Bizə yazın

Baku

-°C

USD

-

Yasamalda vətəndaşın evi sökülüb? -“SR Construction” ətrafında qalmaqal

Cəmiyyət 21 Noyabr 2024, 15:09

4427

Yasamal rayonunda gecə saatlarında vətəndaşın evinin  tikinti şirkəti tərəfindən dağıdıldığı iddia edilir.

CityPost.az  xəbər verir ki, hadisə  Yasamal rayonu, “Sovetski” kimi tanınan ərazidə Mustafa  Sübhi  küçəsi 213 ünvanında  baş verib.

 

“SR Construction” tərəfindən evinin dağıdıldığını idda  edən  sakin Müslüm Xasməmmədov saytımıza  açıqlamasında  bildirib ki,ona  məxsus  108  kvadrat  metr  mənzili noyabrın  19-dan 20-nə  keçən gecə şirkətin əməkdaşları tərəfindən dağıdılıb.

“Bu ərazilərdə  tikinti işlərini  “SR Construction” aparır. Bir neçə sakinlə  tikinti şirkəti arasında  tam razılıb əldə edilmədiyinə və  beləliklə anlaşılmazlıq yarandığı  üçün  söküntü   işləri  dayandırılmışdı.  Şirkətin  nümayəndələri  mənə məxsus 108  kvadrat  metr  mənzilə  əlavə  olaraq  170 min  manat ödəniş  edəcəklərinə söz verdilər.  
Mən  də  həmin  məbləğin ödənilməsindən sonra razılıq verəcəyimi bildirdim. Mənim xəstə olmağımdan istifadə edən tikinti  şirkəti  gecə saatlarında əşyalarım,mebellərim,paltarlarım olan evimi viran ediblər. Xəstə olduğum üçün evdə yox idim. Gecə  mənə zəng etdilər ki, evini  dağıdırlar. Evə  çatanda  gördüm ki,pilləkəni,evin  üstünü ,divarlarını,otaqları tamamilə uçurublar. Bundan əlavə mənə  məxsus  əşyalar   da   oğurlanıb ”,-deyə   şikayətçi  bildirib.

 

CityPost.az  saytının əməkdaşı hadisə baş verən ünvanda olub. Ərazidə çəkiliş apardığımız  müddətdə həqiqətən də sakinə məxsus yaşayış evinin dağıdıldığının və yaşayışa tamamilə yararsız hala salındığının şahidi olduq. Adının çəkilməsini istəməyən şahidin saytımıza verdiyi məlumata görə,söküntü işi gecə saatlarında,gizlin aparılıb ki,heç kimin xəbəri olmasın.Söküntü işi aparılan  zaman  sakinlər  yatılı  vəziyyətdə olublar. 

 

Şikayətçi evinin dağıdılması anının video görüntüsünü də saytımıza təqdim edib:

"SR Construction” ölkədə tikinti sektorunda xüsusilə mühüm paya sahibdir. Teras  Park, Əhmədli  Park  yaşayış komplekslərinin inşası da bu şirkət tərəfindən  icra   olunub.

Şirkət "SR” Şirkətlər Qrupunun müəssisələrindən biridir. "SR” qrupun tərkibinə daxil olan törəmə şirkətlər inşaat, tibb, məişət kimyası, avtomobil, elektronika satışı və satışdan sonra xidmət sahələrində fəaliyyət göstərir.

Şirkətin 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Sabir Nağıyevə məxsus olduğu bildirilir. "SR Group”un adının da generalın oğlanları - Sahil və Rahilin adlarının baş hərfləri olduğu güman edilir.

 

Elə  generalın oğlu Sahil Nağıyev  də "Linkedin" sosial şəbəkəsində şirkətin həmtəsisçisi  olduğunu  etiraf  edib.

CityPost.az vətəndaşın iddiası ilə bağlı “SR Construction” şirkətinin də mövqeyini öyrənib.

 

Bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi) küçəsi, ev 213 ünvanında yerləşən mənzil 18 yanvar 2021-ci il tarixdə notariat qaydasında təsdiq edilməklə bağlanmış alqı-satqı müqaviləsi əsasında Xasməmmədov Müslüm Xasməmməd oğlu (satıcının nümayəndəsi kimi) tərəfindən müəssisəyə satılmış, müqavilədə qeyd edilən kompensasiya məbləği notariusun müvafiq bankda olan depozit hesabı vasitəsilə tam olaraq adıçəkilən şəxsə ödənilmişdir.

 

Qeyd edirik ki, mülki hüquqi müqavilə əsasında gələcəkdə əlavə ödənişlərin edilməsi barədə öhdəliyin götürülməməsinə baxmayaraq, müqavilədə göstərilən məbləğdən əlavə olaraq mənzil mülkiyyətçisinin nümayəndəsinə bir neçə dəfə də kompensasiya ödənişi aparılmışdır.

Həmin müqavilənin qüvvəyə minməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, adıçəkilən şəxs öz ailə üzvləri ilə birlikdə mənzili tərk etməkdən və müəssisəyə təhvil verməkdən imtina etmiş, buna səbəb kimi isə, müqavilənin qüvvəyə mindiyi tarixdən hazırkı vaxtadək daşınmaz əmlak bazarında qiymətlərin artmasını, inflyasiya baş verdiyini və oxşar digər amilləri göstərmişdir.

 

Halbuki müvafiq müqavilədə alqı-satqı obyektinin gələcəkdə bazar qiymətinin artmasının və ya azalmasının tərəflər arasında yenidən hesablaşmaya əsas olmayacağı barədə şərt, həmçinin müqavilə bağlandıqdan sonra mülkiyyətçinin və həmin mənzildə yaşayan digər şəxslərin mənzili tərk etmələri barədə öhdəlik də öz əksini tapmışdır.

 

Yuxarıda qeyd edilən səbəblər mənzili müəssisəyə təhvil verməkdən imtina üçün əsas olmadığından və hazırkı vaxtadək müvafiq alqı-satqı müqaviləsinin ləğv edilmədiyi nəzərə alınaraq, müəssisə tərəfindən orada faktiki olaraq yaşayan şəxslərin mənzili fiziki olaraq tərk etdiyi vaxtda həmin yaşayış sahəsinin söküntüsü həyata keçirilmişdir.

 

Yaşayış sahəsinin söküntüsü ilə əlaqədar mənzilin əvvəlki mülkiyyətçisinin və üçüncü şəxslərin mülkiyyət və digər əmlak hüquqlarına qanunazidd müdaxilə edilməmiş, mənzilə görə kompensasiyanın ödənildiyi nəzərə alınmışdır.

 

Məlumat üçün göstərməyi vacib hesab edirik ki, müvafiq mənzil daşınmaz əmlak barəsində hüquqmüəyyənedici sənədə əsasən Müslüm Xasməmmədova deyil, üçüncü şəxsə məxsus olmuşdur.

 

O halları da göstərməyi vacib hesab edirik ki, mənzildə faktiki olaraq yaşayan M.Xasməmmədovun oğlu X.Xasməmmədova da mənzilin söküntüsü həyata keçirilməmişdən öncə müəyyən məbləğdə ödəniş edilmiş, mənzilin giriş qapısının açarları həmin şəxs tərəfindən müəssisənin əməkdaşına təqdim edilmişdir.

Həmin şəxs müəssisənin müvafiq əməkdaşına mənzildəki əşyaların ona məxsus olduğunu və gələcəkdə onları istifadə etməyəcəyini (cəmi 1 əşya istisna olmaqla) bildirmişdir.

 

Bu hal nəzərə alınaraq, mənzil içərisindəki köhnə tipli bir neçə məişət əşyaları oradan çıxarılmadan sökülmüş, əşyaların mülkiyyətçisinin bu barədə seçimi və iradə ifadəsi nəzərə alınmışdır.

 

Məlumat üçün qeyd edirik ki, mənzilin söküntü işləri sutkanın gündüz vaxtında (günorta saatlarında) həyata keçirilmiş, söküntünün başa çatdırılmasına az qaldığı vaxtda ərazidəki digər bir  neçə sakinin söküntü işlərinə müdaxilə etməsi və hüquq mühafizə orqanlarına müraciət etməsi səbəblərinə görə, işin icrası müvəqqəti dayandırılmış, gecə saatlarında isə, dayandırılmış işlərin görülməsi təxminən 10-15 dəqiqə müddətində başa çatdırılmış, işin icra müddətində ictimai sakitliyin pozulması hallarına yol verilməmişdir.

 

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?  

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.Bu barədə 

14 May 2025, 11:17

Çaylarda sululuq artıb  

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.Bu barədə 

14 May 2025, 10:44

DİN: Bank kartı sahibləri diqqətli olmalıdır, onlayn təhlükə var  

Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

14 May 2025, 10:18

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2025) 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. CityPost.az   xəbər verir ki, avronun məzənnəsi 0,65 % artaraq 1,9019 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,44 % artaraq 2,1290 manat təşkil edib.

14 May 2025, 10:02

Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir 

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.Düşən yağıntının miqdarı Balakəndə 46 (aylıq normanın 37%-i), Zaqatalada 37 (aylıq normanın 26 %-i), Sarıbaşda (Qax) 34 (aylıq normanın 21 %-i), Ağstafada 27 (aylıq normanın 51 %-i), Daşkəsəndə 23 (aylıq normanın 23 %-i), Tovuzda 22 (aylıq normanın 41 %-i), Şəkidə (Kişçay) 19, Gəncədə 14, Gədəbəy, Göygöl və Şəmkirdə 11, Şərur, Oğuz, Sədərək, Şahdağ, Şahbuz, Astara, Naftalan, Lerik, Quba, Mingəçevir, Goranboy, İsmayıllı, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Lənkəran, Yardımlı, Ceyrançöl, Tərtər, Bərdə, Naxçıvan, Ordubad, Beyləqan,...

14 May 2025, 10:01

Yeni hərbi prokuror bu məmurun kürəkəni imiş   

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.Citypost.az    “Axar.az”a istinadən xəbər verir ki, B.Əhmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun kürəkənidir.Qeyd edək ki, M.Məmmədov 2018-ci ildən bu vəzifədədir.

13 May 2025, 20:25