Sumqayıtda ana və övladı dərmandan zəhərlənib
Hadisə 08 Fevral 2025, 20:55
3453
Sumqayıtda ana və övladı dərmandan zəhərlənib.
Hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.
Həmçinin oxuyun
1972-ci il təvəllüdlü Aybəniz Fazil qızı Orucova və övladı 2010-cu il təvəllüdlü Məhəmməd Gəncə oğlu Orucov yaşadıqları ünvanda dərmandan zəhərləniblər.
Onlar dərhal xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gültəkin Hacıbəyli evlərini itirə bilər...
Ramiz Mehdiyevin və onunla əlaqəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi cəmiyyətdə böyük müzakirələrə səbəb olub.Müzakirə mövzusu olan şəxslərdən biri də keçmiş deputat Gültəkin Hacıbəyli və onun Ramiz Mehdiyevlə əlaqələridir.Bundan öncə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevin ailəsinə məxsus binalardan iki bahalı mənzillə təmin olunması barədə məlumat vermişdik.Ramiz Mehdiyev bu evləri Gültəkin Hacıbəyliyə nəyin müqabilində verib?Sözügedən mənzillərə həbs qoyula və ya onlar müsadirə edilə bilərmi?Bunlar hansı qaydada həyata keçirilir?Mövzu ilə bağlı CityPost.az-a danışan vəkil Ruslan Vəliyev bildirib ki,şəxs haqqında təqib olunan işin xarakterindən asılı olaraq təqsirləndirilənin və ya borclunun adına olan,eləcə də dolayısı yolla ona məxsus olduğu sübut edilən hər hansı bir əmlakın...
03 Dekabr 2025, 12:18
Qəbiristanlıqda meyiti tapıldı
Bakıda qəbiristanlıqda meyit tapılıb.Hadisə dekabrın 2-si saat 18 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.Bakı şəhər sakini 1978-ci il təvəllüdlü İqor Mixayloviç İlkovun üzərində zorakılıq əlaməti görünməyən meyiti qəbiristanlıqda tapılaraq aidiyyəti üzrə təhvil verilib.Araşdırma aparılır.
03 Dekabr 2025, 12:15
Ramiz Mehdiyev Xalq Cəbhəsinə vəzifə üçün müraciət edibmiş – Etibar Əliyev sirri açdı
Musavat.com xəbər verir ki, sabiq millət vəkili, tanınmış təhsil eksperti Etibar Əliyev sensasion açıqlama ilə çıxış edib.Sitat: "Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadə deyib:“Ramiz Mehdiyev Xalq Cəbhəsinin rəhbərlərinə deyirdi ki, mənim çox böyük təcrübəm var, işi bilirəm, mənə vəzifə verin, sizə xidmət edəcəyəm. Xalq Cəbhəsinə müraciətinin olmasını dəqiq bilirəm. Onda Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdi”.Bu açıqlama fonunda sabiq deputat, tanınmış ictimai xadim Etibar Əliyev Ramiz Mehdiyevin siyasi keçmişinə dair daha sərt və diqqətçəkən məqamları gündəmə gətirib. Onun fikrincə, Ramiz Mehdiyevin Azərbaycan siyasi tarixində oynadığı ikili rol heç də təsadüfi deyil:“Ramiz Mehdiyev iki...
03 Dekabr 2025, 12:01
Ötən gün 7 mindən çox patron, 8 qumbara aşkar edilərək götürülüb
Ötən gün daxili işlər orqanları tərəfindən 7 mindən çox patron aşkar edilərək götürülüb.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, dekabrın 2-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər....
03 Dekabr 2025, 10:54
Qusarda "KamAZ" 87 yaşlı kişini vuraraq öldürüb
Qusar rayonunda "KamAZ" 87 yaşlı kişini vuraraq öldürüb.Hadisə Qusar rayonunun Urva kəndində baş verib.Gəray Tariquliyev idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə həmkəndlisi, 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayevi vurub. O, hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
03 Dekabr 2025, 10:45
“Kontakt Home”da ər arvadını bıçaqladı
Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.Bakues.az-a daxil olan məlumata görə, hadisənin “Kontakt Home” mağazalar şəbəkəsinin Sahil filialında baş verdiyi iddia edilir.Şahidlərin sözlərinə görə, mağazada çalışan qadın şəxsi münasibətlər zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.Məlumata əsasən, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü F. Quliyev saxlanılıb.Fakt üzrə araşdırmalar davam etdirilir.
02 Dekabr 2025, 23:11