Bizə yazın

Baku

-°C

USD

-

İkinci kurs tələbəsi faciəvi şəkildə öldü- Foto

Hadisə 17 Yanvar 2025, 19:55

1166

Lənkəran Dövlət Universitetinin tələbəsi Aylin Məmmədova faciəvi şəkildə həlak olub.

Onu Lənkəranda yolu keçmək istəyərkən maşın vurub.

Hadisə nəticəsində dünyasını dəyişən A.Məmmədova universitetin Filologiya və ibtidai təhsil fakültəsinin xarici dil müəllimliyi ixtisasının ikinci kurs tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kolumbiyada mafiya başçısı Pepe həbs edilib

İtaliyanın “Ndrangheta” mafiya qrupunun Latın Amerikası qolunun lideri Pepe kimi tanınan Cüzeppe Palermo Kolumbiyada saxlanılıb. CityPost.az    xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro bildirib."2025-ci il iyulun 11-də Kolumbiyanın Milli Polisi Böyük Britaniya, İtaliya və Europol səlahiyyətlilərinin beynəlxalq əməliyyatı çərçivəsində Pepe kimi tanınan Cüzeppe Palermonu Boqotada saxlayıb", - Petro deyib.Onun sözlərinə görə, Pepe Kolumbiya, Ekvador və Perudan Avropaya kokain ticarətinin koordinatorudur və beynəlxalq narkotik ticarətinə görə 196 ölkədə axtarışdadır.Bundan əvvəl məlum olub ki, göyərtəsində ekipaj və 400 kiloqram narkotik olan təyyarə müəmmalı şəkildə yoxa çıxan Mərkəzi Amerikada bataqlığa düşüb.Miri...

12 İyul 2025, 20:46

Beyləqanda  9  nəfər  tutuldu 

Beyləqanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb.DİN-in mətbuat xidmətindən   verilən xəbərə görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən Elməddin Sadıqov saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 16 ədəd çətənə bitkisi və marixuana aşkarlanıb.Bundan başqa, polis əməkdaşları tərəfindən rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı narkotiklərlə əlaqəli cinayətlərdə şübhəli bilinən daha 8 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırma aparılır....

12 İyul 2025, 12:55

Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat 

Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.CİTYpOST.AZ-IN  məlumatına görə, iş materiallarından məlum olur ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycanda müxtəlif cinayət əməlləri törədilib.Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman “Vaqner” silahlı birləşməsinin rəhbəri olmuş...

10 İyul 2025, 18:05

Bakıda iş adamının 2 villasından yarım milyon manat oğurlandı 

Bakıda iş adamına məxsus iki villa qarət olunub.CityPost.az  xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Bakı şəhər sakini Ədalət Alışova məxsus iki ədəd ikimərtəbəli villa tanışı tərəfindən qarət edilib.Məlumata görə, Ə.Alışov özü orada yaşamadığı üçün həmin villaları əvvəlcədən tanıdığı şəxsə həvalə edib.2024-cü ilin noyabrından 2025-ci ilin mart ayına qədər olan müddətdə Ə.Alışov tanışına inanaraq evləri ona yaşamaq üçün həvalə edib. Həmin şəxs isə bu müddət ərzində villaların daxilində olan bütün əşyaları oğurlayaraq satıb.Belə ki, evdə yaşayan şəxs oradan dəyəri 11 000 manat olan yeddi ədəd kondisioner, bir evdən 5 760 manat, digər evdən 2 560 manatlıq laminat, 6...

10 İyul 2025, 08:34

Məhəmməd vəfat etdi - Atası ona dərman almağa gedərkən ölmüşdü 

Naxçıvanın Şərur rayonu Mahmudkənd kəndinin gənc sakini xəstəlikdən dünyasını dəyişib.CityPost.az  Unikal-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü Məhəmməd Ramil oğlu Nəsirov uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.Mərhum Mahmudkənd qəbiristanlığında atasının məzarı yanında dəfn edilib.M.Nəsirovun atası, 48 yaşlı Ramil Nəsirov isə bu ilin may ayının 27-də Türkiyədə qəzada ölüb.Belə ki, övladına dərman almaq üçün gedən ata İğdır vilayətində baş verən avtoqəza nəticəsində həyatını itirib....

09 İyul 2025, 17:07

Ağdam-Füzuli yolunda ağır qəza - 20 yaralı var 

Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində Ford markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

09 İyul 2025, 09:39