Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb
Hadisə 12 Avqust 2025, 11:47

244
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.
Bu barədə Fövqalədə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.
Həmçinin oxuyun
Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Cavid İlqar oğlu Tapdıqovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb...
Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməyinin təfərrüatı məlum olub. CityPost.az Musavat.com-a istinadən xəbər verir ki, əsgərin cibindən çıxan məktubda yazılırmış: “Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev”.İstintaqla müəyyən edilib ki, Bəkiyev zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd edib. Baş leytenant barəsində açılan cinayət işi zamanı müəyyən edilib ki, təkcə Bəkiyev yox, bir neçə əsgər zabitin qanunsuz hərəkətlərinin qurbanı olub.Belə ki, əsgərlər arasında soyuq su içən, əlindən...
11 Avqust 2025, 10:31

Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var
Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.Hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.Faktla bağlı araşdırma aparılır.
10 Avqust 2025, 10:23

Soçi hava limanının fəaliyyəti məhdudlaşdırılıb
Soçi Beynəlxalq Hava Limanının fəaliyyəti üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. CityPost.az xəbər verir ki, b barədə hava limanının Telegram kanalında məlumat verilib."Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.Bundan əvvəl Rosaviatsia Gelendjik hava limanında təyyarələrin buraxılması və qəbulu ilə bağlı məhdudiyyətlər barədə məlumat vermişdi. Krasnodar diyarında, xüsusilə Soçi və Siriusda pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib.Nigar...
08 Avqust 2025, 14:33

Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzası ilə bağlı cinayət işi açılıb
Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb."Report"un Qərb bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KamAz" markalı yük maşınının qoşqusuna çırpılıb.Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində ölüb.Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır....
07 Avqust 2025, 10:29

ABŞ Rusiyanın Su-57 təyyarəsi ilə bağlı suallar qaldırıb
Amerikanın The National Interest (TNI) jurnalının köşə yazarı Peter Suciu yazır ki, Rusiyanın beşinci nəsil Su-57 qırıcısının hipersəs silahları ilə təchiz edilməsi suallar doğurur.CityPost.az xəbər verir ki, "Su-57-nin hipersəs raketləri ilə təchiz edilməsi təyyarə üçün əhəmiyyətli təkmilləşmə olardı. Bununla belə, Su-57-nin nə qədər hipersəs raketi daşıya biləcəyi də daxil olmaqla, bir sıra suallar qalır", - nəşr yazır.Baş Qərargah rəisi - Rusiya Aerokosmik Qüvvələrinin (VKS) baş komandanının birinci müavini general-leytenant Aleksandr Maksimtsevin Su-57-nin hipersəs silahları əldə etməsi ilə bağlı bu yaxınlarda verdiyi bəyanatı şərh edən müəllifin qırıcının hansı raket növü - K27M və ya modifikasiya edilmiş Z47M-i alması ilə bağlı sualı...
06 Avqust 2025, 17:05

Moskva metrosunda qan düşdü
Moskva metrosunda insident baş verib.CityPost.az xəbər verir ki,metronun iş saatı bitdikdən sonra əraziyə daxil olmaq istəyən şəxslə metro işçisi arasında mübahisə yaranıb.39 yaşlı şəxs metro əməkdaşını bıçaqlayıb.Şübhəli şəxs saxlanılıb.Nigar
06 Avqust 2025, 12:56