Bizə yazın

Baku

-°C

USD

-

ABŞ və G7 yollarının fərqliliyi ortaya çıxdı

Dünya 17 İyun 2025, 18:40

2392

"Bloomberg"-in köşə yazarı Andreas Kluth bildirib ki, G7 artıq vahid Qərbi təmsil etmir, çünki Donald Trampın rəhbərliyi altında ABŞ qrupun qalan dəyərlərini bölüşməyi dayandırıb.

CityPost.az xəbər verir ki, müəllifin fikrincə, G7 üzvləri indi qlobal münaqişələrin həlli bir yana qalsın, onların təhlilinə yanaşmada belə razılığa gələ bilmirlər.

Kluth yazır: "Tramp digər altı demokratiyanın dəyərlərini bölüşmür və artıq impulslarını cilovlamır. Əgər G7 bir vaxtlar "Qərbi" təmsil edirdisə, o ortaq zəmin artıq mövcud deyil".

Köşə yazarı qeyd edir ki, “bir vaxtlar ABŞ-ın rəhbərlik etdiyi Qərbin parçalanmasını” seyr edən Çin indiki vəziyyətdən istifadə edə bilər.

Kluth, Kanada sammitində əldə edilən tariflərin azaldılması və ya yeni investisiya müqavilələri ilə bağlı xəbərlərin aldadılmaması barədə xəbərdarlıq edir. Bu qərarlar yalnız ona görə mümkün olub ki, Tramp digər liderləri “utandıra” bilməmiş görüşü tərk edib.

Sonda müəllif belə qənaətə gəlir ki, G7 “faydalılığını ötüb” və artıq müasir dünyada eyni rolu oynamır.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Aİ Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklayıb 

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.Bu barədə Danimarkanın Aİ Şurasına Sədrliyinin bəyanatında bildirilir."Aİ Şurası Rusiyanın aktivlərinin müddətsiz bloklanmasını təsdiqləyib", - bəyanatda deyilir."Reuters" qeyd edib ki, Avropa İttifaqı bununla da Ukraynaya yardım məqsədilə həmin vəsaitlərin istifadəsinə ən ciddi maneəni aradan qaldırıb."Aİ Ukraynanın maliyyələşdirilməsini saxlamaq istəyir, çünki Rusiyanın işğalını öz təhlükəsizliyinə təhdid hesab edir. Bunun üçün Aİ dövlətləri 2022 - ci ildə Ukraynaya hücumdan sonra blokladıqları Rusiyanın suveren aktivlərinin bir hissəsini cəlb etməyə çalışırlar", - məqalədə deyilir.Aİ ölkələri hökumətləri tərəfindən razılaşdırılmış ilk vacib addım, aktivlərin dondurulmasının uzadılması məsələsində hər altı ayda bir səs vermək əvəzinə,...

12 Dekabr 2025, 23:10

Ukrayna Rusiyaya ağır zərbə endirdi

Dekabrın 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Sea Baby" dəniz dronları Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid "Dashan" tankerini vurub.CityPost.az  xəbər verir ki, bu barədə Unian-a SBU-dakı mənbələr məlumat verib.Məlumata görə, Komor adalarının bayrağı altında üzən gəmi Ukraynanın xüsusi iqtisadi zonasına daxil olaraq “Novorossiysk” liman terminalına doğru hərəkət edib. Tanker maksimum sürətlə irəliləyib və transponderi söndürülmüş vəziyyətdə olub.Hücum nəticəsində gəmi ciddi zədələnib. Yayımlanan görüntülərdə tankerın arxa hissəsində güclü partlayışlar müşahidə olunur. İlkin məlumata əsasən, gəmi sıradan çıxarılıb.Əməliyyat SBU-nun Hərbi Əks-Kəşfiyyatın 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilib....

11 Dekabr 2025, 09:22

İsraildə İran casusu həbs edilib 

İsrail polisi İran üçün casusluqda şübhəli bilinən şəxsi həbs edib.Citypost.az  “The Times of Israel”ə istinadən xəbər verir ki, onun saxlanılması polis və Şin Betin (Daxili Təhlükəsizlik Xidməti) birgə əməliyyatı nəticəsində mümkün olub.Polis və Şin Betin ortaq bəyanatında Aşkelondan olan 37 yaşlı Amir Malkanın indiyə qədər İrandan casusluq müqabilində minlərlə dollar vəsait aldığı müəyyən edilib.Onun casusluğunun fəaliyyət istiqamətləri və əlavə detallar açıqlanmayıb.Qeyd edək ki, İsrail mətbuatı 2024-cü ildən bəri İran üçün casusluq hallarında artım müşahidə olunduğunu yazır....

04 Dekabr 2025, 12:50

Xəzər dənizinin Dağıstan sahillərində 320-dən çox ölü suiti tapılıb 

Xəzər dənizinin Dağıstan Respublikası sahillərində 320-dən çox ölü suiti tapılıb.Bu barədə TASS regional təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.Bildirilib ki, ölü heyvanların cəsədləri Sulak çayının mənsəbi ilə Terek çayı arasındakı sahildə aşkar edilib.

02 Dekabr 2025, 23:18

NATO Ukraynaya 17 milyard dollar dəyərində silah tədarükü gözləyir 

NATO Baş katibi Mark Rutte ABŞ-dan Ukrayna Silahlı Qüvvələrinə ən azı 17 milyard dollar dəyərində silah tədarükü gözlədiyini bildirib.Bu barədə NATO Baş Katibi keçirdiyi mətbuat konfransında bildirib.Ruttenin sözlərinə görə, dekabırn 3-də Brüsseldə NATO-Ukrayna Şurasının Xarici İşlər Nazirləri səviyyəsində iclası keçiriləcək və bu tədbirdə Avropa İttifaqının baş diplomatı Kaya Kallas və Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iştirak edəcək.Baş katib vurğulayıb ki, NATO Rusiyanın Ukraynaya qarşı getdikcə daha qəddar hücumlarını gözardı edə bilməz.“Rusiya sistematik şəkildə mülki infrastruktur hədəf alır, ukraynalıları qışın əvvəllərində istilik və işıqdan məhrum edir. Rusiya bu müharibədə tək deyil, Çin onun əsas dəstəkçisi olaraq qalır, İran və Şimali...

02 Dekabr 2025, 19:26

Putin bu gün Uitkoff və Trampın kürəkəni ilə görüşəcək 

Putin və Uitkoff arasındakı görüş lazım olduğu qədər davam edəcək.Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.O, Kremldə keçiriləcək görüşdə Amerika nümayəndə heyətinin tərkibini də açıqlayıb. Qeyd edib ki, Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu gün Putinlə görüşəcək amerikalı danışıqçılar olacaq.

02 Dekabr 2025, 16:09