Bizə yazın

Baku

-°C

USD

-

Netanyahu vətəndaşlarına çağırış etdi

Dünya 01 Oktyabr 2024, 19:41

5103

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına müraciət edib.

CityPost.az  xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu vətəndaşları bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar daxili cəbhə xidmətinin göstərişlərinə əməl etməyə çağırıb.

“İsrail vətəndaşları, İranın şər oxuna qarşı kampaniya tam sürətlə davam edir... Sizdən xahiş edirəm ön cəbhə komandanlığının göstərişlərinə ciddi əməl edin, bu, həyatınızı xilas edəcək”, - o bildirib.

O, həmçinin vurğulayıb ki, İsrail böyük çətinliklərlə üzləşir, buna görə də vətəndaşlar bir olmalıdır:

“Biz birlikdə dayanacağıq, birlikdə mübarizə aparacağıq və birlikdə qalib gələcəyik”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyədə 4,3 bal gücündə zəlzələ olub 

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.APA-nın Türkiyə bürosu xəbər verir ki, zəlzələ 11,33 kilometr dərinlikdə baş verib.

26 Mart 2026, 12:14

KİV: Türkiyənin neft tankeri dronla vurulub 

Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinin pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldığı iddia edilir."Report" "Haber Global"a istinadən xəbər verir ki, tanker İstanbul boğazının girişindən 15 mil (24,14 km) məsafədə vurulub.Məlumata görə, hücum nəticəsində gəminin bəzi hissələrinə ziyan dəysə də, 27 nəfərlik heyət üzvləri zərər görməyib.Tankerdə 140 min ton (1 milyon barel) neftin olduğu bildirilib.Tankerin vurulması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib....

26 Mart 2026, 10:09

Ağ Ev: İran məğlubiyyətini qəbul etməlidir, əks halda daha sərt vurulacaq 

ABŞ Prezidenti Donald Trampın İranla bağlı mövqeyi ciddi xarakter daşıyır.Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat konfransında bildirib.Onun sözlərinə görə, İran bir daha yanlış nəticələr çıxarmamalıdır.Ağ Ev rəsmisinin vurğulayıb ki, İran məğlubiyyətini qəbul etməlidir, əks halda daha sərt vurulacaq."ABŞ və İran arasında danışıqlar davam edir və məhsuldar keçir", - Levitt əlavə edib.

25 Mart 2026, 22:34

Trampın Çinə səfərinin vaxtı məlum olub 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Çinə səfərinin vaxtı məlum olub.Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt danışıb.Onun sözlərinə görə, ABŞ lideri Pekində 14-15 may tarixlərində olacaq və səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcək."Prezident Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çoxdan gözlənilən görüşü 14 və 15 mayda Pekində keçiriləcək", - deyə o bildirib.Livitt əlavə edib ki, Çin Xalq Respublikasının Sədrinin ABŞ-yə cavab səfəri 2026-cı ilin sonlarında gözlənilir....

25 Mart 2026, 22:10

BMT-nin Baş katibi Yaxın Şərqə şəxsi nümayəndə təyin edib 

BMT-nin Baş katibi Antonio Quterreş təcrübəli fransız diplomat Jan Arnonun Yaxın Şərq münaqişəsi üzrə şəxsi nümayəndəsi təyin etdiyini bildirib. BMT-nin Baş katibi bunu Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında jurnalistlərə bildirib.Quterreş hesab edir ki, regiondakı vəziyyət nəzarətdən çıxıb və dünya daha böyük bir müharibənin astanasındadır. O, dialoqu təşviq etmək və sülhə nail olmaq üçün bir sıra təşəbbüsləri həyata keçirmək üçün Yaxın Şərqdə və dünyanın bir çox ölkəsi ilə sıx əlaqə saxladığını bildirib."Bu təşəbbüslər uğurlu olmalıdır. Hörmüz boğazının uzun müddət bağlanması qlobal əkin mövsümünün kritik bir anında neft, qaz və gübrə daşınmasını əngəlləyir. Artıq eskalasiya pilləkəninə qalxmağı dayandırıb diplomatiyaya doğru irəliləməyin vaxtıdır", - deyə o...

25 Mart 2026, 20:46

"Xatəm əl-Ənbiya": İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib 

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib və Amerika qoşunlarının bölgədən çıxarılmasını tələb edir.Bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib."Bölgədəki bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və hərbçilər qaçaraq bazaların xaricindəki sığınacaqlarda gizlənirlər. Biz onları axtarırıq və bölgə sakinlərini gizləndikləri yerləri bildirməyə, eyni zamanda öz təhlükəsizliklərini təmin etmək üçün ABŞ hərbçilərinin bölgədən çıxarılmasını tələb etməyə çağırırıq", - deyə o, brifinq zamanı bildirib.Qeyd edək ki, İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirib....

25 Mart 2026, 20:01