Pentaqon məxfi proqramları gizli saxlamaq üçün UNO haqqında dezinformasiya yayıb
Dünya 08 İyun 2025, 09:22

827
ABŞ Müdafiə Nazirliyi onilliklər boyu məxfi hərbi proqramların mövcudluğunu gizli saxlamaq üçün naməlum uçan obyektlər (UNO) və yadplanetli texnologiyalar haqqında bilərəkdən dezinformasiya yayıb.
Citypost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti rəsmilər, hərbçilərlə müsahibələrə və minlərlə sənəd səhifəsinə əsaslanan araşdırmaya istinadən məlumat yayıb.
Qeyd olunub ki, 1980-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinin əməkdaşı Nevadada məxfi “51-ci Zona” obyektinin yaxınlığındakı bar sahibinə xüsusi olaraq saxta uçan boşqab fotoşəkilləri ötürüb. Bu, stels təyyarələrinin, o cümlədən forması populyar mədəniyyətdə yadplanetli gəmilərinin xarakterik təsvirlərinə bənzəyən F-117-nin sınaqlarını gizlətmək əməliyyatının bir hissəsi olub. Mənbələrin məlumatına görə, bu cür manipulyasiyalar sistemli olub və yalnız bir hadisə ilə məhdudlaşmayıb.
Həmçinin oxuyun
Araşdırma ABŞ Konqresi tərəfindən yaradılmış AARO (All-domain Anomaly Resolution Office) ofisi tərəfindən aparılıb. Bu qurumun vəzifəsi hökumətin guya yadplanetli texnologiyalarının öyrənilməsi proqramlarını gizlətməsi barədə çoxillik inadlı şayiələri yoxlamaq olub. AARO-nun işi zamanı saxta sənədlərin yayılması, yeni zabitlərin UNO ilə bağlı mövcud olmayan məxfi layihələrə "təqdim edilməsi" və ictimai rəylə manipulyasiya halları aşkar edilib.
Xüsusi diqqət 1960-70-ci illərdə baş vermiş hadisələrə yönəldilib. O zaman Hərbi Hava Qüvvələrinin əməkdaşları guya "havada süzən obyektlər" tərəfindən törədilmiş nüvə raketlərinin sönməsini qeydə alıblar. Lakin AARO-nun nəticələrinə görə, belə sönmələrin səbəbi nüvə zərbəsinin nəticələrini simulyasiya edən elektromaqnit generatorlarının sınaqları olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Tramp "TikTok" qadağasını daha 90 gün gecikdirdi
ABŞ prezidenti Donald Tramp ABŞ-da TikTok-un istifadəsini effektiv şəkildə qadağan edən ikipartiyalı qanunun icrasını yenidən 90 gün gecikdirib.
18 İyun 2025, 16:00

Zelenski G7 sammitində lazım olan dəstəyi ala bilmədi
"The Wall Street Journal" (WSJ) çərşənbə axşamı bildirib ki, Volodimir Zelenski Kanadada keçirilən G7 sammitini ümid etdiyi dəstəyi almadan tərk edib.
18 İyun 2025, 15:44

WSJ: "ABŞ İrana hücum etmək qərarı verməyib"
“The Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, Ağ Evdə keçirilən qapalı iclas İrana zərbə endirmək qərarı verilmədən başa çatıb.
18 İyun 2025, 15:30

Pezeşkian İranın böhrandan çıxa biləcəyini ümid edir
İran prezidenti Məsud Pezeşkian ABŞ-ın İran-İsrail münaqişəsi ilə bağlı gözlənilən qərarı fonunda Tehranın hazırkı böhrandan çıxa biləcəyinə ümid etdiyini bildirib.
18 İyun 2025, 15:15

Kallas: "Ukraynaya daha çox kömək etməsək, rus dilini öyrənməliyik"
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynaya daha güclü dəstək verməyə çağırır. Əks halda, Kallasın fikrincə, Avropa rus dilini öyrənməli olacaq.
18 İyun 2025, 15:00

Zaxarova Mertsin bu sözlərindən qorxdu
Almaniya kansleri Fridrix Merts Yaxın Şərqdəki münaqişə ilə bağlı verdiyi açıqlamalar təsəvvür edə biləcəyiniz ən dəhşətli sözlərdir.
18 İyun 2025, 14:45