkincisi, başına özü kimilərini yığıb, bütün dövlət vəzifələrinə öz adamlarını yerləşdirib! Üçüncüsü, dövlətin o qədər pulunu dağıdıb ki, hesabı yoxdur! Dördüncüsü, Fetodan betər, dövlətin içərisində dövlət yaratmaq istəyib! Beşincisi,dövlətə xəyanət etmək...
08 Dekabr 2025, 12:47