"Vətəndaşın aktiv əmək müqaviləsi var" - Agentlikdən açıqlama

Cəmiyyət

03 Dekabr 2024, 12:58
"Vətəndaşın aktiv əmək müqaviləsi var" - Agentlikdən açıqlama
36

Dünən  İkinci Qarabağ müharibəsi iştirakçısı  Biləsuvar  rayonun Ağalukənd kəndində anadan olmuş Məhəmməd Mehtiyevin müraciətini təqdim etmişdik. 

Məhəmməd Mehtiyev müraciətində Dövlət Məşğulluq  Agentliyinin Biləsuvar rayon şöbəsindən narazılığını bildirib. Onun iddiasına görə,qurumdan mal-qara almaq üçün müraciət etsə  də rədd cavabı alıb.

Qeyd olunan məsələ ilə bağlı Dövlət Məşğulluq  Agentliyi rəsmi açıqlama verib.

Agentlikdən  CityPost.az  saytının sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxsin aktiv əmək müqaviləsi mövcuddur. 

"Vətəndaşın hazırda aktiv əmək müqaviləsi mövcuddur. Özü ilə də danışılıb, izah verilib. Aktiv əmək müqaviləsi və aktiv VÖEN olan vətəndaşlar qanunvericiliyə görə məşğul şəxs sayılır və özünüməşğulluq proqramına cəlb oluna bilmir.",-deyə açıqlamada qeyd edilib.

 

Miri Məcidli

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%