Qanunsuz olaraq yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir
Hüquq 04 Oktyabr 2024, 21:58
7296
Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir.
CityPost.az xəbər verir ki, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki mislimiqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qüvvədə olan qanuna əsasən, Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər:
-təkrar törədildikdə;
-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
-külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin oxuyun
Qüvvədə olan qanuna əsasən, yuxarıda qeyd edilən əməllər yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan qanuna əsasən, nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Bu müddəalar kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi)hallarına şamil edilməyəcək. Bu “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşüləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Anadangəlmə tək böyrəyi olan şəxsə əlillik verilə bilərmi? – Vəkildən AÇIQLAMA
Anadangəlmə olaraq bir böyrəyi olmayan şəxslərlə bağlı ən çox verilən suallardan biri onların əlillik və buna bağlı sosial təminat hüquqlarının olub-olmamasıdır. Xüsusilə valideynlər övladının doğuşdan tək böyrəklə dünyaya gəldiyi halda gələcəkdə ona əlillik təyin edilə bilib-bilməyəcəyini və bunun pensiya və ya digər sosial ödənişlərə əsas verib-vermədiyini soruşurlar.Məsələ ilə bağlı hüquqşünas Pərviz Zalışov Citypost.az-a açıqlamasında bildirib ki, insanın anadangəlmə olaraq bir böyrəyinin olmaması faktı təkbaşına avtomatik şəkildə əlilliyin müəyyən olunması üçün kifayət etmir. Əlilliyin qiymətləndirilməsi zamanı yalnız orqanın sayına deyil, həmin vəziyyətin insan orqanizminin funksiyalarına nə dərəcədə təsir göstərməsinə diqqət yetirilir.“Anadangəlmə bir böyrəyi olmayan şəxs bunun əsasında avtomatik olaraq əlillik əldə...
21 Sentyabr 2026, 11:18
Ər-arvad arasında hədiyyə edilən ev boşananda bölünürmü? – Vəkildən AÇIQLAMA
Boşanma prosesində ər-arvad arasında ən çox mübahisə doğuran məsələlərdən biri də nikah dövründə əldə edilmiş ev, mənzil, torpaq və digər daşınmaz əmlakın necə bölünməsidir. Xüsusilə tərəflərdən biri digərinə nikah zamanı ev bağışlayıbsa, boşanma zamanı həmin əmlakın taleyinin necə olacağı ilə bağlı suallar daha da artır. Bəzi vətəndaşlar nikah dövründə əldə olunan bütün əmlakın avtomatik olaraq ər-arvad arasında bölünməli olduğunu düşünür. Halbuki qanunvericilikdə əmlakın hansı əsasla əldə edilməsi xüsusi əhəmiyyət daşıyır.Citypost.az-a açıqlamasında vəkil Ramin İsayev bildirib ki, bu məsələ ilə bağlı vətəndaşların ilk növbədə hədiyyənin həqiqətən rəsmi şəkildə rəsmiləşdirilib-rəsmiləşdirilmədiyinə diqqət etmələri vacibdir. Çünki tərəflərdən birinin “bu ev mənə hədiyyə edilmişdi” deməsi...
21 Sentyabr 2026, 10:16
Ata evini qızına bağışladı: Boşananda kürəkənə pay düşə bilərmi?
Valideynlərin övladlarına ev, mənzil və ya digər daşınmaz əmlak bağışlaması geniş yayılmış hallardandır. Lakin belə bir əmlakın sonradan övladın ailə həyatında problem yarandığı və boşanma baş verdiyi halda necə bölünəcəyi ilə bağlı suallar yaranır. Xüsusilə valideyn tərəfindən qızına bağışlanan evdən gələcəkdə kürəkənin də pay tələb edib-edə bilməyəcəyi maraq doğurur.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, valideyn tərəfindən qızına bağışlama yolu ilə verilən əmlak, bir qayda olaraq, qızın ayrıca mülkiyyəti hesab olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah dövründə ər-arvaddan birinin hədiyyə şəklində və ya digər əvəzsiz əqdlər üzrə əldə etdiyi əmlak həmin şəxsin ayrıca mülkiyyətinə aid edilir. Bu o deməkdir...
18 Sentyabr 2026, 11:18
Avtomobili satandan sonra qəza tarixçənizə düşə bilər? – HÜQUQİ AÇIQLAMA
Avtomobilini satdıqdan sonra nəqliyyat vasitəsi ilə bağlı sığorta müqaviləsinin əvvəlki sahibin adına qalması bəzi hallarda suallar yarada bilər. Xüsusilə avtomobili alan şəxs sonradan qəza törədərsə, əvvəlki sahibin sığorta tarixçəsinə bunun təsir edib-etməyəcəyi narahatlıq doğurur.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu məsələdə avtomobilin satıldığı tarix və qəzanın baş verdiyi vaxt mühüm əhəmiyyət daşıyır. 2026-cı il iyunun 16-dan etibarən Azərbaycanda avtomobillərin icbari sığortası üzrə əvvəlki “Bonus-Malus” sistemi ləğv edilərək “Sığorta Tarixçəsi Əmsalı” sistemi tətbiq olunur. Yeni sistem fərdi məsuliyyət prinsipinə əsaslanır və yol-nəqliyyat hadisəsinin sığorta tarixçəsinə təsiri sığorta müqaviləsini bağlayan şəxslə deyil, avtomobili faktiki idarə edən sürücü ilə əlaqələndirilir. Bu baxımdan...
18 Sentyabr 2026, 10:18
Evdə qeydiyyatda olmaq həmin mənzilə hüquq verir? – Hüquqşünasdan AÇIQLAMA
Bir çox insan hesab edir ki, hər hansı mənzildə qeydiyyatda olmaq həmin ev üzərində avtomatik olaraq mülkiyyət və ya istifadə hüququnun yaranması deməkdir. Lakin hüquqi baxımdan qeydiyyatla mənzildən istifadə hüququ eyni anlayış deyil. Şəxsin müəyyən ünvanda qeydiyyatda olması, əsasən, onun yaşayış yeri üzrə uçotunun aparılması ilə bağlıdır və yalnız qeydiyyat faktına əsaslanaraq həmin şəxsin mənzilə mülkiyyət hüququnun yarandığını demək olmaz.Başqa sözlə, bir şəxsin hansısa evdə qeydiyyatda olması hələ onun həmin mənzilin sahibi olduğu və ya istənilən halda oradan istifadə etmək hüququna malik olduğu anlamına gəlmir. Mənzildən istifadə hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan konkret hüquqi əsas olmalıdır.Citypost.az xəbər verir ki,...
17 Sentyabr 2026, 11:00
Müddətli əmək müqaviləsi bitəndə işçiyə xəbərdarlıq edilməlidir?
Müddətli əmək müqaviləsi ilə çalışan bir çox işçi müqavilənin üzərində göstərilən tarix başa çatdıqda əmək münasibətlərinin avtomatik olaraq sona çatdığını düşünür. Lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsində bununla bağlı xüsusi qayda müəyyən edilib. Müqavilənin müddətinin başa çatması özü-özlüyündə kifayət etmir və qanunvericilikdə nəzərdə tutulan xəbərdarlıq qaydasına da əməl olunmalıdır.Citypost.az-ın məlumatına görə, əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinə onun müddəti bitdikdə xitam verilir. Lakin müqavilənin müddətinin başa çatmasına azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müqaviləyə xitam veriləcəyi barədə yazılı formada, o cümlədən elektron informasiya sistemi vasitəsilə xəbərdar etməzsə, həmin əmək müqaviləsi göstərilən müddətə uzadılır. Qanunda nəzərdə tutulan...
17 Sentyabr 2026, 10:00