İşə düzəltmə adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxsi polis saxlayıb.
Citypost.az DİN-ə istionadən xəbər verir ki, “TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “xanımların işlə təmin edilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.
Polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.