Kolorado Boulder Universitetində aparılan bir araşdırma göstərdi ki, yüksək yağlı qidalar bağırsaq bakteriyasını poza, davranışı dəyişdirə və bağırsaq-beyin əlaqəsi səbəbindən narahatlığı artıra bilər.
Citypost.az xəbər verir ki, professor Kristofer Louri və komandası yüksək yağlı pəhrizlərin təsirini anlamaq üçün yeniyetmə siçanlar üzərində təcrübə aparıb.
İki qrupa bölünən ilk siçan qrupu təxminən 11 faiz yağ ehtiva edən standart pəhrizlə, digər qrup isə doymuş heyvan yağlarından ibarət 45 faiz yağdan ibarət yüksək yağlı pəhriz ilə qidalanıb.
Tədqiqatçılar doqquz həftə ərzində nəcis nümunələri vasitəsilə siçanların bağırsaq bakteriyalarını izləyib və onların davranışlarını qiymətləndiriblər. Araşdırma nəticəsində yüksək yağlı qidalarla qidalanan siçanların nəzarət qrupu ilə müqayisədə daha çox kökəldiyi müəyyən edilib. Yüksək yağlı qida ilə qidalanan siçanlar, xüsusən də dorsal raphe nüvəsi kimi tanınan beyin sapı bölgəsində serotonin istehsalında və siqnalında iştirak edən üç genin daha yüksək ifadəsinə sahib olduğu müşahidə edildi. Bu sahənin stress və narahatlıqla əlaqəli olduğu bildirilmişdir.
Alimlər izah etdilər ki, bu araşdırma pəhriz, bağırsaq sağlamlığı və ağıl arasındakı mürəkkəb əlaqəni ortaya qoyur. Bildirilib ki, karbohidratlar və yağlar yüksək olan qidalar qısamüddətli rahatlıq təmin etsə də, narahatlıq və depressiyaya səbəb olur və uzun müddət ərzində ümumi sağlamlığa təsirinin insan orqanizminə mənfi təsir göstərir. Mütəxəssislər, balanslaşdırılmış qidalanma seçiminin həm fiziki, həm də ruhi sağlamlığı qorumaq üçün vacib olduğunu bildirərək, tərkibində qeyri-sağlam yağlar olan qidaların xroniki xəstəliklərlə əlaqəli olduğunu da bildirdilər. Həmçinin bildirilib ki, belə qidalar bağırsaq sağlamlığına və narahatlığına təsir etməklə yanaşı, orqanizmdə iltihaba səbəb ola bilər.
Yeganə