300 min il öncə adalarda yoxa çıxmış ilanlar tapılıb
Maraqlı 10 Fevral 2025, 10:15
7035
Bornmut və Banqor Universitetlərinin britaniyalı alimləri müəyyən ediblər ki, Böyük Britaniya ərazisinə eskulap ilanları (Zamenis longissimus) qayıdıb. Bu sürünənlər növü Britaniya adalarında təxminən 300 min il öncə buzlaşma dövrlərinin birində yox olmuşdu.
Kəşf barədə “The Conversation” nəşri məlumat yayıb.
Eskulap su ilanları ailəsindən olan zəhərsiz ilandır. O, qədim Roma müalicə tanrısı Eskulapın şərəfinə adlandırılıb. Sürünənlər Cənubi, Mərkəzi və Şərqi Avropa, Kiçik Asiya və Qafqazda yayılıb.
Tədqiqatçıların sözlərinə görə, Eskulap tarixən daha isti regionlarda yaşayıb, lakin son iqlim dəyişiklikləri səbəbindən yerli ilan populyasiyaları azalmağa başlanıb. Eyni zamanda, Böyük Britaniyaya gətirilmiş nümunələr ətraf mühit şəraitinə uyğunlaşaraq təbiətdə uğurla məskunlaşıblar.
Həmçinin oxuyun
Alimlər müəyyən ediblər ki, ilanlar şimali Uelsdə yerli fauna ilə münaqişəyə girməyərək və əksər insanlar üçün görünməz qalaraq özlərini yaxşı hiss edirlər.
Tədqiqatçılar növlərin yeni şəraitə uyğunlaşması zərurətini nəzərə alaraq biomüxtəlifliyin qorunması strategiyalarına yenidən baxmağı təklif ediblər. İntroduksiya edilmiş (qəsdən və ya təsadüfən gətirilmiş) növləri təhlükə kimi qəbul etmək əvəzinə, qlobal istiləşmə şəraitində ekosistemlərin qorunmasında onların rolunu tanımaq lazımdır.
Lakin mütəxəssislər vurğulayıblar ki, xəstəliklərin yayılması və ya yerli ekosistemlərin balansının pozulması kimi gözlənilməz nəticələrdən qaçınmaq üçün belə qərarlar ehtiyatla qəbul edilməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Saç tez-tez kəsiləndə daha sürətli uzanır? – Elmi cavab
Saçların tez-tez kəsilməsinin onların daha sürətli uzanmasına səbəb olduğu fikri uzun illərdir insanlar arasında dolaşan ən məşhur inanclardan biridir. Bir çox valideyn övladlarının saçını tez uzansın deyə tez-tez kəsdirir, böyüklər isə saçlarını müəyyən aralıqlarla qısaltmağın uzanma sürətini artırdığına inanırlar. Lakin müasir elmi araşdırmalar göstərir ki, bu fikir həqiqəti əks etdirmir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, saçın uzanması saçın görünən hissəsindən deyil, dərinin altında yerləşən saç follikullarından – yəni saç köklərindən asılıdır. Saç kəsildikdə yalnız ölü keratin lifləri qısalır. Bu proses saç kökünə, onun fəaliyyətinə və böyümə sürətinə heç bir təsir göstərmir.Saçın nə qədər sürətlə uzanması əsasən genetik xüsusiyyətlərdən, hormon...
20 İyul 2026, 11:12
İnsanlarda əcdadlardan qalan genlər necə üzə çıxır?
Atavizm biologiyada çox maraqlı və nadir rast gəlinən hadisələrdən biridir. Bu termin müasir insanda və ya digər canlılarda uzaq əcdadlarına məxsus olan, lakin təkamül prosesində demək olar ki, yox olmuş xüsusiyyətlərin yenidən üzə çıxmasını ifadə edir. Başqa sözlə desək, atavizm insanın və ya heyvanın genomunda uzun illər passiv qalan genlərin müəyyən səbəblərdən yenidən aktivləşməsi nəticəsində meydana gələn əlamətlərdir.Citypost.az xəbər verir ki, alimlərin fikrincə, təkamül prosesi zamanı bir çox xüsusiyyətlər öz funksiyasını itirdiyi üçün aktiv fəaliyyət göstərmir. Lakin həmin genlər tamamilə yox olmur, sadəcə passiv vəziyyətdə qalır. Nadir hallarda baş verən genetik dəyişikliklər və mutasiyalar nəticəsində bu genlər yenidən aktivləşə bilir...
20 İyul 2026, 10:07
Körpələrdə ayaqla qavrama refleksi nəyi göstərir?
Yeni doğulan körpələrdə müşahidə olunan bəzi reflekslər təkcə onların sağlam inkişafının göstəricisi deyil, həm də insanın təkamül tarixindən izlər daşıyır. Bu reflekslərdən biri də plantar grasp, yəni ayaqla qavrama refleksi adlanır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, körpənin ayaq dabanına və ya ayaq barmaqlarının alt hissəsinə yüngül toxunduqda o, barmaqlarını içəri doğru bükərək sanki nəyisə tutmağa çalışır. Bu hərəkət tamamilə qeyri-iradidir və doğuşdan mövcud olan reflekslərdən biri hesab edilir.Alimlər bu refleksi insanın təkamül keçmişi ilə əlaqələndirirlər. Onların fikrincə, milyonlarla il əvvəl yaşamış primat əcdadlarımız üçün belə refleks həyati əhəmiyyət daşıyırdı. O dövrdə balalar analarının bədənindəki tüklərdən möhkəm yapışaraq hərəkət edir,...
17 İyul 2026, 10:57
Kəpənəklər doğrudanmı cəmi bir gün yaşayır? – İllərdir yayılan yanlış təsəvvürün həqiqəti
"Cəmi bir gün ömrü var" ifadəsi kəpənəklərlə bağlı ən məşhur fikirlərdən biridir. Hətta gündəlik danışıqda belə qısaömürlü hadisələri təsvir etmək üçün tez-tez "kəpənək ömrü" ifadəsi işlədilir. Lakin bioloqlar bildirirlər ki, bu fikir elmi baxımdan doğru deyil. Əslində, demək olar ki, bir gün yaşayan kəpənək növü yoxdur.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kəpənəklərin ömrü növündən, yaşadığı mühitdən və həyat dövründən asılı olaraq ciddi şəkildə dəyişir. Orta hesabla əksər kəpənəklər yetkin mərhələdə 2–4 həftə yaşayırlar. Bu müddət ərzində onlar qidalanır, cütləşir və yeni nəslin davam etməsi üçün yumurta qoyurlar.Lakin bütün kəpənəklər eyni ömür uzunluğuna malik deyil. Məsələn, dünyanın ən məşhur köç...
17 İyul 2026, 09:51
Niyə qohum heyvanların cütləşməsi təhlükəlidir?
Təbiətdə də insanlar kimi heyvanlarda qohum fərdlər arasında cütləşmə baş verdikdə sağlam nəsil əldə etmək çətinləşir. Biologiyada bu hadisə inbridinq (inbreeding) adlanır və genetik müxtəlifliyin azalmasına səbəb olan ən mühüm amillərdən biri hesab olunur. Mütəxəssislərin sözlərinə görə, qohum heyvanların cütləşməsi nəticəsində müxtəlif irsi xəstəliklər, inkişaf qüsurları və nəsilvermə problemləri meydana çıxa bilər.Citypost.az xəbər verir ki, alimlər bildirirlər ki, bunun əsas səbəbi bütün canlıların genomunda gizli şəkildə daşınan resessiv genlərlə bağlıdır. Hər bir heyvan müəyyən sayda zərərli mutasiyaları öz genlərində daşıya bilər. Lakin bu genlər adətən resessiv olduqları üçün tək olduqda xəstəlik yaratmırlar və heyvan tamamilə sağlam görünür.Problem həmin resessiv genlərin...
17 İyul 2026, 08:39
Ən zəhərli 10 bitki– Gözəlliklərinin arxasında ölüm gizlənir
Bitkilər adətən sağlamlıq, təbiət və həyat rəmzi kimi qəbul edilir. Lakin təbiətdə elə növlər var ki, onların təkcə toxunması, meyvəsini dadmaq və ya şirəsi ilə təmas belə insan həyatı üçün ölümcül nəticələr doğura bilər. Tarix boyu bu bitkilərdən ovçuluqda, müharibələrdə, sui-qəsdlərdə və hətta zəhərlənmələrdə istifadə olunub.Citypost.az xəbər verir ki, bəzi növlər isə bu gün də park və bağlarda bəzək məqsədilə yetişdirilsə də, təhlükəli xüsusiyyətlərini qorumaqda davam edirlər.1. Gözəl avratotu (Belladonna)Parlaq qara meyvələri son dərəcə cəlbedici görünür və şirin dada malikdir. Məhz buna görə xüsusilə uşaqlar üçün böyük təhlükə yaradır. Bitkinin tərkibində atropin və skopolamin kimi güclü alkaloidlər var. Cəmi bir...
16 İyul 2026, 11:33