Şirvanda döyülən qazi anasına cinayət işi açılıb? - RƏSMİ CAVAB
Hadisə 22 Oktyabr 2024, 14:52
9184
Şirvan Şəhər Xəstəxanasında Vətən müharibəsi qazisinin anasının döyülməsi barədə məlumat vermişdik.
Həkim Günel Səfərova tərəfindən döyüldüyünü iddia edən Şirvan Şəhər sakini Arzu Abdullayeva CityPost.az saytına müraciətində bildirib ki, hadisədən 4 aya yaxın vaxt keçsə də,bu günə qədər məsələyə hüquqi qiymət verilməyib.Qazi anası olduğunu bildirən Arzu Abdullayeva Şirvan Şəhər Polis Şöbəsinin müstəntiqi İlqar Novruzov tərəfindən işin düzgün aparılmadığı və işə səhlənkar yanaşıldığını qeyd edib.
“2024-cü ilin iyulun 23-də Şirvan Şəhər xəstəxanasında göz həkimi Günel Səfərova tərəfindən insanların gözü qarşısında döyüldüm.Xəsarətlər aldım.Şikayətim əsasında Şirvan Şəhər Polis Şöbəsində müstəntiq İlqar Novruzov araşdırma apardı.Mənim xəsarətlərim gözlə görünən idi.Günel Səfərova şəxsi tanışlığından istifadə edərək saxta ekspert rəyi aldı.Guya mən də ona xəsarət yetirmişəm.Ona saxta rəyi verən şəxsi tanıyıram.Onun tanışıdır. Həmin saxta rəydə Günel Səfərovanın xəsarət almasına dair heç bir sübut,foto,video çəkiliş yoxdur. İndi mən sual verirəm.Həmin ekspert nəyin əsasında Günel Səfərovanın xəsarət aldığı barədə rəy verib?.İlk dəfədən müstəntiqə bildirdim ki, həmin rəy saxta və əsassızdır. Mənə dedilər ki, Sizə qarşılıqlı davaya görə cinayət işi açılıb.Döyülən də mən,cinayət işi açılan da mən? Belə ədalət olar? Necə deyərlər,yanan da mən,yaman da mən... Günel Səfərova kimə, nəyə güvənir? Mən qazi anasıyam. Oğlum Elturan Abdullayev Vətən müharibəsində qəhrəmanlıq göstərib.Bu gün onun anasının döyülməsinə kimlər göz yuma bilər?Mən bu işin sonuna qədər gedəcəyəm.Lazım gələrsə,Ölkə Prezidenti Cənab İlham Əliyevə və birinci-vitse prezident Mehriban Əliyevaya səslənəcəm”,-deyə Arzu Abdullayeva bildirib.
Arzu Abdullayeva həmçinin qeyd edib ki, həmin ekspert rəyi ilə bağlı Baş Prokurorluğa və digər qurumlara rəsmi şikayət edib.
“Günel Səfərovanın aldığı saxta rəyin araşdırılması ilə bağlı rəsmi şikayət etmişəm”,-deyə o bildirib.
Həmçinin oxuyun
CityPost.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov sorğumuza cavab olaraq bildirib ki, vətəndaşın müraciəti ilə bağlı Şirvan ŞPŞ-də müvafiq araşdırmalar aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əhmədlidə açıq ərazi yanır
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın başlayıb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
17 İyun 2026, 14:00
Füzulidə 4 tona yaxın çətənə bitkisi məhv edilib
Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.Citypost.az xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbir keçirilib.Keçirilən tədbir nəticəsində Füzuli rayonunun işğaldan azad edilmiş Əbdürrəhmanlı kəndi ərazisində yerləşən 3 hektar sahədən 7847 ədəd, ümumi çəkisi 3 ton 840 kiloqram olan yabanı halda bitmiş çətənə kolu aşkar edilib.Aşkarlanan narkotik tərkibli bitkilər kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib....
17 İyun 2026, 12:35
Bakıda 12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan tanışı A.Əbilzadə saxlanılıblar.Onların sərnişin kimi istifadə etdiyi avtomobildən 9 kiloqram 915 qram marixuana, ümumilikdə 2 kiloqram isə heroin və metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir....
16 İyun 2026, 16:18
Şəmkirdə körpə qızdırmadan ölüb
Şəmkirdə körpə qızdırmadan ölüb.Citypost.az xəbər verir ki, Dəllər qəsəbə sakini 2025-ci il təvəllüdlü M.Ə hərarəti 5 gün yüksək olduğu üçün yaşadığı evdən xəstəxanaya aparılarkən yolda ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
16 İyun 2026, 11:19
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.Bu barədə Citypost.az-a Bakı Şəhər DYP İdarəsindən məlumat verilib.Bildirilib ki, DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Khazar" markalı 77-GQ-602 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Eltun Həşimov saxlanılıb.Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Həşimovun narkotik vasitə qəbul etməsi də müəyyənləşib.Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü E.Həşimovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və...
16 İyun 2026, 10:59
Ağstafada evdə kişi meyiti tapılıb
Ağstafada evdə meyit tapılıb.Citypost.az xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü 51 yaşlı E.Əliyevin meyiti yaşadığı evdə aşkarlanıb.Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbi məlum deyil.Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
16 İyun 2026, 10:14