Bizə yazın

Baku

-°C

USD

-

Şirvanda döyülən qazi anasına cinayət işi açılıb? - RƏSMİ CAVAB

Hadisə 22 Oktyabr 2024, 14:52

6638

Şirvan Şəhər Xəstəxanasında Vətən müharibəsi qazisinin anasının döyülməsi barədə məlumat vermişdik.

Həkim Günel Səfərova tərəfindən döyüldüyünü iddia edən Şirvan Şəhər sakini Arzu  Abdullayeva  CityPost.az  saytına müraciətində bildirib ki, hadisədən 4 aya yaxın vaxt keçsə də,bu günə qədər məsələyə hüquqi qiymət verilməyib.Qazi anası olduğunu bildirən Arzu Abdullayeva Şirvan Şəhər Polis Şöbəsinin  müstəntiqi İlqar Novruzov  tərəfindən işin düzgün aparılmadığı və işə səhlənkar yanaşıldığını qeyd edib.

“2024-cü ilin iyulun 23-də Şirvan Şəhər xəstəxanasında göz həkimi Günel Səfərova tərəfindən insanların gözü qarşısında döyüldüm.Xəsarətlər aldım.Şikayətim əsasında Şirvan Şəhər Polis Şöbəsində müstəntiq İlqar Novruzov araşdırma apardı.Mənim xəsarətlərim gözlə görünən idi.Günel Səfərova şəxsi tanışlığından istifadə edərək saxta ekspert rəyi aldı.Guya mən də ona xəsarət yetirmişəm.Ona saxta rəyi verən şəxsi tanıyıram.Onun tanışıdır. Həmin  saxta rəydə Günel Səfərovanın xəsarət almasına dair heç bir sübut,foto,video çəkiliş yoxdur. İndi mən sual verirəm.Həmin ekspert nəyin əsasında Günel Səfərovanın xəsarət aldığı barədə rəy verib?.İlk dəfədən müstəntiqə bildirdim ki, həmin rəy saxta və əsassızdır. Mənə dedilər ki, Sizə qarşılıqlı davaya görə cinayət işi açılıb.Döyülən də mən,cinayət işi açılan da  mən? Belə ədalət olar? Necə deyərlər,yanan da mən,yaman da mən... Günel  Səfərova kimə, nəyə  güvənir? Mən qazi anasıyam. Oğlum Elturan Abdullayev Vətən müharibəsində qəhrəmanlıq göstərib.Bu gün onun anasının döyülməsinə kimlər göz yuma bilər?Mən bu işin sonuna qədər gedəcəyəm.Lazım gələrsə,Ölkə Prezidenti Cənab İlham Əliyevə və birinci-vitse prezident Mehriban Əliyevaya səslənəcəm”,-deyə Arzu Abdullayeva bildirib.

Arzu Abdullayeva həmçinin  qeyd edib  ki, həmin ekspert rəyi ilə bağlı Baş Prokurorluğa və digər qurumlara rəsmi şikayət edib.

“Günel Səfərovanın aldığı saxta rəyin araşdırılması ilə bağlı rəsmi şikayət etmişəm”,-deyə o bildirib.

CityPost.az  məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov  sorğumuza  cavab olaraq bildirib ki, vətəndaşın müraciəti ilə bağlı Şirvan ŞPŞ-də müvafiq araşdırmalar aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.

Müşərrəfxanım
 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib 

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran liderinin hərbi ofisinin rəhbəri vəzifəsinə təyin edilən general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə təsdiqləyib.Bu barədə İranın “Fars” xəbər agentliyi ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb."General Əbu əl-Qasım Babayan İsrail və ABŞ-ın zərbələri nəticəsində öldürülüb. Ailəsinə və yoldaşlarına başsağlığı veririk", - ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.Generalın ölümünün dəqiq tarixi açıqlanmayıb.

14 Mart 2026, 23:14

Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb 

İranın İsfahan şəhərindəki bir fabrikə raket zərbələri endirilməsi nəticəsində azı 15 nəfər ölüb, bir neçə nəfər yaralanıb.CityPost.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.Məlumata görə, soyuducu və istilik avadanlığı istehsal edən bir fabrik hava hücumunun hədəfi olub.

14 Mart 2026, 22:58

Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb 

Neftçala rayonunda 38 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.Hadisə Neftçala rayonunun Qoltuq kəndində qeydə alınıb.Belə ki, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

14 Mart 2026, 20:09

Tramp göstəriş verdi: İranda bu hədəflər tamamilə məhv edildi

ABŞ Silahlı Qüvvələri İranın Xarq adasında yerləşən hərbi obyektlərinə güclü zərbə endirib.CityPost.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.“Az əvvəl mənim göstərişimlə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərq tarixində ən güclü bombardmanlardan birini həyata keçirdi və İran üçün strateji əhəmiyyət daşıyan Xarq adasındakı bütün hərbi hədəflər tamamilə məhv edildi”, – deyə ABŞ prezidenti qeyd edib....

14 Mart 2026, 09:55

Bakıda qudalar arasında dava: Nişan pozuldu

Bakının Xəzər rayonunda qudalar arasında yaranan mübahisə dava ilə nəticələnib.Teleqraf-ın əldə etdiyi məlumata görə, Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Namiq Bağırov oğlunun nişanlısının anası Tamaradan (ad-soyad şərti verilib – red.) 1000 manat məbləğində borc alıb.Daha sonra borcun qaytarılması ilə bağlı aralarında narazılıq olub. Onların mübahisəsi dava-dalaşla nəticələnib.Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham elan edilib.Bağırov izahatında bildirib ki, sonuncu dəfə təxminən 5 ay əvvəl Tamaranın evində olub: “Tamaradan pulu oğlum Sərxan faizlə götürüb. Həmin pul faizlə də geri qaytarılıb. Bu hadisələrdən sonradan məlumatım olub. Sərxan ilə Tamaranın qızı nişanlı olublar. Lakin həmin nişan pozulub”.Təqsirləndirilən şəxs deyib ki,...

13 Mart 2026, 17:28

Antik əşyalar oğurlayan şəxslər saxlanılıb 

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mənzillərdən oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.Daxili İşlər nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Citypost.az verilən məlumata görə, tədbirlərlə 2 fərdi yaşayış evindən ümumi dəyəri 7750 manat olan müxtəlif növ məişət əşyaları, o cümlədən antik əşyalar və 1000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.Polis əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərdən , eləcə də obyektlərdən mobil telefon və pul oğurlayan keçmiş məhkum Naib Əliyev də saxlanılıb. Araşdırmalarla N. Əliyevin ümumilikdə 15-ə yaxın mağaza və avtomobildən oğurluq etdiyi müəyyən olunub. Həmçinin saxlanılan şəxsdən psixotrop maddə olan metamfetamin də...

13 Mart 2026, 14:00