Bizə yazın

Baku

-°C

USD

-

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

Cəmiyyət 12 Fevral 2025, 18:46

2584

Xəbər verdiyimiz kimi, Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

Citypost.az-ın  məlumatına görə, Elnur Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olub.

1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1995-ci ildə “Philip Morris” şirkətində başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2001-2002-ci illərdə “Coca-Cola” şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində çalışıb.

2003-2021-ci illərdə “İmperial Tobacco” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərib. 2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dünən bank kartlarından 12 min manat oğurlanıb  

İyunun 20-də vətəndaşların bank kartlarından 8160, 800, 425, 397, 200, 185, 85, 73 manat və 920, 32 dollar məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.

21 İyun 2025, 11:59

Məktəbəhazırlıq qruplarına qəbul başlayıb  

Bu gündən etibarən 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul başlayıb.

21 İyun 2025, 11:45

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciətFövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.CityPost.az  xəbər verir ki, müraciətdə deyilir:"Yay fəslinin gəlişi və havaların isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.  Çimərliklərdə nələr qadağandır?Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, aşağıdakılar qadağandır:- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;- çimmə zonasının...

21 İyun 2025, 10:49

Azərbaycana yay fəsli daxil olub

Azərbaycana yay fəsli daxil olub.CityPost.az xəbər verir ki, yay fəsli Azərbaycana 21 iyun 06:42-də daxil olub.Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır.Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünür.Bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir....

21 İyun 2025, 10:22

İran və “Avropa üçlüyü” danışıqları davam etdirmək barədə razılığa gəliblər 

İran ilə “Avropa üçlüyü” (Fransa, Böyük Britaniya və Almaniya) İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdə danışıqları davam etdirmək barədə razılığa gəliblər.CityPost.az  "Reuters"ə istinadən xəbər bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.“Biz danışıqları davam etdirmək barədə razılığa gəldik. Əsas məsələ dialoq imkanlarını açıq saxlamaqdır. Görüş zamanı biz yalnız nüvə problemini deyil, digər mühüm məsələləri də müzakirə etdik,” – deyə Kallas qeyd edib....

21 İyun 2025, 09:15

SON DƏQİQƏ! DTX icra başçısını həbs etdi  

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.CityPost.az    xəbər verir  ki, News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

20 İyun 2025, 15:00