"ChatGPT"yə "təşəkkür edirəm" demək baha başa gələ bilər
Maraqlı 22 Aprel 2025, 18:18

292
"OpenAI", "ChatGPT"də nəzakətli mesajlar yazan istifadəçilərin on milyonlarla dollar dəyərində elektrik istehlakına səbəb olduğunu aşkar edib.
CityPost.az xəbər verir ki, "OpenAI"nin baş direktoru Sam Altman izah edib ki, "ChatGPT"də istifadəçilərin istifadə etdiyi “zəhmət olmasa” və “təşəkkür edirəm” kimi nəzakətli ifadələr şirkətin əməliyyat xərclərinə milyonlarla dollar əlavə edir.
"X" platformasında bir istifadəçi, nəzakətli ifadələr səbəbiylə "OpenAI"nin nə qədər elektrik xərclədiyi ilə maraqlandı və soruşub.
İlk baxışdan əhəmiyyətsiz görünsə də, bu cür nəzakət nümunələri "ChatGPT"nin daha uzun və daha mənalı cavablar verməsini tələb edir. Nəticədə emal gücünü artırır, enerji istehlakını və buna görə də xərcləri artırır.
Mütəxəssislər nə deyir?
Süni intellektə qarşı nəzakətli dildən istifadə bəziləri üçün lazımsız görünsə də, ekspertlər bunun müsbət təsir göstərə biləcəyini söyləyirlər.
“Nəzakətli dildən istifadə etmək hörmətli və birgə nəticələr əldə etməyə kömək edir”,- deyən "Microsoft" dizayn meneceri Kurtis Beavers, istifadəçilərin dilinin nəzakətliliyinin birbaşa modelin cavab tonuna təsir etdiyini vurğulayıb.
"Model nəzakət aşkar etdikdə, onun daha nəzakətlə cavab vermə ehtimalı daha yüksəkdir. Generativ süni intellekt istifadəçi daxiletmələrində peşəkarlığı, aydınlığı və təfərrüat səviyyəsini əks etdirir", - "Microsoft"un "WorkLab" komandası qeyddə yazıb.
2024-cü ilin sonlarında aparılan sorğuya görə, ABŞ-da istifadəçilərin 67 faizi chatbotlara qarşı mehriban olduqlarını bildirib. Bu istifadəçilərin 55 faizi bunu doğru olanı etmək üçün etdiklərini söyləsə də, 12 faizi mümkün süni intellekt üsyanı halında alqoritmin onları xatırlayacağına ümid edərək nəzakətli olduqlarını söyləyib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ən acı maddə tapıldı
Almaniyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, acı rəf göbələkindən çıxarılan kimyəvi maddə indiyə qədər kəşf edilən ən acı maddədir.CityPost.az xəbər verir ki, Almaniyanın "Leybniz" Qida Sistemləri Biologiyası İnstitutunda çalışan alimlər acı dadın sirlərinə işıq sala biləcək mühüm kəşf ediblər.Tədqiqatçılar Amaropostia stiptica rəf göbələkindən üç kimyəvi birləşmə çıxarıblar. Bu maddələrin insan dilindəki acı dad reseptorlarına təsiri öyrənilib.Bu üç birləşmədən biri, oliqoporin D, çox az miqdarda olsa belə, acı bir dad verə bilər. O qədər ki, 106 küvet suya cəmi 1 qram qarışdırılsa belə, yenə də acı dad verir.Zəhərli deyil, çox acıdırAraşdırmalara görə, bu birləşmələr zəhərli deyil; lakin onların dadı son dərəcə...
22 Aprel 2025, 18:00

Qarğalar həndəsi fiqurları ayırd edə bilirlər - ARAŞDIRMA
Yeni araşdırma qarğaların da insanlar kimi yüksək inkişaf etmiş həndəsi intuisiyaya malik olduğunu ortaya çıxarıb.CityPost.az xəbər verir ki, Almaniyanın "Tübingen" Universitetində aparılan araşdırmaya görə, qarğalar ekranda göstərilən həndəsi fiqurlar arasında kənar nöqtələri aşkar edə bilir və nizamlı, simmetrik formalara açıq meyl göstərə bilirlər.Bu qabiliyyət əvvəllər insanlara xas olduğu düşünülən qavrayış forması kimi tanınırdı. Bununla belə, tədqiqatçılar həndəsi naxışları tanımaq qabiliyyətinin təkamüllə köklü bir xüsusiyyət ola biləcəyinə diqqət çəkirlər.Tədqiqatda 10 və 11 yaşlı iki erkək leş qarğasından ("Corvus corone") istifadə edilib. Qarğalara kompüter ekranında altı formadan birinin digərlərindən fərqlənmələrini tələb edən tapşırıqlar verilib. Qarğalar anomal formada dimdikləyərək cavab veriblər."Bu mərhələyə qədər qarğalara...
22 Aprel 2025, 17:30

Alimlər yeni rəng kəşf etdi: Yalnız beş nəfər görə bilər...
ABŞ-da aparılan bir araşdırma, yalnız beş nəfərin görə biləcəyi “olo” adlı yeni rəngin kəşf edildiyini bildirildi.
21 Aprel 2025, 13:00

Yaşlılıqda texnologiyadan istifadə demans riskini azalda bilər
Texasda aparılan hərtərəfli araşdırmaya görə, qocalıqda rəqəmsal texnologiyalardan aktiv istifadə edən şəxslərdə demans riski əhəmiyyətli dərəcədə azalır.
21 Aprel 2025, 12:12

Marsda karbon dövranının sübutu tapıldı
NASA-nın "Curiosity" roveri Qırmızı Planetin iqlim tarixinə işıq salacaq mühüm kəşf edib. Əvvəllər yalnız Marsda mövcud olduğu fərz edilən karbon dövrünün ilk birbaşa sübutu aşkar edilib.
18 Aprel 2025, 11:55

Yeni texnologiya: Karbon qazı 15 dəqiqə ərzində yanacağa çevrildi
Yaponiyada hazırlanmış yeni texnologiya sayəsində karbon qazı (CO₂) cəmi 15 dəqiqə ərzində sintetik yanacaq komponentinə çevrilə bilər. Bu üsul aşağı qiymətli katalizatorla yüksək səmərəliliyi təmin etməklə və sənaye standartlarını aşaraq karbon neytral gələcəyə doğru mühüm addım hesab olunur.
18 Aprel 2025, 11:44