Rasimdən şok iddia: Qolumu sındırdılar
Cəmiyyət 24 İyul 2025, 12:50
179917
Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.
Bu gün Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə saat 15:00-da Ağcabədi Rayon Məhkəməsində zal №1-də təqsirləndirilən şəxs Həmidova Sevinc Baxşeyş qızı ilə bağlı 1(017)-78/2025 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində məhkəmənin ikinci iclası baş tutub. Lakin,Rasim Həmidov səhhətində olan problemlərlə və keçirdiyi psixoloji gərginliklə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinə qanunvericiliyin tələblərinə uyğun hökm çıxarılmasına dair hakim Etibar Quliyevə telegram yollayıb.
Məhkəmənin ilk iclası 16 iyul 11.30-da keçirilib.Növbəti məhkəmə prosesi sentyabrın 3-nə təyin olunub.
Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması üçün hər ay,hər uşağa görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni icra etməməkdən ötrü süni əngəl törətməklə müxtəlif cür bəhanələr gətirib.
Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.
Lakin, məhkəmədən bir gün öncə Rasim Həmidov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 iyul 2025-ci il tarixdə,səhər saatlarında saxlanılmışdır.Rasim Həmidov 21 iyul axşam saatlarında Xızı Rayon Polis Şöbəsindən buraxılıb.
Həmçinin oxuyun
Rasim Həmidovun atası Həmid Həmidovun iddiasına görə,oğlunun heç bir günahı yoxdur. O, keçmiş arvadı Sevinc Həmidovanın qohumlarının sifarişi əsasında saxlanılaraq Xızı Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb.
Ata Həmid Həmidov bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ombudsman Aparatına,Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət ünvanlayıb.
Məsələni dəqiqləşdirmək üçün CityPost.az Rasim Həmidovun özü ilə əlaqə saxlayıb.O,deyib:”Xızı Rayon Polis Şöbəsində polis polkovnik-leytenantı Məhəmməd Qarayevn iştirakı ilə mənə insana yaraşmayan isgəncələr verdilər.Sağ qolum zərbələrin təsirindən sınıb.Orada məndən keçmiş arvadım Sevinc Həmidovaya qarşı açdığım aliment iddiasını geri götürməyimi tələb edirdilər.Zor gücünə guya döyülmədiyimə və işgəncə almadığıma dair izahat aldılar.Məni xəbərdar etdilər ki,baş verənlər barədə şikayətçi olsam,yenidən tutacaqlar.”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov CityPost.az saytına açıqlamasında həmin şəxsin saxlanılmasını təsdiqləyib. Lakin,işgəncə iddialarını təkzib edərək, hələlik Rasim Həmidov ətrafında müvafiq araşdırmalar aparıldığını bildirib.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.Görüşdə çıxış edən Slovakiya Prezidenti Peter Pelleqrini dedi:- Hörmətli cənab Prezident və Azərbaycanın nümayəndə heyəti.Sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi. Bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi. Mən çox minnətdaram ki, Siz hökumət üzvlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir: əlaqələrimiz...
08 Dekabr 2025, 22:15
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən “Premium Clinic”də plandankənar yoxlama keçirib.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, özəl klinikada yoxlama keçirilən zaman lisenziyadan kənar (ginekoloji iş stasionar) tibb fəaliyyətin və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.Məhkəmənin qərarına əsasən, “Premium Clinic” 6000 manat məbləğində cərimələnib.Qeyd edək ki, “Premium Clinic”in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında ora müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi....
08 Dekabr 2025, 19:41
Xüsusi icra məmurunun standart haqqının məbləği təsdiqlənib
“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği” təsdiqlənib.CityPost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir.Pul tələbinə dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi tələbin məbləğindən aşağıdakı kimi hesablanır:- tələbin məbləği 30 manatadək olduqda tələbə bərabər məbləğdə;- tələbin məbləği 30 – 100 manat olduqda 30 manat məbləğində;- tələbin məbləği 101 – 500 manat olduqda 30 manat + 100 manatdan yuxarı hissənin 17 faizi;- tələbin məbləği 501 – 1.000 manat...
08 Dekabr 2025, 17:07
Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, məhkumla qısamüddətli görüşə gəlmiş anasının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasının gizli saxlanc yerində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.Faktla bağlı araşdırma aparılır."Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", məlumatda deyilir....
08 Dekabr 2025, 15:38
Şairin 70 illik yubileyi qeyd olunacaq
Yazçı-şair Yusif Nəğməkarın yubiley tədbiri keçiriləcək.CityPost.az xəbər verir ki,şairin 70 illik yubileyi münasibəti ilə keçiriləcək tədbir 17 dekabr saat 19-00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.Qeyd edək ki,Mədətov Yusif Məhiş oğlu 15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olub.Orta təhsilini əvvəlcə Aşıqlı kənd 8-illik, sonra isə Beyləqan rayon 1 saylı orta məktəbində (1961–1971) alıb. Kənd təsərrüfatı sahəsində 2 il çalışmış və eyni zamanda rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərib.Həmin illərdə şeirləri, oçerk və məqalələri, publisistik ədəbi-tənqidi yazıları ilə özünü oxucu auditoriyasına tanıdıb. Daha sonra N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya...
08 Dekabr 2025, 13:02
Xeyrəddin Qocadan YAP-çı deputata güllə kimi sözlər
Uzun illər Prezident Administrasiyasının Aqrar Məsələlər Şöbəsinin rəhbəri olmuş, deputat Azər Əmiraslanovun vaxtilə Ramiz Mehdiyev haqqında müsahibəsi yayılıb.A.Əmiraslanovunmüsahibəsində sabiq PA rəhbəri haqqında dediyi sözlərə Mehdiyevin əleyhdarı kimi tanınan Xeyrəddin Qoca sərt reaksiya verib.CityPost.az həmin açıqlamanı təqdim edir:“Deputarət Azər Əmiraslanov, Ramiz Mehdiyevi tərifləyərkən demisiniz ki, “Ramiz Mehdiyev dövləti həm də yazılmamış qayda-qanunlarla idarə edib”. “Yazılmamış qayda-qanunlar” nə deməkdir? Həmin “qayda-qanunlardan” biri odur ki, Heydər Əliyevə yaxın bütün insanlara zərbə vurub! İkincisi, başına özü kimilərini yığıb, bütün dövlət vəzifələrinə öz adamlarını yerləşdirib! Üçüncüsü, dövlətin o qədər pulunu dağıdıb ki, hesabı yoxdur! Dördüncüsü, Fetodan betər, dövlətin içərisində dövlət yaratmaq istəyib! Beşincisi,dövlətə xəyanət etmək...
08 Dekabr 2025, 12:47