Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -FOTO+VİDEO
Hadisə 15 Oktyabr 2024, 15:14
8136
Övladları yanıb ölən ana fəryad edir.
Hadisə 2018-ci ilin yanvarın 4-də Qobustan rayonu Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki işçilərin yaşayışı üçün nəzərdə tutulmuş tikilidə baş verib. Yanğın hadisəsindən ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunan hadisə ilə bağlı CityPost.az saytına müraciət edən yanaraq ölmüş uşaqların anası Xuraman Hacıyeva dəhşətli hadisənin onun həyatında buraxdığı ağır zərbədən danışıb.
“Hadisədən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də özümə gələ bilməmişəm. Övladlarım gözümün qabağında yanıb kül oldular. Balalarım yanmış məftilə dönmüşdülər. Səsim heç yerə çatmadı.Çoban arvadı olduğum üçün bizi sahibsiz görüb başımızdan basdılar. Bu gün həmin hadisədə günahkar olan hər kəsin adını açıqlayacam.Yoldaşımla mən 2015-ci ildən həmin fermada işləyirdik.Sözügedən ferma Füzuli rayonunun başçısı Alı Alıyevin oğlu Elvin Alıyevə məxsusdur. Bizi ora aparan zaman Elvin Alıyev vəd verdi ki,iki il burada işlədikdən sonra sizə torpaq sahəsi verəcəm və ev tikəcəm. Biz orada iki ilə yaxın işlədik. Sonra başımıza bu bəla gəldi.Qışda evi isitmək üçün Elvin Alıyev bizə mazut gətirdi. Birinci gün özü mazutu qızdırıcı sobaya doldurub,alışdırdı. Mən ilk gündən bunun təhlükəli yanacaq olduğunu ona bildirdim. İkinci gün soba partladı,3 uşağım içəridə qaldı. Böyük qızım pəncərədən qaçıb,xilas ola bilsə də,digər iki azyaşlı övladlarım gözlərim baxa-baxa yanıb kül oldular.”
Xuraman Hacıyevanın iddiasına görə, fermanın sahibi imkanlı və vəzifəli şəxs olduğundan məsələni ört-basdır edə bilib.
“Fermanın sahibi Elvin Alıyev həmin vaxt polis orqanlarında işləyirdi. Atası da Füzulinin icra başçısıdır. Əlaqələrindən istifadə edib ,uşaqlarımın qanlarını batırdılar. İş Prokurorluqda araşdırılarkən Elvin bizə deyirdi ki,sizə köməklik edəcəm. Neçə ildir ki,bizi yola verir. İndi də telefon zənglərinə belə cavab vermir. Bizim savadımız olmadığı üçün sənədə qol çəkdirdilər. Guya biz şikayətçi deyilik. Halbuki mən həmin vaxtda hadisənin şokunu yaşayırdım.İki övlad itirən ana necə şikayətçi ola bilməzki?
Həmçinin oxuyun
Hadisə ilə bağlı yenidən hüquq mühafizə orqanlarına müraciət etmişəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse - prezident Mehriban xanım Əliyevaya səslənirəm və xahiş edirəm ki, hadisənin əsl səbəbkarı üzə çıxarılsın və cəzasını alsın”,-deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Elvin Alıyevlə də əlaqə saxladıq.O,hadisə ilə bağlı açıqlama verməkdən imtina etdi.”Gedin işinizlə məşğul olun,sizin kimi jurnalistləri o qədər yola vermişəm ki…”,- deyərən dəstəyi asdı.
Qeyd edək ki, Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. 2019-cu ildə Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb. Daha sonra polis orqanlarında yol verdiyi ciddi nöqsanlara görə xidmətdən xaric olunub.

(İcra başçısı Alı Alıyev)
CityPost.az məsələni diqqətdə saxlayacaq.
Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Nərimanov”da faciəvi şəkildə ölən şəxsin kimliyi məlum oldu
Bu gün metronun “N.Nərimanov” stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.CityPost.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi şəkildə ölən şəxs 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olub.Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
07 Yanvar 2026, 23:17
Rusiyada helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb
Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb.Qəza Perm diyarının Bardım rayonundakı Aşatlı Park istirahət mərkəzinin ərazisində baş verib.Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin məlumatına görə, helikopter qəzasında iki nəfər ölüb.
07 Yanvar 2026, 15:42
Vaqif Allahverdiyevin məhkəməsi başlayıb
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən, ABŞ-da yaşayan Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb.CityPost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 13-nə təyin edilib.Qeyd edək ki, Vaqif Alllahverdiyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.Sentyabrın 18-də ittihamın məzmununa...
07 Yanvar 2026, 15:35
Bakıda yük və minik maşınları toqquşub, ölən var
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.CityPost.az FHN-nə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobili ilə “Газель” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib....
07 Yanvar 2026, 12:30
Abşeronda “sosial eksperiment” adı altında dələduzluq edilib
Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.APA-nın xəbərinə görə, zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib. Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Mehdiyev Elvin Əvəz oğlu müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır....
07 Yanvar 2026, 10:23
Ağsuda minik avtomobili idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var
Ağsuda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.Hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Qəza nəticəsində avtomobildə olan Balakən rayon sakini, 24 yaşlı Kəmalə Orucova hadisə yerində ölüb.Xəsarət alan sürücü, 32 yaşlı Faiq Şükür oğlu Orucov və digər şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.(report)
06 Yanvar 2026, 23:12