Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib ki, Rusiya ABŞ-ın yeni administrasiyası ilə Ukrayna münaqişəsi ilə bağlı dialoqa hazırdır.
Citypost.az xəbər verir ki, Uşakovun sözlərinə görə, Vaşinqtondan müvafiq siqnal alınarsa, Moskva danışıqlarda iştirak edəcək.
“Vaşinqtondan müvafiq siqnallar gələrsə, biz ABŞ-ın yeni administrasiyası ilə Ukrayna münaqişəsi ilə bağlı dialoqa hazırıq və açığıq”, - deyə Uşakov bildirib. O əlavə edib ki, Kreml “siqnalları alacaq” və danışıqlara hazır olacaq.
Bir gün əvvəl Rusiya Təhlükəsizlik Şurası ilə görüşdə Vladimir Putin Moskvanın “ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıq olduğunu” söylədi. Bununla yanaşı, Putin münaqişənin həllinin məqsədinin qısamüddətli atəşkəs olmadığını vurğulayıb.
Öz növbəsində, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, onun Rusiya prezidenti ilə söhbəti “çox yaxında” baş tuta bilər.
Yeganə