Bizə yazın

Baku

-°C

USD

-

Şəmsi Vəfadar: “Peşəkar polis səhnədə təlxəklik etməz”  

Cəmiyyət 09 Oktyabr 2025, 15:03

41116

Qeyd edək ki, Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov, qardaşı Əməkdar artist Cabir İmanovun vəfatından sonra iki  dəfə sosial şəbəkədə videomüraciət yayımlayıb. O, dəstək göstərən hər kəsə təşəkkür edib və bəzi jurnalistlər, xaricdə yaşayan blogerlərin səsləndirdiyi fikirlərə yaxın zamanda cavab verəcəyini bildirib.

Yazıçı Şərif Ağayar Əməkdar artist Tahir İmanovun paylaşdığı videomüraciətə cavab olaraq bir sıra tənqidi fikirlər səsləndirib.

CityPost.az  xəbər  verir  ki, bu barədə O, öz sosial şəbəkə hesabında paylaşım edib.

Yazıçı paylaşımında bunları qeyd edib:

“Tahir bəy, Allah qardaşına rəhmət eləsin. Məsələ budur ki, dərd çəkməkdən çox yaltaqlandığını hiss edirik. Yumor çox ciddi silahdır. O, gücə quyruq bulayanda təlxəkliyə çevrilir. Lütfən özünə və qardaşının ruhuna hörmət elə. Tənqidi fikirlərə gəlincə, sadə bir şeydir… Molla hamımız üçün soruşacaq: halallıq verirsiz? Şəxsən mən Cabir İmanova halallıq verirəm, istedadlı adam idi, tanrı səhvlərini bağışlasın… Haqqını halal eləməyənlər də var və əsaslandırırlar… Arqumentlərə cavab verin lütfən… Nə dırnaqarası jurnalistlər? Video var, fakt var, Şuşa ilə “risovka”lıq eləmək xilas yolu deyil axı. A kişi, qardaşın ölüb e sənin, bu vəziyyətdə necə yaltaqlanırsan? Hansı şüurdur bu? Utanmırsan? Olmaz, qarabağlı qardaş. Ölüm faktında yaltaqlığa yer yoxdur. Az qala deyirsən ki, uğurlu daxili siyasət nəticəsində qardaşım öldü… Özünü çox alçaltma lütfən. Hacıbala Abutalıbov şarjına çevrilmə. Kədəri adam balası kimi yaşa. Düşün ki, qardaşıma niyə halallıq verməyənlər var? Harda və necə səhv etdi? Həyasızlıq eləmə. Ayıbdır, əzizim. Utan azca. Çox pis görünür e kənardan… Vallah…”

Tanınmış şair Şəmsi Vəfadar yazıçı Şərif Ağayarın paylaşımına rəğmən aşağıdakıları bildirib:

“Dostum Şərif Ağayarın söylədikləri hesab edirəm ki,milyonlarla azərbaycanlının  fikridir. Onların hər hansı şəkildə dillərinə gətirə bilmədiklərini Şərif bəy  deyib.Vəfat etmiş qardaşı hər hansı şəkildə vasitəyə,alətə çevirmək doğurdan da ayıb sayılan  bir  hərəkətdir. Təhsil illərində  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dəhlizində Cabir  İmanovu  polis geyimində görmüşdüm. Sonradan öyrəndim ki, O, Bakı Şəhər  Baş Polis İdarəsində işləyir.Hesab edirəm  ki,peşəkar polis aktyor yox,rəis olar. Əgər, Cabir İmanov  peşəkar polis olsaydı,aktyorluq etməzdi. Aktyor kimi də böyük bir uğura imza atmayıb axı…Əgər,biz Cabir İmanovu ünlü aktyor hesab ediriksə,bəs onda Mirzağa Əliyev,Möhsün Sənani,Adil İsgəndərov,Lütfəli Abdullayev,Həsən Məmmədov,Şahmar  Əkbərov,Taryel Qasımov,Rasim Balayev kimdir? Qısası Cabir yaxşı aktyor olsaydı,polislik etməzdi.Peşəkar polis olsaydı,səhnədə təlxəklik etməzdi.Qaldı Şərif Ağayarın dediklərinə,nə deyibsə, düz deyib…

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elementar etiket - Akif Əlinin ESSESİ 

Akif ƏLİ,Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist. ------------------------------------Bu elə bir mövzudur ki, min dəfə yazılıb, deyilib. Lakin təəssüf ki, hələ də gündəmdə qaldığı üçün bundan belə min dəfə və min səhifə də yazıla bilər. Ancaq biz min yox, bir-iki səhifə ilə kifayətlənək. Necə deyərlər, arifə bir işarə... Onsuz da arif olmayana min səhifə yazsan da əsər etməz.   ***…Bəli, Tanrı təkdir. Və cahilləri Doğru yola yönəltmək üçün göydən tək-tək Kitab endirib: Kilsə əhlinə də, Məscid əhlinə də. Yerdəki milyon-milyon adam bu Kitabların ətrafında min bir qanun-qayda yaradıb. İslamın öz qaydaları var, Xristianlığın öz. Məscidin öz qaydası var, Kilsənin öz qaydası... Məscidə ayaqqabı ilə girilməz. Kilsədə isə ayaqqabını soyunmurlar…...

10 Oktyabr 2026, 17:32

Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.Citypost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

10 Oktyabr 2026, 16:50

Rəis müavininə FHN-də yüksək vəzifə verildi

Polkovnik Nofəl Əsədov Fövqəladə Hallar Nazirliyində (FHN) yüksək vəzifəyə təyin olunub.Citypost.az  Baku.ws-ə istinadən xəbər verir ki, o, bundan əvvəl Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışıb.

10 Oktyabr 2026, 16:45

Axtarışda olan 84 nəfər tutulub

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 84 nəfər tutulub.Citypost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən gün borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

10 Oktyabr 2026, 16:37

Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib

Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki bürünc barelyef sentyabrda oğurlandıqdan sonra bərpa edilərək yerinə quraşdırılıb.Citypost.az xəbər verir ki, ailəsi və həmkarlarının bildirdiyinə görə, abidənin bərpası ilə bağlı bütün xərcləri dövlət öz üzərinə götürüb.Başdaşındakı barelyefin yoxa çıxdığı sentyabrın 9-da məlum olub. Elə həmin gün Yasamal rayonunun 28-ci polis bölməsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları şübhəli şəxsləri saxlayıb, bir neçə hissəyə mişarlanmış barelyefi tapıblar.Bürünc kompozisiyanın üzərindəki yazılar mişarlanaraq kəsildiyindən onun yenidən tökülməsi qərara alınıb.İlkin barelyef heykəltaraş Məzahir Əfşarın layihəsi əsasında yaradılmışdı. Onun eskizləri əsasında barelyefin surətini İncəsənət Akademiyasının dosenti Nurlan Məmmədov hazırlayıb. Barelyefi akademiyanın emalatxanasında usta Namiq Sadıqov töküb, quraşdırılmasını isə...

10 Oktyabr 2026, 16:25

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar.Citypost.az  xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verdi.Qeyd olundu ki, bura əvvəllər “Qara şəhər” kimi tanınıb. 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənmiş və vaxtilə çoxsaylı neft gölməçələrinin olduğu bu ərazidə Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünya miqyasında nadir ekoloji layihə icra olunaraq, müasir yaşayış massivi yaradılıb.Dünyada müasir şəhərsalma konsepsiyanın ən parlaq nümunələrindən biri olan “Bakı Ağ Şəhər” layihəsinin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban...

10 Oktyabr 2026, 16:15