Bizə yazın

Baku

-°C

USD

-

Vahid Əhmədov istiqlalçıdır?

Cəmiyyət 14 Fevral 2025, 11:36

3154

Yenicə fəaliyyətə başlayan Teleqraf.az xəbər agentliyi bu günlərdə sabiq deputat Vahid Əhmədovdan müsahibə alıb.Müsahibənin detallarına toxunmaq fikrimiz yoxdur.

 

Əsas bizim diqqətimizi çəkən məqam Vahid Əhmədovun oxucuya istiqlalçı deputat kimi təqdim olunmasıdır.Belə yerdə deyiblər:Utanmasan,oynamağa nə var? Ola bilər ki, gənc nəsil kimin,kim olduğunu aydın bilməsin.Yaşlı nəsil axı yaxşı bilir ki, Vahid Əhmədov kim olub. Onun istiqlalçı kimi pərdələnmək cəhdi  görəsən indiki məqamda nəyin göstəricisidir?

Üstəlik də müsahibədə Milli Məclisin deputatı kimi qələmə verilir.Ola bilər ki, müsahibəni alan jurnalist naşılıq etsin...Bəs,müsahib? Bu,əslində hər iki tərəf üçün böyük qüsurdur. Kiminsə hesabına gündə bir agentlik,sayt yaratmaq bir məsələdir.Adamları cəmiyyətə yalnış təqdim edərək,çaşdırmaq isə digər bir məsələ...

 

Vətənini  sevən oğulların hesabına Azərbaycan müstəqillik qazananda istiqlalçı deputat kimi təqdim olunan Vahid Əhmədov yüksək vəzifələr daşıyırdı.

 

O,hətta  qısa bir zaman kəsiyində baş nazirin müavini postunu da  tuta bilmişdi. Ümumilli lider Heydər Əliyev hakimiyyətə gələndən bir neçə ay sonra  onu vəzifəsindən uzaqlaşdırdı.

 

Çünki,Heydər  Əliyev  kimin kim olduğunu yaxşı bilirdi. Əgər,günün  birində  arxivlər açılsa, Rusiya agentlərinin siyahısı üzə çıxsa, “İstiqlalçı deputat”  Vahid  Əhmədovun adını  orada görsəniz,heç  təəccüblənməyin... 

 

CityPost.az saytının informasiya şöbəsi
 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Küləklə bağlı xəbərdarlıq edildi

Küləklə bağlı xəbərdarlıqKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə 

26 Aprel 2025, 18:39

Nazir onu qərargah rəisi təyin etdi - Foto 

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.Citypost.az Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, polkovnik İntiqam Axundlu həmin xidmətin qərargah rəisi vəzifəsinə təyin olunub.Qeyd edək ki, xidmətin əvvəlki rəisi, general-leytenant Etibar İsmayılov bir müddət öncə təqaüdə göndərilib. Hazırda onu müvəqqəti olaraq FHN-in Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov əvəz edirdi....

26 Aprel 2025, 17:36

Sabah Azərbaycanda 29 dərəcə isti olacaq 

Azərbaycanda aprelin 27-də 29 dərəcə isti olacaq.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 12-14° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu...

26 Aprel 2025, 12:13

Əvəz Zeynallı azadlıqda - İlk fotosu  

Xəbər verdiyimiz kimi, jurnalist Əvəz Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.

25 Aprel 2025, 18:49

Cinayətlərin dinamikasında azalma qeydə alınıb - VİDEO  

Aprelin 25-də Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması, cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, polis-media əlaqələrinin təşkili sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.DİN-dən 

25 Aprel 2025, 18:22

Ayın sonunadək bəzi ərazilərdə hava yağıntılı olacaq  

Aprelin 30-dək ölkənin əsasən şimal və qərb rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

25 Aprel 2025, 18:00