Bizə yazın

Baku

-°C

USD

-

BQXK əməkdaşları separatçılara yenidən baş çəkdi

Siyasət 01 Oktyabr 2024, 15:45

20345

Sentyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.

Citypost.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağın erməni separatçılarının “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, "xarici işlər naziri" olmuş David Babayan, eləcə də “parlament sədri” olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və “dövlət naziri” olmuş Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

 

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.Citypost.az xəbər verir ki, noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.Ukrayna Prezidenti İlham Əliyevi Zəfər Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib.Görüşdə Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlandı.İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olundu, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparıldı.Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya...

12 Noyabr 2026, 15:31

Zelenski Əliyevlə görüşə gəldi

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu sammitində iştirak etmək üçün Dublinə səfər edib.Citypost.az xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan dövlət başçısı ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş gözlənilir.Zelenski Əliyevlə görüş keçiriləcəyi məkana gəlib.

12 Noyabr 2026, 14:52

Mixol Martin: Azərbaycanın Avropa Siyasi Birliyindəki iştirakı enerji təchizatında mühüm nəticələr verib

Azərbaycanın Avropa Siyasi Birliyində iştirakı enerji resurslarının tədarükü məsələlərində, digər istiqamətlərdə əhəmiyyətli irəliləyişlərə gətirib çıxarıb və Avropanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əlavə imkanlar açıb."Report"un Dublinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu İrlandiyanın Baş naziri Mixol Martin Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə bildirib."Həm qitənin iqtisadi təhlükəsizliyinin, həm də hibrid hücumlardan və digər təhdidlərdən qorunmanın təmin olunmasında çox şeyə nail olmaq mümkündür", - o bildirib.Baş nazir, həmçinin vurğulayıb ki, Avropa Siyasi Birliyinin ilk görüşlərindən birində avropalı vasitəçilərin iştirakı ilə Azərbaycan və Ermənistan arasında nizamlanmaya dair danışıqlar baş tutub. O, bu danışıqların da kifayət qədər məhsuldar olduğunu qeyd edib.Onun sözlərinə görə,...

12 Noyabr 2026, 14:05

Pərvanə Vəliyeva: 12 Noyabr hüquqi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcını qoyub

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiva edir.Konstitusiya hər bir müstəqil dövlətin hüquqi təməli, siyasi və ictimai həyatının əsas istiqamətlərini müəyyən edən ali hüquqi sənədidir. Dövlətin idarəçilik sistemi, hakimiyyət orqanlarının səlahiyyətləri, vətəndaşların hüquq və vəzifələri, cəmiyyətlə dövlət arasındakı münasibətlər məhz Konstitusiya ilə tənzimlənir. Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.Deputat xatırladıb ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin...

12 Noyabr 2026, 11:32

X.Cəfərli: “Müsəlman Qardaşları” Azərbaycanda təşkilatlanmağa çalışır

Təxminən bir il öncə yazdığım “Siyasi islamın ləğvinə start verilir” başlıqlı bir yazıda  Prezident Donald Trampın “Müsəlman Qardaşları” şəbəkəsinin bəzi şöbələrinin xarici terror təşkilatları və qlobal terrorçular siyahısına daxil edilməsi prosedurunun başladılması ilə bağlı imzaladığı sərəncamın təsadüfi hadisə olmadığına diqqət çəkmək istəmişdim. Son günlər baş verən hadisələr qənaətlərimin yanlış olmadığını göstərir.  Qahirə Cinayət Məhkəməsi aralarında “Avropa Müsəlmanları Şurası”, “Fətva və Tədqiqat üzrə Avropa Şurası, “İmamlar Şurası”, “Müsəlman Ailələri üzrə Avropa Şurası”, “Müsəlman Qadınlar üzrə Avropa Şurası”, “Avropa Quran Şurası”, “İslam Tələbələrinin Avropa Forumu”, “Avropa Humanitar Elmlər İnstitutu (müxtəlif filialları da daxil olmaqla)”, “Fransa Müsəlmanları Fondu”, “Böyük Britaniya Müsəlman Assosiasiyası”, “İsveçrə Müsəlman...

12 Noyabr 2026, 10:58

Zəkiyyə Musayeva: Üçrəngli bayraq bütöv Vətənin səmasında qürurla dalğalanır

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Zəkiyyə Musayeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və Azərbaycan xalqının birliyi nəticəsində 30 illik həsrətə son qoyulub, tarixi ədalət bərpa edilib.Zəkiyyə Musayeva vurğulayıb ki, bu gün Azərbaycanın Konstitusiyası və qanunları ölkənin bütün ərazisində qüvvədədir. Onun sözlərinə görə, Şuşadan Xankəndiyə, Laçından digər azad edilmiş ərazilərə qədər hər yerdə dövlət suverenliyi təmin olunub.Şöbə müdiri qeyd edib...

12 Noyabr 2026, 10:56