Bizə yazın

Baku

-°C

USD

-

Rasim Həmidov saxlanıldı   

Hadisə 17 İyul 2025, 16:58

25175

Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun  şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət  işinin   başlanması və  253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.

Dünən Rasim Həmidov   Ağcabədi Rayon Məhkəməsində  hakim Etibar  Quliyevin  sədrliyi ilə  saat 11:30-da  Ağcabədi Rayon Məhkəməsində  zal №1-də təqsirləndirilən şəxs  Həmidova  Sevinc Baxşeyş qızı ilə bağlı 1(017)-78/2025  saylı  cinayət işi üzrə  zərərçəkmiş şəxs  qismində məhkəmə iclasında  iştirak etməli idi.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə  Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar əsasında işə baxılmalı idi.

Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni  icra etməməkdən ötrü  süni əngəl  törətməklə  müxtəlif cür bəhanələr gətirib.

Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları    ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.

Lakin, məhkəmədən bir gün öncə Rasim Həmidov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  15 iyul 2025-ci il tarixdə,səhər saatlarında saxlanılıb.İşin istintaqı müstəntiq Əsəd Məmmədova həvalə olunub.

Rasim Həmidovun atası Həmid Həmidovun iddiasına görə,oğlunun heç bir günahı yoxdur. O, keçmiş arvadı Sevinc Həmidovanın qohumlarının sifarişi əsasında saxlanılıb və Xızı Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb.

Ata Həmid Həmidov bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ombudsman Aparatına,Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət ünvanlayıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov CityPost.az saytına açıqlamasında  həmin şəxsin saxlanılmasını təsdiqləyib. Lakin,işgəncə iddialarını təkzib edərək, hələlik Rasim Həmidov ətrafında müvafiq araşdırmalar aparıldığını bildirib.

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub 

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub.CityPost.az   xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.İstintaq materiallarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur.“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla...

27 Avqust 2025, 10:40

Qohumlar arasında atışma: Ölən var

Şanlıurfanın Viranşehir rayonunda  ki qohum arasında torpaq mübahisəsi atışmaya səbəb olub. CityPost.az  Türkiyə mediasına istinadən   xəbər  verir   ki,  iki qohum arasında torpaq mübahisəsi zəminində mübahisə atışmaya çevrilib. Sonrakı toqquşmada Seydi Yavuklu odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları sövq edilib və yaralıya ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Viranşehir Dövlət Xəstəxanasına aparılıb.Bütün tibbi müdaxilələrə baxmayaraq, Yavuklunu xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Nigar...

26 Avqust 2025, 13:22

DİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb 

Sosial şəbəkələrdə iki yeniyetmə arasında baş vermiş insidentin – birinin digərini bulinqə məruz qoymasını əks etdirən görüntülər yayılıb.DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli CityPost.az-a  bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.Tədbirlərlə hadisədə iştirak edən yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək valideyni ilə birlikdə polis orqanına dəvət olunub və izahatları alınıb.Hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir....

26 Avqust 2025, 10:37

Hakim “onun evində kirayə qalırdım” deyib - İşdən imtina etdi 

Azərbaycan məhkəməsində maraqlı hal yaşanıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kuryoz hadisə Neftçala Rayon Məhkəməsində yaşanıb. Hakim Ceyhun Qədimov mənimsəmədə ittiham olunan xanım müttəhimin anket məlumatlarını elan edərkən sürprizlə qarşılaşıb. Maraqlısı odur ki, hakimin qarşısındakı cinayət işi evində kirayə qaldığı qadına aid imiş.Qanunun tələbinə uyğun olaraq hakim dərhal özü-özünə etiraz edib. İşin onun icraatından alınması üçün apellyasiya instansiyasına müraciət göndərib.Eyni zamanda məhkəmənin sədri olan hakim etirazında yazır ki, Neftçala rayonunda evi olmadığı üçün hər ay 320 manat ödəməklə təqsirləndirilən şəxsin mənzilində kirayə qalıb. Buna baxmayaraq son günlərə qədər ev sahibinin​ hansısa cinayətdə ittiham olunduğunu bilməyib. Bunun da əsas səbəbi təqsirəndirilən şəxsin istintaq...

25 Avqust 2025, 15:30

Ağdərədə meşədə insan sümükləri tapıldı 

Ağdərədə insan sümüklərinin qalıqları aşkar edilib.Qalıqlar şəhər ərazisində yerləşən meşə massivində aşkar edilib.Faktla bağlı araşdırma başlanıb.

25 Avqust 2025, 10:40

Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib 

Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib.Hadisə Liman şəhəri ərazisində baş verib.Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin xəstəxanadan həkiməqədər ölüm faktı qeydə alındığı bildirilib. Qətli törətməkdə Ə.Lələzadənin həyat yoldaşı şübhəli bilinir.Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır....

24 Avqust 2025, 07:56