Bizə yazın

Baku

-°C

USD

-

Ali Məhkəmə əhalinin kommunal borclarına dair qərar qəbul edib

Hüquq 13 Dekabr 2024, 12:18

14401

Müvafiq qurumun nümayəndələri tərəfindən vətəndaşın yaşadığı ünvana baxış keçirilən zaman sayğacın sxemi pozularaq dövriyyədən kənarlaşdırılması faktının aşkar edilməsi ilə əlaqədar müxtəlif dövrlərdə aktlar tərtib edilib.

Bu barədə  CityPost.az-a  Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, aktların heç biri iddiaçı tərəfindən imzalanmayıb, iddiaçı adının qarşısında yerləşən “imza” qrafasında “mənzildən çıxan olmadı” sözü qeyd edilib.

Vətəndaş məhkəməyə müraciət edərək, qurumun əməkdaşları tərəfindən tərtib olunmuş aktların etibarsız sayılması və həmin aktlar əsasında öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş edib. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin əməkdaşları onun evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttini kəsib, iştirakı olmadan akt tərtib ediblər. Həmin aktda göstərilir ki, vətəndaş guya o, sayğacın qapaq möhürünü açaraq sayğacı sxemdən kənarlaşdırıb. İddiaçı cavabdehin tərtib etdiyi aktla razılaşmayaraq, qeyd etmişdir ki, küçədə yerləşən sayğaca hər hansı müdaxilə etməyib.

Cavabdeh qurum isə qaldırılan iddiaya etiraz edərək bildirib ki, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət edib. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilib. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğunu əsas göstərərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.

Ali Məhkəmənin Mülki kollegiyası isə kassasiya şikayətinə baxaraq qeyd edib ki, təsbit xarakterli iddialara baxılarkən iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz.

Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kommunal xidmətlərlə bağlı borcun olmadığı (borcun silinməsi) barədə iddia tələbləri Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir, bu tələblərin müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirilərək, iddia müddətinin tətbiq edilməsi qeyd edilən maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnir.

Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən kassasiya şikayəti təmin edilərək, iş yeni apellyasiya baxışına qaytarılıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Polis əməkdaşı vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? – Vəkildən AÇIQLAMA

Polis əməkdaşlarının vətəndaşlardan bank kartlarını təqdim etməyi tələb etməsi, hesablarında nə qədər pul olduğunu və vəsaitin hansı mənbədən daxil edildiyini soruşması ilə bağlı cəmiyyətdə müəyyən suallar yaranır. Bəzi vətəndaşlar belə hallarda polis əməkdaşının bank kartını yoxlamaq, hesabdakı pul vəsaitinin mənbəyini araşdırmaq və bank əməliyyatları barədə məlumat tələb etmək səlahiyyətinin olub-olmadığını bilmirlər. Halbuki bank hesabları və həmin hesablar üzrə aparılan əməliyyatlar qanunvericiliklə qorunan məlumatlar sırasına daxildir. Bu məlumatların əldə edilməsi üçün xüsusi hüquqi əsaslar və müəyyən prosedurlar nəzərdə tutulub.Vəkil Samir Süleymanov Citypost.az-a açıqlamasında bildirib ki, vətəndaşın bank hesabları, hesablarında olan vəsait və həyata keçirdiyi bank əməliyyatları qanunla qorunan bank sirri hesab...

20 Noyabr 2026, 11:00

Boşandıqdan sonra aliment ödəmək məcburidirmi? – Vəkildən AÇIQLAMA

Boşanma prosesindən sonra aliment öhdəliyi cəmiyyətdə müzakirə olunan məsələlərdən biri olaraq qalır. Xüsusilə sosial şəbəkələrdə bəzi şəxslər “Həyat yoldaşımdan boşanmışamsa, nə üçün ona aliment ödəməliyəm?”, “Aliment ləğv olunsa, boşanmaların sayı da azalar” kimi fikirlər səsləndirirlər. Bəzən alimentin keçmiş həyat yoldaşına verilən maddi vəsait olduğu düşünülür. Halbuki qanunvericilikdə alimentin əsas məqsədi valideynlərdən birini maddi cəhətdən təmin etmək deyil, uşağın saxlanılması və onun zəruri ehtiyaclarının qarşılanmasıdır. Valideynlərin nikah münasibətlərinə xitam verməsi onların övladları qarşısında daşıdıqları hüquq və vəzifələri aradan qaldırmır.Vəkil Bahar Dünyamalıyeva Citypost.az-a açıqlamasında bildirib ki, aliment məsələsinə münasibət bildirərkən ilk növbədə valideynlərin uşaqlar qarşısında daşıdıqları qanuni öhdəlik nəzərə alınmalıdır. Onun sözlərinə...

20 Noyabr 2026, 10:00

Sayğaca müdaxilə iddiası ilə yüzlərlə manat əlavə borc yazılıbsa, nə etməli? – Vəkildən AÇIQLAMA

Kommunal xidmətlərdən istifadə edən vətəndaşların qarşılaşdığı problemlərdən biri də sayğaclara müdaxilə edildiyi iddiası ilə əlavə borcun hesablanmasıdır. Bəzən abonentlər uzun müddət ərzində ödənişlərini vaxtında həyata keçirsələr də, sonradan onların hesabına külli miqdarda əlavə borc daxil edilir. Vətəndaş isə bu məbləğin hansı əsasla hesablandığını, sayğaca müdaxilə faktının necə müəyyənləşdirildiyini və ödəniş tarixçəsi olduğu halda niyə əlavə borcun yarandığını aydınlaşdırmağa çalışır. Belə vəziyyətlərdə qurumlara müraciət etməklə yanaşı, hüquqların müdafiəsi üçün məhkəməyə üz tutmaq da mümkündür.Vəkil İlkin Xəlilov Citypost.az-a açıqlamasında bu cür halların vətəndaşlar tərəfindən diqqətdən kənarda saxlanılmamalı olduğunu bildirib. O, şəxsi təcrübəsində də belə bir problemlə qarşılaşdığını qeyd edərək, istifadə etdiyi sayğaca...

20 Noyabr 2026, 09:00

Ata illərdir evdə yaşamayan oğlunu qeydiyyatdan çıxara bilərmi? – Hüquqşünasdan AÇIQLAMA

Bəzi ailələrdə valideynlə övlad arasında yaranan mübahisələr mənzildən istifadə və yaşayış yeri üzrə qeydiyyat məsələlərinə qədər uzanır. Xüsusilə uzun müddətdir valideynlərinin evində yaşamayan, lakin həmin ünvanda rəsmi qeydiyyatda qalan övladlarla bağlı suallar yaranır. Belə vəziyyətdə ev sahibi olan ata oğlunu öz razılığı olmadan qeydiyyatdan çıxara bilərmi? Bunun üçün hansı hüquqi prosedurlardan keçmək lazımdır? Övladın həmin mənzildə başqa yaşayış yerinin olmaması məsələyə necə təsir edir və qeydiyyatdan çıxarılma zamanı kompensasiya ödənilməsi tələb oluna bilərmi?Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Mircəlal Muradlı bildirib ki, valideynin öz mənzilində qeydiyyatda olan övladının qeydiyyatdan çıxarılması qanunvericiliklə müəyyən edilmiş hallarda mümkündür. Lakin burada əsas məsələ yalnız...

19 Noyabr 2026, 11:40

İpotekada olan ev boşanma zamanı necə bölünür? – Vəkildən vacib AÇIQLAMA

Nikah dövründə ipoteka krediti ilə alınan evlərin boşanma zamanı necə bölünməsi cütlüklər arasında mübahisə doğuran məsələlərdən biridir. Bəzi hallarda tərəflərdən biri ilkin ödənişi həyata keçirir, digəri isə kreditin aylıq ödənişlərini qarşılayır. Digər vəziyyətlərdə isə həm ilkin ödəniş, həm də sonrakı kredit borcu ər-arvadın ümumi gəlirləri hesabına ödənilir. Boşanma zamanı belə evlərin kimə qalacağı, indiyədək ödənilmiş məbləğin necə bölünəcəyi və qalan ipoteka borcuna görə kimin məsuliyyət daşıyacağı sualları yaranır.Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Bahar Dünyamalıyeva bildirib ki, nikah müddətində əldə edilmiş əmlak, bir qayda olaraq, ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Bu prinsip yalnız tam ödənilmiş əmlaka deyil, nikah dövründə...

19 Noyabr 2026, 10:40

Həyat yoldaşı vəfat etdikdə onun bank borcunu kim ödəməlidir? – VƏKİL VACİB MƏQAMLARI AÇIQLADI

Həyat yoldaşını itirən şəxslər bəzən mənəvi itki ilə yanaşı, mərhumun bank qarşısında qalan kredit öhdəlikləri ilə də üzləşirlər. Xüsusilə bankın borcun müəyyən hissəsinin ödənilməsini tələb etməsi vətəndaşlarda haqlı suallar yaradır. Bəzi hallarda bank mərhumun həyat yoldaşına kredit borcunun yarısını ödəməli olduğunu bildirir. Halbuki bu məsələdə yalnız nikah münasibətinin mövcudluğu əsas götürülə bilməz. Mirasın qəbul edilib-edilməməsi, miras əmlakının dəyəri, borcun hansı məqsədlə götürülməsi və kredit vəsaitinin ailənin ehtiyaclarına sərf olunub-olunmaması kimi məqamlar hüquqi baxımdan əhəmiyyət daşıyır.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Nicat Mehtixanov bildirib ki, həyat yoldaşının vəfat etməsi digər tərəfin avtomatik olaraq mərhumun bütün kredit borclarına görə məsuliyyət daşıması...

18 Noyabr 2026, 11:00