Lənkəranda yolun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Siyasət 12 Avqust 2025, 13:13
2803
Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
CityPost.az xəbər verir ki, Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Həmçinin oxuyun
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Bruney liderləri bir-birilərini təbrik ediblər
Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.CityPost.az-ın məlumatına görə, məktubda deyilir:"Əlahəzrət,Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır.Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın...
25 Noyabr 2025, 15:27
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxış edib
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilib.CityPost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqres Mərkəzinə gəlib.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşıladı.Tədbirin iştirakçıları birgə foto çəkdirdilər.İclasda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxış etdilər.Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.Prezident İlham Əliyevin çıxışı:-Hörmətli Şavkat Miromonoviç.Hörmətli dövlət başçıları.Əziz dostlar.İlk növbədə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə dəvətə görə dərin minnətdarlığımı bildirirəm. Özbəkistan tərəfinə ənənəvi qonaqpərvərliyinə görə təşəkkür edirəm.Özbəkistan...
16 Noyabr 2025, 14:04
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında Məşvərət görüşünün iclasında iştirak üçün Konqres Mərkəzinə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşünün iclasında iştirak etmək üçün Konqres Mərkəzinə gəldi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentini qarşıladı.Sonra tədbir iştirakçıları birgə foto çəkdirdilər.
16 Noyabr 2025, 10:23
İlham Əliyev: Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.CityPost.az-ın məlumatına görə, mətndə deyilir:"Hörmətli cənab Prezident,Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm.Biz bundan sonra da Fələstinə lazımi humanitar yardım...
15 Noyabr 2025, 11:40
İlham Əliyev Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsi barədə: Bu cür hücumlar qəbuledilməzdir
Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Kiyevdə Azərbaycanın səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.Oxu24.com-un məlumatına görə, dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib.Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndəliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
14 Noyabr 2025, 17:27
Putin: Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir
"Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir".CityPost.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.“Biz, əlbəttə ki, razılaşdırıldığı kimi, istintaqla tam əməkdaşlığı təmin edirik. İstintaq yekunlaşmaq üzrədir”, -deyə o bildirib.
09 Oktyabr 2025, 16:22