Bizə yazın

Baku

-°C

USD

-

Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirilib

Hadisə 06 Yanvar 2025, 20:46

14160

Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı gənc qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, 2004-ci il təvəllüdlü İlyas Müxalif oğlu Hüseynov evdə tək olarkən yaşadıqları çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerindəcə ölüb.

Qeyd edək ki, qətlə yetirilən şəxs “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur. Atası uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb.

Mərhum bir neçə gün əvvəl Cəlilabad rayonunda torpağa tapşırılıb.

Onu da əlavə edək ki, Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Nəsimi rayonunda yerləşən obyektlərin birindən 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərini metal qəbulu məntəqəsinə satdığı müəyyən olunub.Araşdırmalar davam etdirilir....

03 İyul 2026, 15:23

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, təchizat dayandırılıb

Ordubadda minik avtomobili qaz xəttinə çırpılıb.Citypost.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində rayonun "mavi yanacaq" təchizatı dayandırılıb.Bildirilib ki, qəzanın nəticələri aradan qaldırılanadək təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq."Mavi yanacaq" təchizatı təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.

02 İyul 2026, 19:45

Göyçayda avtomobil su kanalına aşıb, dalğıc qrupu axtarışlara cəlb olunub 

Göyçayda avtomobil su kanalına düşüb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.Əlavə məlumat veriləcək.

30 İyun 2026, 14:53

Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb 

Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb.DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mahir Məhərrəmov saxlanılıb.Ondan 2 kiloqram heroin və 4 kiloqramdan artıq həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə M. Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib....

30 İyun 2026, 14:20

Bakıda 9 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb 

Bakıda 9 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.Citypost.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.Məlumata görə, 2017-ci il təvəllüdlü M.M. 5-ci mərtəbədə yaşadığı mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılıb.Xəstəxanaya yerləşdirilən uşağın vəziyyətinin ağır olduğu bildirilir.

30 İyun 2026, 12:11

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib 

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.Bu barədə  DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Sumqayıt şəhər sakini olan bir nəfər azyaşlı övladına qarşı soyğunçuluq edilməsi ilə bağlı polisə müraciət edib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı S.Rzayev saxlanılıb.Araşdırma zamanı saxlanılan şəxsin şəhər ərazisində yerləşən evlərdən birinin qarşısından velosiped oğurladığı da məlum olub.Araşdırma aparılır.

29 İyun 2026, 12:06