Vüsal Əliyevin milyon baxışlıq videosu “YouTube”-dan silindi - SƏBƏB
Sənət aləmi 10 Oktyabr 2024, 10:59

6984
Tanınmış şair Şəmsi Vəfadarla müğənni Vüsal Əliyev arasında mahnı qalmaqalı barədə məlumat vermişdik.
Müğənniyə böyük şöhrət gətirmiş “Ya sev,ya öldür məni” mahnısının sözlərinin müəllifi şair Şəmsi Vəfadar olsa da,müğənni rəsmi “Youtube” kanalında və digər hesablarında sözlərin müəllifi kimi özünü göstərmişdi. Bununla bağlı saytımıza açıqlama verən şair Şəmsi Vəfadar müğənnini məhkəməyə verəcəyini açıqlamışdı.
CityPost.az xəbər verir ki, Vüsal Əliyevin ifasında olan həmin mahnı müəlliflik hüququnun pozulmasına görə “YouTube”-dən silinib. Milyonlarla baxışı olan sevilən mahnının silinməsindən sonra müğənni sözügedən mahnını yenidən rəsmi “YouTube” hesabına yükləyib.
Bu dəfə O, əvvəlkindən fərqli olaraq mahnının müəllifi kimi öz adını göstərməyib.Bununla yanaşı mahnının sözlərinin müəllifi Şəmsi Vəfadarın da adı qeyd edilməyib.
Həmçinin oxuyun
Məsələ ilə bağlı şair Şəmsi Vəfadar da münasibət bildirib.
“Vüsal Əliyev baş verənlərdən nəticə çıxararaq mahnının sözlərinin və musiqisinin müəllifi kimi bu dəfə özünü göstərməyib.Amma başa düşmür ki, hər mahnının söz yazarı və bəstəkarı olur. Müəlliflərinin adı qeyd olunmayan mahnı ata-anası bəlli olmayan uşaqlara bənzəyir. Yaxşı olar ki, nə qədər gec deyil,Vüsal Əliyev etdiyi səhvi bərpa etsin ki,məhkəmə müstəvisində görüşməyək.”,-deyə Şəmsi Vəfadar bildirib.
Məsələ ilə bağlı müğənni Vüsal Əliyevlə əlaqə saxlamağa çalışsaq da,zənglərimizə cavab vermədi.
Müəllif: Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Afət Fərmanqızı toyda dalaşdı - VİDEO
Müğənni Afət Fərmanqızı ilə toyda iştirak edən şəxs arasında gərgin anlar yaşanıb.CityPost.az Oxu24.com -a istinadən xəbər verir ki,hadisə Rusiyanın Kirov vilayətində yerləşən,Kirov şəhərində baş verib.Məlumata görə,toyda iştirak edən qonaqlardan biri müğənni Afət Fərmanqızına irad bildirib.Həmin şəxs mikrofonu götürərək müğənninin ifasını dayandırmaq istəyib. Qonağın bu hərəkətlərinə müğənni qarşılıq verib. İfaçı ona irad bildirən şəxsə "bir lafa baxaram,bir də lafı deyənə" cavabını verərək həmin şəxsin toydan uzaqlaşdırılmasını istəyib.Bu zaman qonaqlardan bir neçəsi həmin şəxsə yaxınlaşaraq mikrofonu onun əlindən alıb.Daha sonra həmin şəxs toy məclisindən uzaqlaşdırılıb.Məsələ ilə bağlı Oxu24.com-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, həmin şəxs sərxoş vəziyyətdə olub."O,adam toya çağrılmamışdı. Mənə irad bildirirdi ki,ifa...
03 Oktyabr 2025, 15:13

Azadənin nakam taleyi: Həmin mahnı ona həsr olunubmuş - VİDEO
Bir müddətdir ki,sosial şəbəkələrdə vəfat edən rəssam qızın nakam həyatı ilə bağlı paylaşımlar edilir.İddialara görə,rəssam Azadə Azad nakam sevgi yaşadığı üçün dərdə düşmüş və yataqda çürüyərək dünyasını dəyişib.Diggər iddiaya görə, müğənni Röya Ayxanın "Əlvida, Gedirəm" mahnısı məhz onun nakam həyatına həsr olunub. Onun dünyasını dəyişən zaman başının altından məktub tapıldığı iddia olunur.Bəs,bütün bunlar doğrudurmu? Oxu24.com xəbər verir ki,araşdırmaçı jurnalist Etibar Vəfa bununla bağlı araşdırma aparıb. Məlum olub ki,deyilənlərin hamısı yalan imiş.Araşdırma zamanı məlum olub ki,Azadənin istədiyi oğlan olub.Onların münasibətləri bəs necə olub?Həmin oğlan hazırda hardadır? Azadənin ölümünə səbəb olan xəstəlik nə olub?...
11 İyul 2025, 09:49

Şuşada Bülbüloğlunun konserti oldu
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib.
25 May 2025, 19:00

"Yaprak dökümü"nün tanınmış siması vəfat edib
Türkiyənin məşhur aktrisası Bedia Ener Öztep 70 yaşında vəfat edib. Citypost.az xəbər verir ki, bu barədə aktrisanın yaxınları sosial şəbəkələrdə məlumat yayıb. Xatırladaq ki, B. E. Öztep "Yaprak dökümü" serialı ilə daha da məşhurlaşıb. Qeyd edək ki, o, 1954-cü ildə İstanbulda dünyaya gəlib. İndiyədək bir çox film və teleseriallarda rol alıb.
14 Yanvar 2025, 10:00

Sibel Can Bakıya gəlir
Türkiyənin məşhur müğənnisi Sibel Can Bakıda konsert verəcək. Citypost.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert 8 dekabr tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 395 manatdır.
30 Noyabr 2024, 20:29

Nərmin Kərimbəyovanın efirdə biabırçı rəqsi - VİDEO
Müğənni Nərmin Kərimbəyovanın efirdə rəqsi tənqidlə qarşılanıb. CityPost.az xəbər verir ki, ARB kanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan müğənni mahnı ifa etdiyi zaman rəqs edib. Bu zaman müğənninin geyimi qalxıb və onun bədən hissələri görünüb.Qeyd olunan görüntülər kanalın rəsmi youtube kanalında yayımlanıb. Müğənninin efirdə bu cürə rəqsi sosial şəbəkələrdə tənqidlə qarşılanıb. “Bu çəkidə olan bir xanıma belə rəqs yaraşmır.Sakit halda oxusa daha da yaxşı görsənərdi,gözəl də xanımdır”, “Bu görəsən sonra özünə baxır?”, Zaur Kamal oğlu ayıb olsun sizə. Baxın və utanın. Hərçənd ki,bu qadın da utanan sifət yoxdur. Belə mikrobları niyə insanlara sırıyırsınız?” kimi şərhlər paylaşılan videonun altında qeyd edilib. Sözügedən videonu təqdim...
21 Noyabr 2024, 13:57