İsrailin ŞOK PLANI ÜZƏ ÇIXDI
Dünya 13 Avqust 2025, 11:53
12515
Axios-un müxbiri Barak Ravid mənbələrə istinadən xəbər verir ki, İsrail hökuməti Qəzza zolağında atəşkəs rejiminə dair dialoqun mümkün bərpası və israilli girovların azad edilməsi ilə bağlı Qətər rəsmiləri ilə danışıqlar aparmaq üçün yüksək səviyyəli nümayəndə heyətini Dohaya göndərməyi düşünür.
CityPost.az xəbər verir ki, onun sözlərinə görə, İsrail nümayəndə heyəti Qətərə gələrsə, tərəflər anklavda döyüşləri dayandıracaq və Fələstinin radikal HƏMAS hərəkatının əlində qalan bütün girovları azad edəcək hərtərəfli sazişin hazırlanmasını müzakirə etməli olacaqlar.
Bundan əvvəl bildirilmişdi ki, avqustun 13-də Həmas nümayəndə heyəti Qahirədə Misir vasitəçiləri ilə Qəzza zolağında atəşkəsə nail olmaq yollarını müzakirə edəcək.
Misirin xarici işlər naziri Bədr Əbdül Ati avqustun 12-də bildirib ki, Qahirə Həmas və İsrail arasında vasitəçi kimi çıxış edən Doha və Vaşinqtonla koordinasiyada münaqişə tərəflərini Qəzza zolağında 60 günlük atəşkəs təklifinə qaytarmağa çalışır.
İyulun 27-də HƏMAS anklavın blokadasının davam etməsini nəzərə alaraq İsraillə danışıqların mənasız olduğunu bəyan edib.
Həmçinin oxuyun
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu radikalların atəşkəs təklifinə reaksiyası ilə əlaqədar iyulun 6-dan Qəzzada münaqişənin həlli ilə bağlı danışıqların aparıldığı Dohadan nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib.
Birləşmiş Ştatlar həmçinin “Həmasın Qəzzada atəşkəsə nail olmaq istəyinin olmadığını açıq şəkildə göstərən son cavabından sonra” Dohadan danışıqlar aparanları geri çağırmaq qərarına gəlib.
Öz növbəsində, Fələstin radikalları ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoffun bu qiymətləndirməsi ilə razılaşmadıqlarını bildiriblər və digər vasitəçilərin guya "göstərilən cavabı bəyəndiklərini və onu konstruktiv adlandırdıqlarını" elan ediblər.
Keçən həftə İsrailin hərbi-siyasi kabineti Netanyahunun Qəzza şəhərinin bütün ərazisinə nəzarəti ələ keçirmək və Fələstin anklavında 2023-cü ilin oktyabrından davam edən əməliyyatı genişləndirmək barədə təklif etdiyi planı təsdiqləyib.
Miri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İsraildə İran casusu həbs edilib
İsrail polisi İran üçün casusluqda şübhəli bilinən şəxsi həbs edib.Citypost.az “The Times of Israel”ə istinadən xəbər verir ki, onun saxlanılması polis və Şin Betin (Daxili Təhlükəsizlik Xidməti) birgə əməliyyatı nəticəsində mümkün olub.Polis və Şin Betin ortaq bəyanatında Aşkelondan olan 37 yaşlı Amir Malkanın indiyə qədər İrandan casusluq müqabilində minlərlə dollar vəsait aldığı müəyyən edilib.Onun casusluğunun fəaliyyət istiqamətləri və əlavə detallar açıqlanmayıb.Qeyd edək ki, İsrail mətbuatı 2024-cü ildən bəri İran üçün casusluq hallarında artım müşahidə olunduğunu yazır....
04 Dekabr 2025, 12:50
Xəzər dənizinin Dağıstan sahillərində 320-dən çox ölü suiti tapılıb
Xəzər dənizinin Dağıstan Respublikası sahillərində 320-dən çox ölü suiti tapılıb.Bu barədə TASS regional təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.Bildirilib ki, ölü heyvanların cəsədləri Sulak çayının mənsəbi ilə Terek çayı arasındakı sahildə aşkar edilib.
02 Dekabr 2025, 23:18
NATO Ukraynaya 17 milyard dollar dəyərində silah tədarükü gözləyir
NATO Baş katibi Mark Rutte ABŞ-dan Ukrayna Silahlı Qüvvələrinə ən azı 17 milyard dollar dəyərində silah tədarükü gözlədiyini bildirib.Bu barədə NATO Baş Katibi keçirdiyi mətbuat konfransında bildirib.Ruttenin sözlərinə görə, dekabırn 3-də Brüsseldə NATO-Ukrayna Şurasının Xarici İşlər Nazirləri səviyyəsində iclası keçiriləcək və bu tədbirdə Avropa İttifaqının baş diplomatı Kaya Kallas və Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iştirak edəcək.Baş katib vurğulayıb ki, NATO Rusiyanın Ukraynaya qarşı getdikcə daha qəddar hücumlarını gözardı edə bilməz.“Rusiya sistematik şəkildə mülki infrastruktur hədəf alır, ukraynalıları qışın əvvəllərində istilik və işıqdan məhrum edir. Rusiya bu müharibədə tək deyil, Çin onun əsas dəstəkçisi olaraq qalır, İran və Şimali...
02 Dekabr 2025, 19:26
Putin bu gün Uitkoff və Trampın kürəkəni ilə görüşəcək
Putin və Uitkoff arasındakı görüş lazım olduğu qədər davam edəcək.Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.O, Kremldə keçiriləcək görüşdə Amerika nümayəndə heyətinin tərkibini də açıqlayıb. Qeyd edib ki, Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu gün Putinlə görüşəcək amerikalı danışıqçılar olacaq.
02 Dekabr 2025, 16:09
Tramp Ukraynaya gözlənilməz zərbə endirdi - Brantner
Almaniyanın Yaşıllar Partiyasının lideri Franziska Brantner ABŞ Prezidenti Donald Trampın Ukraynaya qarşı siyasətini kəskin tənqid edib.CityPost.az xəbər verir ki, partiya lideri Kiyevə səfəri zamanı oradakı insanların təslim olmayacağına şəxsən şahid olduğunu bildirib."Bəs Tramp nə edir? O, ukraynalılara arxadan zərbə endirir. Ukrayna yanarkən, Vaşinqtondakı bu Neron Vladimir ilə Tramp-Putin müqaviləsi bağlayır", - deyə o vurğulayıb.Brantner ABŞ-ın Ukraynadakı müharibəyə son qoymaq planını "təslimiyyət müqaviləsi" adlandırıb və nasist dövrü ilə tarixi paralel apararaq qeyd edib:"Bu, xəyanətdir, bu, Münhen 2-dir”....
29 Noyabr 2025, 23:40
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 92 şübhəli saxlanılıb
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, bir həftə ərzində 92 şübhəli saxlanılıb.CityPost/az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" səhifəsində məlumat paylaşıb.O qeyd edib ki, həmin şəxslər arasında FETÖ-nün hazırkı strukturu daxilində fəaliyyət göstərən, təşkilat ilə əlaqəli saxta yardım qurumlarına maliyyə təmin edən, sosial mediada FETÖ təbliğatı aparan və xaricə qaçmağa cəhd edənlərdir.
29 Noyabr 2025, 11:46