ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizona ştatının Qlendeyl şəhərindəki stadionda teleaparıcı Taker Karlsona müsahibə verib və onu Rusiyanın dostu hesab edənləri “xəstə” adlandırıb.
CityPost.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Onlar deməyi xoşlayırlar ki, mən Rusiyanın dostuyam, Rusiya üçün işləmişəm, mən rus casusuyam. Bu insanlar xəstədir”, - Tramp bildirib. O əlavə edib ki, Rusiyanın ən böyük nailiyyəti Rusiyadan Almaniyaya Avropadan keçən “Şimal axını 2” qaz kəməridir. “Mən onu məhv etdim. Bunu başqa heç kim etmədi, amma mən etdim. Mən bunu dayandırdım”, - Tramp bildirib.
Tramp prezidentliyi dövründə dəfələrlə Almaniyanı Şimal axını 2-nin tikintisinə görə tənqid edib, eyni zamanda Moskva ilə əvvəlki münasibətlərin bərpasına qarşı çıxıb. Xüsusilə, o, alman tikinti şirkətlərinə qarşı sanksiyalar tətbiq etməklə hədələyib.
Yeganə