Bizə yazın

Baku

-°C

USD

-

Şahmar İbadov həbsdən çıxan oğluna bahalı restoran hədiyyə etdi

Cəmiyyət 17 Oktyabr 2024, 11:40

2780

Nərimanov rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Şahmar İbadov paytaxtın mərkəzində oğluna bahalı restoran alıb.

 

CityPost.az  yerli mediaya  istinadən   xəbər  verir  ki, Bakıda və onun ətraf qəsəbələrində  çoxsaylı ticarət və iaşə obyektlərinə sahib olan Şahmar İbadov paytaxtın Qış parkı ərazisində, Mirzəağa Əliyev 46 ünvanında növbəti “Paxlava” restoranını  açıb.

 

Sözügedən restoranın yerləşdiyi obyekt Şahmar İbadovun oğlu Elmar İbadov tərəfindən 800 min dollara alınıb.

Qeyd edək ki, əvvəllər həmin obyekt “Mandarin Baku” adı ilə fəaliyyət göstərib.

Citypost.az xatırladır ki, Şahmar İbadovun oğlu Elmar İbadov gündəmə törətdiyi ağır  avto qəza ilə gəlmişdi. 2017-ci ilin avqustunda Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçmışdı. Hadisə nəticəsində qadın vəfat etmişdi.

Şahmar İbadov hadisəyə münasibət bildirərkən demişdi ki,qadının ölümünə səbəb oğlunun törətdiyi qəza yox, onun   ürək çatışmazlığından  əziyyət çəkməsi  olub. Guya qadın ağır xəsarətlərdən deyil ,həyəcandan  ölüb.

 

Məhkəmənin hökmü  ilə  törətdiyi  ağır  cinayətə görə E. İbadov 5 il  müddətinə  azadlıqdan məhrum edilsə də, onun  barəsindəki cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

Şahmar  İbadova yaxın  mənbələrdən  aldığımız  məlumata  görə, O, oğlu Elmirə “Paxlava”restoranını həbsdən azad olunmasına rəğmən hədiyyə edib. Məsələ ilə bağlı Şahmar İbadovla əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab  vermədi.

CityPost.az  yaxın günlərdə geniş araşdırma aparmaqla, Ş.İbadova məxsus ticarət,iaşə və istehsalat obyektlərinin siyahısını təqdim edəcək.

CityPost.az qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır.

 

Hazırladı: Müşərrəfxanım

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maaşımızdan 14% vergi tutulacaq

Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib.CityPost.az  xəbər verir ki, güzəşt 2019-cu ildən tətbiq edilir.Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında qeyd edib ki, 2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi:“Güzəşt yalnız özəl sektor – qeyri-dövlət və qeyri-neft sektoru...

17 Sentyabr 2025, 23:11

"Bakı Kart"a yeni direktor təyin edilib 

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-yeni yeni direktor təyin edilib. CityPost.az  xəbər verir ki, bu, Rüfət Babakişiyevdir. O, şirkətin rəhbərliyində Məmməd Allahverdiyevi əvəz edib. "K Group" 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 12,525 milyon manatdır.

17 Sentyabr 2025, 14:51

Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək.CityPost.az   xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 19-da Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 18 sentyabr tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.Əlaqə:tel: +994 (12) 512-01-14e-mail: [email protected]...

17 Sentyabr 2025, 10:28

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə qədər 1,4 min manatı ötəcək 

Azərbaycanda orta aylıq əməkhaqqı 2029-cu ildə 1 411,8 manata çatacaq.Bu barədə CityPost.az  Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.Proqnozlara əsasən, 2026-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 170,8 manat, 2027-ci ildə 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat təşkil edəcək.Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,6 % artacaq.Qeyd edək ki, 2025-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1,098 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,5 % çoxdur....

16 Sentyabr 2025, 14:53

Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub.CityPost.az  xəbər verir ki, sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.

16 Sentyabr 2025, 14:28

Şəhid oldu,adını oğluna qoydular — Qabil Orucəliyevin 34-cü ad günü

Bu gün aprel döyüşləri zamanı şəhid olmuş zabit Qabil Orucəliyevin doğum günüdür.Oxu24.com xəbər verir  ki,yaşasaydı,34 yaşını qeyd edəcəkdi.Xatırladaq ki,Orucəliyev Qabil Əbdüləli oğlu 15 sentyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olub.O uşaqlığını Naxçıvan şəhərinin Xıncov məhəlləsində keçirib. O, 14 yaşında olarkən həyatın ilk acısını dadır. 7-ci sinifdə oxuyan Qabil atasını itirir. Bu yeniyetmənin həyatında aldığı ağır zərbə olur. Buna baxmayaraq o ayaqüstə dayanmağı bacarır. Qarşısına məqsəd kimi hərbçi həyatı yaşamağı qoymuşdu.Özü də bu arzusuna çatmaqda israrlı idi. O, 2006- cı ildə arzusunun ilk pilləsinə çatır. Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə daxil olur. Burada artıq Qabil hərbinin ilk qaydaları ilə tanış olmuşdu...

15 Sentyabr 2025, 15:16