Bizə yazın

Baku

-°C

USD

-

Şoyqu Qazaxıstana səfər edib

Dünya 11 Fevral 2025, 18:21

565

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparmaq üçün Astanaya rəsmi səfərə gəlib.

Citypost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Tərəflər müxtəlif sahələrdə ikitərəfli münasibətlərin məsələlərini, beynəlxalq və regional təhlükəsizliyə mövcud çağırışları və təhdidləri, Mərkəzi Asiya regionunda, o cümlədən Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər”, - nəşr yazır.

Qeyd olunur ki, Şoyqunun Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov ilə də görüş keçirəcək. Bundan əvvəl amerikalı sahibkar İlon Maska Qazaxıstanda iş təklif olunub. Respublikanın iqtisadiyyat naziri Serik Jumanqarinin sözlərinə görə, ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri Qazaxıstanın büdcəsini optimallaşdırmağa kömək edə bilər.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İsrailin Qəzzaya endirdiyi son zərbələr nəticəsində 18 nəfər həlak olub 

İsrailin Qəzza zolağına endirdiyi son zərbələr nəticəsində 18 nəfər həlak olub.Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.Bildirilib ki, İsrail hərbçiləri anklavın cənubundakı Rəfah şəhəri ərazisində təcili yardım maşınına zərbə endirib.

23 Mart 2025, 09:03

İtaliya "Starlink" ilə danışıqları dayandırıb

İtaliyanın müdafiə naziri Guido Crosetto hökumətin İlon Maska məxsus "Starlink" şirkəti ilə apardığı danışıqları dayandırdığını açıqlayıb.Citypost.az xəbər verir ki, bu barədə o, “La Repubblica”ya müsahibəsində bildirib.Nazir "Starlink" proqramının hərbi və hökumət məqsədləri üçün istifadəsinə dair müzakirələrin başa çatdığını bildirib. O, bu qərarı geosiyasi gərginlik və Maskın ictimai bəyanatları ilə əlaqələndirib.Crosetto layihənin texniki müzakirələrinin Maskın şəxsiyyəti ilə bağlı mübahisələrə yönəldiyini qeyd edərək, yekun qərarın texniki meyarlar və milli maraqlara əsaslanmalı olduğunu vurğulayıb.Bundan əlavə, nazir elektrik avtomobillərinə maraq göstərmədiyini, ənənəvi mühərriklərdən, xüsusilə Eni şirkətinin istehsal etdiyi aşağı emissiyalı yanacaqlarla mümkün qədər uzun müddət istifadə etməyə üstünlük verdiyini bildirib.Mask haqqında fikirlərini bölüşən Crosetto onu...

22 Mart 2025, 17:00

Zelenski Donetskə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinə gedib.Citypost.az xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında məlumat yayıb.

22 Mart 2025, 16:24

“Twitter”in loqosu hərracda 35.000 dollara satılıb

Tanınmış iş adamı İlon Mask tərəfindən alındıqdan sonra şirkətin San-Fransiskodakı baş ofisindən çıxarılan “Twitter“in mavi quş şəklindəki loqosu hərracda təxminən 35 min dollara satılıb.Citypost.az xəbər verir ki, bu haqda “Associated Press“ agentliyi məlumat verib.  Məlumata görə nadir və kolleksiya əşyaları üzrə ixtisaslaşan “RR Auction” hərrac evi 254 kq ağırlığı, 3,7 - 2,7 m ölçüyə sahib lövhənin 34 375 dollara satıldığını açıqlayıb.Qeyd edək ki, Musk bundan əvvəl “Twitter“in keçmiş ofisindən digər əşyaları, o cümlədən lövhələr, mallar, həmçinin mətbəx avadanlığı və ofis mebellərini hərraca çıxarmışdı....

22 Mart 2025, 09:24

Tramp Bayden ailəsinin məxfi sənədlərə girişini ləğv edib

ABŞ prezidenti Donald Tramp ABŞ-ın sabiq prezidenti Co Bayden və onun ailə üzvlərinin məxfi sənədlərə girişini ləğv edib.Citypost.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.“Aşağıdakı şəxslərin məxfi məlumatlara çıxışı daha milli maraqlara uyğun deyil: Entoni Blinken, Hillari Klinton, Kamala Harris, Cozef R. Bayden və kiçik Cozef R. Baydenin ailəsinin hər hansı digər üzvü”, - sərəncamda deyilir.Siyahıda sabiq milli təhlükəsizlik müşaviri Ceykob Sallivan, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin qızı Elizabet və bir çox başqalarının da adları daxil edilib.Həmin şəxslərə ABŞ-ın bir sıra mühafizə olunan obyektlərinə daxil olmaq da qadağandır....

22 Mart 2025, 09:03

Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub 

Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları  istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

21 Mart 2025, 11:32