Tramp BRİKS ölkələrinə 100% rüsum tətbiq etməklə hədələyib

Dünya

21 Yanvar 2025, 14:29
Tramp BRİKS ölkələrinə 100% rüsum tətbiq etməklə hədələyib
21

ABŞ BRİKS ölkələri ilə bağlı 100% ticarət rüsumları tətbiq edə bilər.

Citypost.az xəbər verir ki, belə bir təhlükəni ABŞ prezidenti Donald Tramp Ağ Evdə bir sıra fərmanların imzalanması zamanı dilə gətirib.

Eyni zamanda Amerika lideri xatırladıb ki, bunu əvvəllər də bəyan edib və onun sözlərini təhdid kimi qəbul etmək olmaz.

"Biz onların ABŞ-la apardıqları işlərə ən azı 100% rüsum tətbiq edəcəyik. Siz BRİKS-in nə olduğunu bilirsiniz, hə? Bilirsiniz", - o, jurnalistlərə müraciət edib.

Bundan əvvəl Bloobmerg agentliyi məlumat vermişdi ki, genişləndirilmiş BRİKS assosiasiyası neft və qaz ticarətində Amerika dollarının hökmranlığına meydan oxuya bilər, həmçinin “Böyük Yeddilik”ə əks çəkiyə çevrilə bilər.

Yeganə

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%