Bizə yazın

Baku

-°C

USD

-

Ucarda azyaşlı uşaq ruhi xəstə ilə bir evdə saxlanılır? - ŞİKAYƏT + VİDEO

Hadisə 02 Oktyabr 2024, 14:47

5319

Övladını görə bilməyən ata media vasitəsi ilə kömək istəyib.

Bakı şəhər sakini İsmayılov Eyvaz  həyat yoldaşından boşandıqdan sonra  övladı ilə görüşə bilmədiyini və övladının hazırda təhlükədə olması barədə mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edib.

CityPost.az  saytına danışan Eyvaz İsmayılov bildirib ki, həyat yoldaşı Səfurə Qasımova ilə rəsmən boşandıqdan sonra azyaşlı övladı ilə vaxtında  görüşə bilmir.

“Övladım Elçin İsmayılov 6 yaşındadır. Özü də qüsurlu uşaqdır. Bu günün özündə danışa bilmir. Yoldaşımla boşandıqdan sonra məhkəmə həftədə 5 saat görüş təyin edib. Uşaq Ucar rayonu,Qarabörk kəndində anası ilə birlikdə yaşayır.  Mən isə  Bakı şəhəri,Yasamal rayonunda  yaşayıram. Bu səbəbdən də mənim uşağımla normal şəkildə  görüşməyim  süni  əngəllərlə  məhdudlaşdırılır. Bununla bağlı  Yasamal Rayon İcra Hakimiyyəti  Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasınına müraciət etmişəm.  Onların   saxta   faktlara   əsaslanan  qərarına  etiraz  etdiyimi  və  daha yüksək qurumlara  onlardan şikayət etdiyim üçün təyziqlərə məruz qalmışam. Komissiyanın  sədri  Təravət  Muradova  və  oranın  əməkdaşı  Elçin Əhmədov şikayət etdiyim  üçün  məni  ölümlə  hədələyirlər. Bu qanunsuz əməllərlə bağlı Yasamal  Rayon Prokurorluğuna şikayət  də  etmişəm”,- deyə  şikayətçi  bildirib.

 

 

 

Eyvaz İsmayılov  bildirib ki, 6 yaşlı  övladının  həyatı  hər  an təhlükədədir. 

O,hazırda ruhi xəstə olan  dayısı  Qasımov  Abbas Füzuli  oğlu ilə Ucar rayonunun Qarabörk kəndində bir evdə yaşayır. Azyaşlı övladının ruhi əsəb xəstəsi ilə bir evdə yaşaması atanı narahat edir. Bu səbəbdən də övladının yaşayış yerinin dəyişdirilməsini tələb edir.

“ Keçmiş  qaynım  Abbas  Qasımov  ruhi əsəb   xəstəsidir. Arayışa görə  O, 29 sentyabr  2007-ci il tarixdən  “Orta dərəcəli əqli gerilik” diaqnozu  ilə  Ucar Rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyata alınıb. Mütəmadi olaraq  24.04.2020-ci ildən  26.10.2021-ci il tarixə qədər xəstəxanadan pulsuz dərmanlar alıb. İstifadə etdiyi dərmanlar arasında Amitriptilin,Tezersin,Xlonozepam,Leponeks,Trftazin və Cucladol var. Bu qədər ağır  dərmanlar  hesabına  idarə olunmağa  çalışan ruhi-əsəb  xəstəsi ilə mənim azyaşlı və qüsurlu övladım necə yaşaya bilər?

 Bununla bağlı Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına faktları təqdim etsəm də hansısa maraqları hesabına bu faktları rəyə daxil etməyiblər.  Mən buradan övladımın təhlükədə olması barədə aidiyyatı qurumlara müraciət edirəm.Mövcud təhlükə barədə əvvəlcədən xəbərdarlıq edirəm”,-deyə  Eyvaz   İsmayılov  bildirib.

Eyvaz İsmayılov bildirib ki, övladının bu  gün təhlükədə olmasına  səbəb  Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Təravət Muradova,əməkdaş Elçin Əhmədov və Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Aida Qəhrəmanova və komissiya üzvü Xəyyam Səmədzadədir. Məlumat üçün qeyd edək ki, şikayət edən şəxsin övladı faktiki olaraq Ucar rayonu,Qarabörk kəndi ərazisində yaşayır. Qeydiyyat isə Yasamal rayonunda olduğu üçün yekun rəyi məhz Yasamal rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası verir.

 

 

CityPost.az məsələ ilə bağlı Yasamal  rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik  Komissiyası  ilə  əlaqə saxlayıb. Komissiyadan  şifahi verilən məlumata  görə  uşağın faktiki  yaşadığı ərazi  olan  Ucar rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən onlara rəy təqdim olunub. Həmin təqdim olunmuş rəy əsasında onlar da öz rəylərini tərtib  ediblər. 

 

 

CityPost.az məsələ ilə bağlı Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası ilə əlaqə saxlayıb. Komissiyanın katibi Xəyyam Səmədzadə saytımıza açıqlamasında bildirib ki, qeyd olunan məsələ ilə bağlı komissiya tərəfindən araşdırma aparılıb. Müxbirimizin “Azyaşlı uşağın ruhi-əsəb xəstəsi ilə bir evdə yaşaması sizi bir vəzifəli şəxs kimi narahat etmirmi”, sualına o belə cavab verib: 

-“Biz dəfələrlə həmin evdə olmuşuq.Uşağın anası Səfurə Qasımovanın bildirdiyinə görə,o uşağı ilə birlikdə bibisi qızının evində yaşayır.Biz də tərtib etdiyimiz  aktda bu məlumatı  qeyd etmişik.”,-deyə o bildirib.

 

CityPost.az  azyaşlı uşağın  harada qalması ilə bağlı müstəqil mənbələrə istinadən araşdırma aparıb.Məlum olub ki, Səfurə Qasımova azyaşlı övladı ilə həqiqətən də ata-anasının evində,ruhi-əsəb xəstəsi olan qardaşı ilə birlikdə yaşayır. Yalnız komissiya günləri olduqda müvəqqəti olaraq qohumunun evinə  köçür. Bununla bağlı saytımızın əməkdaşı video görüntülərin olduğu faktları əldə edib.Maraqlıdır ki, qeyd olunan faktlara  sədri Aidə Qəhrəmanova olan Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası hansı maraqlara əsasən göz yumub?

 

Azyaşlının ruhi-əsəb xəstəsi ilə eyni evdə yaşadığını sübut edən video...

 

 

 

CityPost.az məsələnin digər detallarını da araşdırır...

(Xəstəlik kağızı)

 

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elbəyi Kərimli həbsdə vəfat etdi 

AXCP üzvü Elbəyi Kərimlinin həbsxanada öldüyü haqda xəbərlər yayılıb. CityPost.az  xəbər verir ki, məlumatla bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon prokurorluğunda araşdırma aparılır. Xatırladaq ki, o, 2024-cü ilin aprelində 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. (Mənbə: qafqazinfo)

13 Dekabr 2025, 20:02

DİN açıqlama yaydı

Ötən gün dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb.CityPost.az    xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə sözügedən şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

13 Dekabr 2025, 18:20

260 nəfər saxlanılıb

Azərbaycanda dekabrın 12-də axtarışda olan 260 nəfər saxlanılıb.CityPost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, ötən gün, həmçinin borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

13 Dekabr 2025, 17:55

Gəncədə qadın dəm qazından zəhərlənib 

Gəncədə zəhərlənmə hadisəsi baş verib.Hadisə şəhər ərazisində qeydə alınıb.Belə ki, 1986-cı il təvəllüdlü R.Paşayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına tibbi yadım göstərilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.Məlumata görə, 39 yaşlı qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.Faktla bağlı araşdırma aparılır.

13 Dekabr 2025, 16:56

Gəncədə yük avtomobili yaşlı qadını vuraraq öldürüb 

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü R. Məmmədovanı vurub.Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qəzada ölən piyadanın kimliyi dəqiqləşdirilir.İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır....

13 Dekabr 2025, 15:56

Azərbaycan gömrükçüləri mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlayıb 

Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb.Bu barədə  Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən məlumat verilib.Bildirilib ki, idarənin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.Şarja-Bakı aviareyisi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, "Dyson" markalı saç feni və digər mallar aşkarlanıb.Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan "Body-Scan" cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin...

13 Dekabr 2025, 12:33