Qazinin anasını döyən həkim: "Soyunmağı xoşlamıram" - MƏHKƏMƏ
Cəmiyyət 07 Noyabr 2024, 12:35
6800
Şirvan Şəhər Xəstəxanasında Vətən müharibəsi qazisinin anasının döyülməsi barədə məlumat vermişdik.
Həkim Günel Səfərova tərəfindən döyüldüyünü iddia edən Şirvan Şəhər sakini Arzu Abdullayeva CityPost.az saytına bildirib ki,qeyd olunan hadisə ilə bağlı məhkəmə prosesi baş tutub.
Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.Qərara əsasən Abdullayeva Arzu Azər qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə olunub.
Şirvan xəstəxanasında həkim işləyən Günel Səfərova tərəfindən döyüldüyü halda özünün cərimələnməsini Arzu Abdullayeva ədalətsiz qərar hesab edir.
Həmçinin oxuyun
“2024-cü ilin iyulun 23-də Şirvan Şəhər xəstəxanasında göz həkimi Günel Səfərova tərəfindən insanların gözü qarşısında döyüldüm. Xəsarətlər aldım. Şikayətim əsasında Şirvan Şəhər Polis Şöbəsində müstəntiq İlqar Novruzov araşdırma apardı. Mənim xəsarətlərim gözlə görünən idi. Günel Səfərova şəxsi tanışlığından istifadə edərək saxta ekspert rəyi aldı. Guya mən də ona xəsarət yetirmişəm. Ona saxta rəyi verən şəxs Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər şöbəsinin rəisi Məmmədov Eldar Nüsrət oğludur. Həmin saxta rəydə Günel Səfərovanın xəsarət almasına dair heç bir sübut,foto,video çəkiliş yoxdur. İndi mən sual verirəm.Həmin ekspert nəyin əsasında Günel Səfərovanın xəsarət aldığı barədə rəy verib?.İlk dəfədən müstəntiqə bildirdim ki, həmin rəy saxta və əsassızdır. Məhkəmədə ekspertin özü də gəlmişdi.ona sual verdim ki, sən xəsarətləri nəyin əsasında yazmısan? Ekspertin əvəzinə məni döydüyü halda,özünə saxta rəy alan həkim Günel Səfərova bildirdi ki, “mən soyunmağı xoşlamıram.Xəsarətim elə yerdəydi ki, həkimə göstərə bilməzdim.” Onun bu biabırçı və məntiqsiz cavabına hakim də susdu.Mən bu işin sonuna qədər gedəcəm.Ölkədə qazi anasının insanların gözü qarşısında döyülməsinə haqq qazandıran həmin saxta rəy verən ekspert və məni döydüyü halda özünü təmizə çıxarmağa çalışan həkim Günel Səfərova qanun qarşısında cavab verəcək.”,- deyə Arzu Abdullayeva bildirib.
Arzu Abdullayeva həmçinin qeyd edib ki, Şirvan şəhər Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verəcək.
Həmin ekspert rəyi ilə bağlı Baş Prokurorluğa, TƏBİB-ə və digər qurumlara rəsmi şikayət edib.
Qeyd edək ki, məhkəmə həmin insidentə görə həkim Günel Səfərovanı da eyni maddə ilə 300 manat miqdarında cərimə edib. Arzu Abdullayeva bu qərarla razı olmadığını bildirir. O, idda edir ki, xəstəxanada o həkim tərəfindən döyülüb.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pensiya sistemində BÖYÜK DƏYİŞİKLİKLƏR gözlənilir
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir.CityPost.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, hazırda bununla bağlı qanun layihəsinin hazırlanması prosesi gedir. Bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.Onun sözlərinə görə, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmək imkanı əldə edəcəklər. Belə ki, vətəndaş 50-55 yaşlarında topladığı pensiya kapitalının bir hissəsini birbaşa götürərək biznes qurmaq, təsərrüfat yaratmaq, ev almaq və ya digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının Dövlət Sosial Müdafiə Fondu (DSMF) hesabında qalan hissəsindən isə təqaüd almaqda davam edəcək.Bildirilib ki,...
15 Mart 2026, 00:02
Milli birliyimizin ədəbi-mədəni kodları
İstəyimizdən asılı olmayaraq dünya həm müasirləşir, həm də sürətlə dəyişir. Geosiyasi gərginliklərin artdığı, regionların yenidən formalaşdığı bir dövrdə dövlətlərin gücü təkcə iqtisadi və hərbi potensialla ölçülmür. Dövlətin real gücü onun cəmiyyətlə qurduğu mənəvi bağlarda, xalqın dövlətlə eyni ideya və məqsəd ətrafında birləşə bilməsində ortaya çıxır. Bu baxımdan Azərbaycan üçün ən vacib məsələlərdən biri xalq ilə dövlət arasında dərin ideoloji və mənəvi bağın gücləndirilməsidir. Bu bağın qurulmasının ən təsirli yollarından biri isə mədəniyyət və xüsusilə ədəbiyyatdır. Tarix boyu millətlərin ideoloji kimliyi ilk növbədə onların ədəbi və mədəni düşüncəsində formalaşıb. Dövlətlər dəyişə bilər, siyasi sistemlər dəyişə bilər, ancaq millətinn yaddaşı və düşüncə...
14 Mart 2026, 21:57
Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Martın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.Məlumata görə, Kəlbəcər, Zəngilan, Laçın, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Qusar, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Lerik, Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
14 Mart 2026, 21:52
Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ
Şamaxıda tanınmış həkim vəfat edib.CityPost.az xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim-terapevt kimi fəaliyyət göstərmiş Bəxtiyar Abbasov dünyasını dəyişib.Qeyd edək ki, Bəxtiyar Abbasov 1998-2006-cı illərdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində də fəaliyyət göstərib.Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri kimi ictimai-siyasi fəaliyyətdə iştirak edib. 2009-2019-cu illərdə isə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.(oxu.az)...
14 Mart 2026, 21:37
Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO
"İnzibati cərimələrin qaytarılması Qaydası" təsdiqlənib.Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, artıq ödənilmiş inzibati cərimə dövlət büdcəsindən və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tam şəkildə geri qaytarılacaq. Hüquqşünas Emil Aslanov bildirib ki, vətəndaşlar 20 gün ərzində yazılı və ya elektron qaydada müraciət etməklə cərimənin hansı büdcəyə ödənilməsindən asılı olaraq həmin vəsaitin geri qaytarılmasına nail ola bilərlər. Onun sözlərinə görə, artıq ödənilmiş məbləğin geri qaytarılması üçün 5 illik müddət nəzərdə tutulub:"Bu müddət ərzində vətəndaşlar ödədikləri vəsaitin geri qaytarılması üçün müraciət edə bilərlər".Qeyd edək ki, artıq ödəmənin...
14 Mart 2026, 21:35
Hava kəskin dəyişəcək - Xəbərdarlıq
Martın 15-i Azərbaycanın qərb rayonlarından başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
14 Mart 2026, 20:16