"İsrail mümkün qədər tez Livanın cənubunda quru əməliyyatı keçirmək niyyətindədir".
Citypost.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi Daniel Həcəri bildirib.
“Düşmənə təfərrüatları açıqlamayacağam, amma bunu mümkün qədər qısa edəcəyik - günlər, həftələr, bunu düşmənə deməyəcəyəm”.
Həcəri İsrailin davam edən məhdud və lokallaşdırılmış əməliyyatın bir hissəsi olaraq lazım olanı edəcəyini vurğulayıb. Bundan əvvəl İsrail ordusunun sözçüsü Aviçai Edri bildirib ki, İDF Livanın cənubunda şiə radikal hərəkatı “Hizbullah”a qarşı intensiv döyüşlər aparır.
Livan BMT-ni İsrailin dövlət ərazisinə davam edən zərbələri fonunda bu ölkəyə humanitar yardımın təhlükəsiz çatdırılması üçün hava dəhlizi yaratmağa çağırıb.
Yeganə