Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatdı

Hərbi 28 Noyabr 2024, 17:30

1989

İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Araz-2024" birgə taktiki təlimi başa çatıb.

Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin əsas mərhələsində qeyri-qanuni silahlı qruplaşmaların yerlərinin, hərəkət istiqamətlərinin və hazırlıq vəziyyətlərinin müəyyənləşdirilməsi məqsədilə bölgə üzərində pilotsuz uçuş aparatları (PUA) tətbiq edilib, radio-elektron mübarizə və radio-elektron kəşfiyyat üzrə fəaliyyətlər icra olunub.

Şərti düşmənin müəyyən edilmiş mövqeləri sərrast artilleriya atəşi və PUA tətbiq olunması ilə məhv edilib.

Həmçinin düşmənin canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

Ümumilikdə təlimin gedişatı və hərbi qulluqçuların peşəkarlığı yüksək qiymətləndirilib.

Təlimin yekununda fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək 

Pirəkəşkül və Ağdərədə 29 sentyabr - 3 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.Bu barədə CityPost.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - MN-dən bildirilib....

29 Sentyabr 2025, 10:50

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq 

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.CityPost.az    xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur.  R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq....

28 Avqust 2025, 10:34

Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək 

Pirəkəşkül və Ağdərədə 25-29 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq"....

25 Avqust 2025, 10:28

Praqa Ukrayna Silahlı Qüvvələrinə bir milyon mərmi ötürdü

Çexiya Çex Sursat Təşəbbüsü çərçivəsində bu il Ukraynaya 1 milyon artilleriya mərmisi tədarük edib. CityPost.az   xəbər  verir  ki, bu barədə ölkənin baş naziri Petr Fiala məlumat verib.Fiala qeyd edib ki, 2024-cü ilin sonuna qədər təşəbbüs çərçivəsində 1,5 milyondan çox mərmi toplanaraq Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün çatdırılıb.Çexiya təşəbbüsü 2024-cü ilin aprelində başlayıb və anonim olaraq üçüncü ölkələrdə artilleriya mərmilərinin alınmasını, sonradan Ukraynaya çatdırılmasını nəzərdə tutur. İlk belə partiya ötən ilin iyununda gətirilib. Bundan əvvəl Çexiya prezidenti Petr Pavel 2025-ci ildə bu proqram çərçivəsində ən azı 1,8 milyon mərmi çatdırılmasının planlaşdırıldığını bildirmişdi.Nigar...

14 Avqust 2025, 14:22

Bəxtiyar Ersay Türkiyənin Birinci Ordu Komandanı təyin olunub 

Ordu generalı Bəxtiyar Ersay Türkiyə Quru Qoşunlarının Birinci Ordu Komandanı təyin olunub.CityPost.az  xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi” qəzetində çıxıb.Bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.Qeyd edək ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviridir. Ona bir neçə gün əvvəl ordu generalı rütbəsi verilmişdi.

14 Avqust 2025, 11:36

Tovuz döyüşlərindən 5 il ötür 

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.CityPost.az-ın  məlumatına görə, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 5 il ötür.2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb.Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub.Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.Eyni zamanda,...

12 İyul 2025, 00:02