Bizə yazın

Baku

-°C

USD

-

SON DƏQİQƏ! Baş Prokurorluq həmin fakt üzrə cinayət işi açdı

Cəmiyyət 21 Oktyabr 2024, 15:03

3021

Hesablama Palatasından daxil olan material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

CityPost.az  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, 2019-2022-ci illərdə  AMEA -ya Ramiz Mehdiyev rəhbərlik edib.Həmin dövrdə AMEA İşlər İdarəsinin müdiri, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq  deputat Elton Məmmədov olub.

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə qədər 1,4 min manatı ötəcək 

Azərbaycanda orta aylıq əməkhaqqı 2029-cu ildə 1 411,8 manata çatacaq.Bu barədə CityPost.az  Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.Proqnozlara əsasən, 2026-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 170,8 manat, 2027-ci ildə 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat təşkil edəcək.Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,6 % artacaq.Qeyd edək ki, 2025-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1,098 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,5 % çoxdur....

16 Sentyabr 2025, 14:53

Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub.CityPost.az  xəbər verir ki, sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.

16 Sentyabr 2025, 14:28

Şəhid oldu,adını oğluna qoydular — Qabil Orucəliyevin 34-cü ad günü

Bu gün aprel döyüşləri zamanı şəhid olmuş zabit Qabil Orucəliyevin doğum günüdür.Oxu24.com xəbər verir  ki,yaşasaydı,34 yaşını qeyd edəcəkdi.Xatırladaq ki,Orucəliyev Qabil Əbdüləli oğlu 15 sentyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olub.O uşaqlığını Naxçıvan şəhərinin Xıncov məhəlləsində keçirib. O, 14 yaşında olarkən həyatın ilk acısını dadır. 7-ci sinifdə oxuyan Qabil atasını itirir. Bu yeniyetmənin həyatında aldığı ağır zərbə olur. Buna baxmayaraq o ayaqüstə dayanmağı bacarır. Qarşısına məqsəd kimi hərbçi həyatı yaşamağı qoymuşdu.Özü də bu arzusuna çatmaqda israrlı idi. O, 2006- cı ildə arzusunun ilk pilləsinə çatır. Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə daxil olur. Burada artıq Qabil hərbinin ilk qaydaları ilə tanış olmuşdu...

15 Sentyabr 2025, 15:16

Fərid Qayıbov yola salınır

AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan Elxan Məmmədov yaxın vaxtlarda fəaliyyətini Azərbaycanda davam etdirə bilər.CityPost.az  publika.az-a istinadən xəbər verir ki, o, gənclər və idman naziri təyin olunmağa yaxındır.Məmmədov bu vəzifədə Fərid Qayıbovu əvəz edəcək.Ehtimallara görə, onun təyinatı bu ilin oktyabrından sonra reallaşacaq. Buna səbəb ölkəmizdə keçiriləcək III MDB Oyunlarıdır.Elxan Məmmədovun son günlər Azərbaycanda olması məhz bununla əlaqədardır. O, FİFA-dakı gərgin iş qrafikinə rəğmən, tez-tez Bakıya səfərlər edir və yeni işinə hazırlaşır. Qitənin ali futbol qurumu da vəziyyətdən xəbərdardır.Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ,...

15 Sentyabr 2025, 14:09

Bu il Azərbaycanda 1.6 milyard ədəddən çox yumurta istehsal edilib 

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 383,9 min ton ət, 1493,4 min ton süd, 1 milyard 605,7 milyon ədəd yumurta, 14,3 min ton yun, 186,6 ton barama istehsal olunub.Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata görə, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,1 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,3 faiz artıb, yun istehsalı 1,4 faiz, barama istehsalı 22,1 faiz azalıb.Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust ayları üzrə ölkədə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 424,2 milyon manat təşkil etmişdir ki, onun da 4 milyard 648,1 milyon manatı heyvandarlıq, 4 milyard...

15 Sentyabr 2025, 12:27

“HRENGINEERING” MMC-nin tərəfdaşı olduğu beynəlxalq sammit başa çatdı  

8 - 10 sentyabr 2025-ci il tarixlərində İstanbulda 18 ölkənin yüksək səviyyəli rəhbərlərini bir araya gətirən “Executive Leadership & AI Transformation Summit”-də ölkəmiz "HRENGİNEERIG" MMC tərəfindən təmsil olundu. Beş ulduzlu otellərin birində baş tutan sammitdə Azərbaycandan yeganə tərəfdaş qismində “HRENGINEERING” MMC iştirak etdi. Şirkətin dəstəyi ilə “SOCAR Group” və “Veysəloğlu Şirkətlər Qrupu” - nun rəhbər heyəti tədbirdə təmsil olunaraq beynəlxalq müzakirələrdə iştirak etdilər və qlobal şəbəkələşmə imkanlarından yararlandılar.Üç gün davam edən tədbirdə Qətər, Əlcəzair, Türkiyə və digər ölkələrdən sahə üzrə qlobal ekspert və alimlər çıxış edərək süni intellektin həyatımızda və liderlikdə rolu, biznes və liderlik sahəsində gətirdiyi imkanlarla yanaşı, yaratdığı riskləri...

15 Sentyabr 2025, 11:31