Bizə yazın

Baku

-°C

USD

-

KİV: “Hizbullah” arsenalının yarısını itirib

Dünya 01 Oktyabr 2024, 20:55

603

Livanın “Hizbullah” hərəkatı İsrail silahlı qüvvələrinin atdığı addımlar nəticəsində arsenalının təxminən yarısını itirib.

Bu barədə “Al Arabiya” telekanalı Avropa İttifaqındakı mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi Livanın cənubuna hərbi müdaxilənin miqyasını bilərəkdən gizlədir.

Qeyd edək ki, “Hizbullah” baş katibinin müavini Naim Qasım sentyabrın 30-da etdiyi çıxışında hərəkatın İsrail qüvvələrinin Livan ərazisinə qurudan müdaxiləsi halında onları dəf etməyə hazır olduqlarını və düşmənin məqsədlərinə çatmasına imkan verməyəcəklərini söyləyib. O vurğulayıb ki, İsrail ordusu bütün səylərə baxmayaraq, “Hizbullah”ın hərbi potensialını məhv edə bilməyib və edə bilməyəcək.

Xatırladaq ki, İsrail sentyabrın 23-də Livandakı “Hizbullah” birləşmələrinə qarşı “Şimal oxları” adlı hərbi əməliyyata başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hücumlar həyata keçirir. Sentyabrın 17 və 18-də Livanda peycerlərin partlamasından və buna görə İsrailin günahlandırılmasından sonra ölkələr arasında münaqişənin gərginləşməsinin yeni mərhələsi başlayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Qəzzanın səhiyyə sistemi kritik səviyyədədir" - UNRWA

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA), İsrailin Qəzza zolağına hücumları səbəbiylə bölgədəki səhiyyə sisteminin kritik həddə çatdığını, həyati əhəmiyyətli dərman və qan preparatlarının tükəndiyini bildirib.

18 İyun 2025, 16:16

Tramp "TikTok" qadağasını daha 90 gün gecikdirdi 

ABŞ prezidenti Donald Tramp ABŞ-da TikTok-un istifadəsini effektiv şəkildə qadağan edən ikipartiyalı qanunun icrasını yenidən 90 gün gecikdirib.

18 İyun 2025, 16:00

Zelenski G7 sammitində lazım olan dəstəyi ala bilmədi 

"The Wall Street Journal" (WSJ) çərşənbə axşamı bildirib ki, Volodimir Zelenski Kanadada keçirilən G7 sammitini ümid etdiyi dəstəyi almadan tərk edib.

18 İyun 2025, 15:44

WSJ: "ABŞ İrana hücum etmək qərarı verməyib"

“The Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, Ağ Evdə keçirilən qapalı iclas İrana zərbə endirmək qərarı verilmədən başa çatıb.

18 İyun 2025, 15:30

Pezeşkian İranın böhrandan çıxa biləcəyini ümid edir

İran prezidenti Məsud Pezeşkian ABŞ-ın İran-İsrail münaqişəsi ilə bağlı gözlənilən qərarı fonunda Tehranın hazırkı böhrandan çıxa biləcəyinə ümid etdiyini bildirib.

18 İyun 2025, 15:15

Kallas: "Ukraynaya daha çox kömək etməsək, rus dilini öyrənməliyik" 

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynaya daha güclü dəstək verməyə çağırır. Əks halda, Kallasın fikrincə, Avropa rus dilini öyrənməli olacaq.

18 İyun 2025, 15:00