Bizə yazın

Baku

-°C

USD

-

Laçında müğənni qətlə yetirilib, qardaşı şübhəli bilinir 

Hadisə 12 Avqust 2025, 23:01

379

Laçın rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Fingə kəndi ərazisində qeydə alınıb.

Belə ki, el arasında müğənni kimi tanınan Səfər Quliyev ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nəcməddin Sadıkov Türkiyədə dindirilib? 

Məşhur “Middle East Eye” portalında Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunan sülh razılaşması barədə yazı dərc olunub.CityPost.az   xəbər verir ki, portalın Türkiyə bürosunun rəhbəri Ragıp Soylunun müəllifi olduğu yazıda Rusiyanın Ermənistanla Azərbaycan arasında sözügedən razılaşmaya mane ola bilib-bilməyəcəyi sualı qaldırılıb.Türkiyəli jurnalist, həmçinin məqalədə Türkiyənin 44 günlük müharibədə Azərbaycana göstərdiyi dəstəkdən bəhs edib. O bildirib, İkinci Qarabağ müharibəsi dövründə Ankara Azərbaycana döyüş PUA-ları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları göndərməklə yanaşı, Azərbaycan ordusunun sıralarında Rusiyapərəst elementləri aşkar edərək sıradan çıxarmaqda da iştirak edib.Qeyd edilib ki, bu şəxslərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin o vaxtkı Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur. Belə ki,...

13 Avqust 2025, 14:55

Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT 

Ötən gün Laçında qardaşı tərəfindən öldürülən Səfər Quliyev vəzifəli şəxs olub.Teleqraf-ın  əldə etdiyi xəbərə görə, 07.12.1967-ci il təvəllüdlü Səfər Əsgər oğlu Quliyev Mədəniyyət işçilərinin Həmkarlar İttifaqının Laçın rayon komitəsinin sədri vəzifəsində çalışırmış.Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsinin Fingə kəndində daimi qeydiyyatda olan S.Quliyev müvəqqəti olaraq Ağcabədi rayonunun Şərəfxanlı kəndində məskunlaşırmış.Mərhum ailəli olub, 2 qızı və 2 oğlu var.Qeyd edək ki, Səfər Laçınlı kimi tanınan müğənni və iş adamı ötən gün qardaşı Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə məskunlaşmış, 1973-cü il təvəllüdlü Xasay Əsgər oğlu Quliyev tərəfindən Laçın rayonunun Fingə kəndi ərazisində aralarında yaranmış mübahisə zəminində ov tüfəngi...

13 Avqust 2025, 11:18

Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb 

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.Bu barədə  Fövqalədə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Cavid İlqar oğlu Tapdıqovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....

12 Avqust 2025, 11:47

Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb... 

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməyinin təfərrüatı məlum olub. CityPost.az Musavat.com-a istinadən xəbər verir ki, əsgərin cibindən çıxan məktubda yazılırmış: “Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev”.İstintaqla müəyyən edilib ki, Bəkiyev zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd edib. Baş leytenant barəsində açılan cinayət işi zamanı müəyyən edilib ki, təkcə Bəkiyev yox, bir neçə əsgər zabitin qanunsuz hərəkətlərinin qurbanı olub.Belə ki, əsgərlər arasında soyuq su içən, əlindən...

11 Avqust 2025, 10:31

Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var 

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.Hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.Faktla bağlı araşdırma aparılır.

10 Avqust 2025, 10:23

Soçi hava limanının fəaliyyəti məhdudlaşdırılıb

Soçi Beynəlxalq Hava Limanının fəaliyyəti üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. CityPost.az   xəbər  verir   ki, b barədə hava limanının Telegram kanalında məlumat verilib."Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.Bundan əvvəl Rosaviatsia Gelendjik hava limanında təyyarələrin buraxılması və qəbulu ilə bağlı məhdudiyyətlər barədə məlumat vermişdi. Krasnodar diyarında, xüsusilə Soçi və Siriusda pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib.Nigar...

08 Avqust 2025, 14:33