Bizə yazın

Baku

-°C

USD

-

Ədliyyə Nazirliyi Xüsusi İcra Məmurlarının Reyestrini aparacaq 

Cəmiyyət 13 Avqust 2025, 13:59

170

Ədliyyə Nazirliyi Xüsusi İcra Məmurlarının Reyestrini aparacaq.

CityPost.az-ın  xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Xüsusi icra məmuru şəhadətnaməsi də Ədliyyə Nazirliyi tərəfindən veriləcək.

Eyni zamanda qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnaməni ləğv edərək xüsusi icra məmurunun fəaliyyətinə xitam vermək səlahiyyəti də nazirliyə həvalə olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qusarda ana doğuşdan sonra ölüb 

Qusar rayonunda ana doğuşdan sonra ölüb.Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb.Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər.Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.Bu, onun ikinci hamiləliyi olub.

13 Avqust 2025, 10:52

Elçin müəllimin unudulmaz təbəssümü - Sərvaz HÜSEYNOĞLU 

Böyük oğluma Xalq yazıçısı, unudulmaz Elçinin adını qoymuşam.Böyük sənətkar əlamətdar tədbirlər zamanı hər qarşılaşdığımızda özünəməxsus təbəssümlə soruşardı ki, adaşım necədi?Rayonumuzun ucqar kəndində yaşayan 96 yaşlı atama poçtla "Ölüm hökmü" kitabını göndərmişdi. Ömrünün son günlərinəcən atam o kitabı xüsusi həssaslıqla yanına gələnlərə göstərib, dərin ehtiramla "İlyas Əfəndiyevin oğlu göndərib" - deyə o möhtəşəm kitabın qalın cildini ehmalca sığallayardı.Ən ümidsiz günlərimdə bilirdim ki, bu böyük, başı özünə qarışmış şəhərdə qayğıkeş Elçin müəllim var.Təsəllimdi ki, Elçin müəllimin əziz adı ədəbiyyat və əbədiyyət üfüqlərində daim yaşayacaq. Çağdaş ədəbi nəslin üstündə əbədi Elçin yaxşılığı var.Unutmamalıyıq.Elçin Əfəndiyev imzası böyük sabahlar üçün var olan imzadı. Səmimiyyət və...

12 Avqust 2025, 21:21

Vilayət Eyvazovun Xaçmazdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Xaçmaz rayonunda nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, 2025-ci il avqust ayının 22-də Xaçmaz Rayon Polis Şöbəsinin binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi avqust ayının 29-a dəyişdirilib.

12 Avqust 2025, 16:45

Zəngəzura ABŞ yox, bu ölkə NƏZARƏT EDƏCƏK 

“Vaşinqtonda İrəvan-Bakının memorandumun imzalanmasında Ankaranın mühüm rolu olub və gələcəkdə onun Zəngəzur dəhlizinin açılmasında iştirak dərəcəsi ABŞ-dən qat-qat yüksək olacaq”.CityPost.az  xəbər verir ki, bunu erməni türkoloq Mqer Abramyan deyib.“Bu sənəddən ən çox razı qalan Türkiyədir. Belə desək, sənəd Türkiyənin istəklərinə uyğunlaşdırıldı və Ankara onun ABŞ-də imzalanmasını hər cür təşviq etdi. Əgər bu məsələyə Amerika tərəfindən hər cür şərait yaradılarsa, o zaman bu məsələyə aydınlıq gətiriləcək”, - ekspert bildirib.Abramyan qeyd edib ki, dəhlizə Ankara nəzarət edəcək, çünki ABŞ və Türkiyə strateji müttəfiqdir və NATO-nun bir hissəsidir.Analitik əlavə edib ki, NATO-nun son bəyanatları fonunda Türkiyənin regiondakı rolu artıb və ölkənin Avropanın təhlükəsizliyini...

12 Avqust 2025, 11:49

Bu hakimin fəaliyyətinə xitam verildi 

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib.Bu qərar xanım hakimin öz müraciəti əsasında qəbul olunub.A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən getmək üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası ərizəni təsdiqləyib.Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi vəzifəsini icra edirdi.(QAFQAZİNFO)

11 Avqust 2025, 19:24

Bakıda Uluqbəy küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq 

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 11 avqust saat 18:00-dan etibarən Uluqbəy küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.CityPost.az   xəbər verir ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

11 Avqust 2025, 15:25