Döyüşlərdə iştirak etdiyi üçün mənzil ala bilmədi
Müsahibələr 25 Oktyabr 2024, 15:15
15056
Sədr müavini Zaur İbrahimovdan döyüşçüyə qəribə cavab.
Bakı şəhəri, Nəsimi rayonu, Rasim Səfərov küçəsi ev 161-də yaşayan II Qarabağ döyüşlərində könüllü iştirak etmiş İsmayılzadə Kənan Bəhruz oğlu kirayədə yaşadığı üçün mərhələli şəkildə mənzil növbəsinə yazılmaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən keçmiş döyüşçü Kənan İsmayılzadə məktub alıb.
Bu haqda CityPost.az-a Kənan İsmayılzadə özü məlumat verib.

Həmçinin oxuyun
“ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamından sonra ərizə yazıb döyüşlərə könüllü qatıldım. Füzuli, Xocavənd,Cəbrayıl, Hadrut və Şuşanın işğaldan azad olunması uğrunda 30-dan çox uğurlu döyüş əməliyyatlarında iştirak etmişəm. Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun imzası ilə “Vətən Müharibəsi İştirakçısı” medalı və xidmət etdiyim hərbi hissəsin rəhbərliyi tərəfindən cəsur döyüşçü kimi müxtəlif növ fəxri fərmanlarla təltif edilmişəm.
Günahkar deyiləm ki, döyüşlərdə şəhid,yaxud qazi olmamışam. Allah Vətənimizə bir də müharibə göstərməsin.Amma hər hansı döyüşçüyə mənə göstəriləcək münasibət bəslənəcəksə,sözsüz ki, gələcəkdə anoloji hadisə zamanı çoxları döyüşlərə getməkdən imtina edəcək. Nəzərə almalıdırlar ki, mən hər şeyə göz yumub, döyüşlərə qatılmışam. Mənə Sosial Xidmətlər Agentliyindən məktub gəlib ki, döyüş əməliyyatlarında iştirak edib,müharibə veteranı adını aldığınıza görə sizin mənzillə təmin edilməyiniz qanunvericilikdə nəzərdə tutulmayıb.
Kənan İsmayılzadə onu da əlavə edib ki, çox qəribə məntiqdir.
Rəqqasə,müğənni,idmançı,neftçi,jurnalist,artistə,it oynadan,pişik oynadan dövlət tərəfindən mənzillə təmin olunur, amma müharibədə iştirak edib sağlamlığını itirən şəxs kənarda qalır.
CityPost.az döyüşçünün müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.

İmza: Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nadir Azəri: “Xocalı faciəsini unutmamaq gəncliyin üzərinə düşən mühüm vəzifələrdən biridir”
“Ermənilərin uzun illər ərzində Azərbaycan xalqının başına gətirdiyi müsibətlər tariximizin ən ağrılı səhifələrini təşkil edir. Bu faciələrdən ən dəhşətlisi isə 1992-ci ilin fevralın 26-da törədilmiş Xocalı soyqırımıdır ki, bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq və bəşəriyyət əleyhinə törədilmiş ağır cinayətdir. Aradan illər keçsə də, bu qanlı faciənin ağrısı xalqımızın yaddaşından silinməyib və silinməyəcək”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Nadir Azəri bildirib ki, bu gün Xocalı şəhidlərinin ruhu şaddır: “Çünki Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük...
26 Fevral 2026, 09:38
Nüşabə Babayeva-Vəkilova:İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley ədəbiyyatımız üçün önəmlidir
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Ədibin gəlini, Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı,Filologiya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Babayeva-Vəkilova Citypost.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi Azərbaycan mədəniyyəti üçün sevindirici və əlamətdar hadisədir. O, böyük şairə göstərilən diqqətə görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.N.Babayeva-Vəkilova qeyd edib ki, Səməd Vurğun Azərbaycan mədəniyyətində eləcə də tarixində öz sözünü demiş, mövqeyini müəyyənləşdirmiş böyük sənətkardır. Onun sözlərinə görə, şair hələ sağlığında keçmiş Sovet məkanında və bir sıra xarici ölkələrdə tanınıb, sevilib....
23 Fevral 2026, 15:22
95 yaşını qeyd edən Xalq şairi: "Həm qəmginəm, həm sevincli"
Azərbaycanın görkəmli Xalq şairi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli Nəriman Həsənzadə bu gün 95 illik yubileyini qeyd edir. Bu münasibətilə Citypost.az saytına açıqlama verən görkəmli şair bildirib ki, bu günlərdə onu təbrik edənlərin sayı çoxdur və hər birinə minnətdardır. O, keçirdiyi hissləri belə ifadə edib:“Zəng eləyən, maraqlanan, yazan hər kəsə təşəkkür edirəm. Həm sevincliyəm, həm də qəmginəm. Qəm mənim yol yoldaşımdır. Özümü bir qədər həm yaxşı, həm də səhhətimlə əlaqədar biraz pis hiss edirəm. Amma zəngləri gördükcə çalışıram ki, özümü daha yaxşı hiss edim”.Qeyd edək ki, Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Filologiya...
18 Fevral 2026, 10:21
Azər Həsrət: Saxta hesablara və təhqirlərə dözmək lazımdır
Cəmiyyətin önündə olan və ictimai rəy formalaşdıran insanlar üçün tənqid və narazılıq qaçılmazdır. Əməkdar jurnalist Azər Həsrət Citypost.az-a verdiyi açıqlamada bu vəziyyətlə bağlı şəxsi yanaşmasını və sosial mediada qarşılaşdığı təhqir və hədə hallarını şərh edib.Azər Həsrət bildirib ki, ictimai rəy formalaşdıran şəxslər hər kəs tərəfindən sevilməyə borclu deyil: “Təbii ki, narazılar olacaq. Amma bu narazılıqlar həmişə ədəb çərçivəsində ifadə edilməlidir.”Jurnalist qeyd edib ki, dəstək də kifayət qədərdir: “Minlərlə, bəzən yüz minlərlə insan paylaşımlarımı bəyənir, fikirlərimi yayır, dəstəyini bildirir. Xaricdən də belə dəstək görürük. Amma bəzən saxta və gizli hesablardan təhqir və hədə göndərən şəxslər də olur. Bəzən onları tapıb üzr...
09 Fevral 2026, 14:21
"Təhsilin bərbad vəziyyətə salınması insanın ürəyini sızladır" - Fazil Mustafa
Fəlsəfə üzrə fəlsəfə doktoru, Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yerli mediaya müshaibə verib.CityPost.az həmin müsahibəni təqdim edir:- Salam Fazil bəy, necəsiniz?- Sağ olun, şükürlü insan olaraq ancaq yaxşılıqdan və gözəllikdən danışa bilərəm.- Orta təhsil aldığınız məktəblə bağlı hansı xatirələr yadınızda qalıb. O illəri tez-tezmi xatırlayırsınız?- Əlbəttə, bu ömür yolumuzun ən maraqlı və duyğusal anlarıdır. İlk əlifba hərfi, ilk 5 və 2 qiymətlər, ilk sevgilər, ilk dostluqlar və ən əsası da müəllimlər və sinif yoldaşları. Ara-sıra öz müəllimlərimlə, sinif yoldaşlarımla o keçmiş günləri xatırlayarkən ən çox üzərində durduğumuz xatirə mənim son zəng günündə bütün sinif yoldaşlarıma ayrı-ayrılıqda yazdığım...
05 Fevral 2026, 16:04
Hacıbəy Heydərli:"İstinadsız xəbər yolverilməzdir!"
Azərbaycan mediasında istinad məsələsi uzun illərdir ki, gündəmdə qalır. Bir çox sayt digər medianın özəl xəbərlərini istinadsız paylaşır və bu, həmkarlar arasında qalmaqala səbəb olur. Son dövrlərdə bu tendensiya sosial şəbəkələrdə də narazılıqlara yol açır.Buna münasibət bildirən Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Citypost.az saytına bildirib ki, istinad mədəniyyəti medianın əsas prinsiplərindən biridir. O qeyd edib ki, bəzən xəbərlərin mənbəyi göstərilmədən paylaşılması jurnalistlər və media subyektləri tərəfindən haqlı narazılıqla qarşılanır.H.Heydərli xatırladıb ki, istinad mədəniyyəti həm media haqqında qanunla, həm də Jurnalistlərin Peşə Kodeksi ilə tənzimlənir. Buna baxmayaraq, Azərbaycan mediasında belə anlaşılmazlıqların və narazılıqların şahidi olmaq...
29 Yanvar 2026, 15:13