Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb
Hadisə 03 Fevral 2025, 11:42

1198
Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb.
Citypost.az xəbər verir ki, E. Səlimovun bu gün cəza müddəti başa çatıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da keçmiş deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.
Məlumata görə, Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimov Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib, sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Həmçinin oxuyun
Daxili İşlər Nazirliyi Baş Prokurorluğa təqdimat göndərib. Baş Prokurorluq 2021-ci ilin iyulun 30-da deputatın polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddiası ilə bağlı cinayət işi başladıb və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərib.
2021-ci il avqustun 2-də parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığının ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilib.
Parlamentin 2021-ci il avqustun 3-də fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunub.
2021-ci ilin dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.
1976-cı ilin noyabrın 2-də Xaçmaz rayonunda anadan olan Eldəniz Səlimov Milli Məclisin V və VI çağırış deputatı olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Kolumbiyada mafiya başçısı Pepe həbs edilib
İtaliyanın “Ndrangheta” mafiya qrupunun Latın Amerikası qolunun lideri Pepe kimi tanınan Cüzeppe Palermo Kolumbiyada saxlanılıb. CityPost.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro bildirib."2025-ci il iyulun 11-də Kolumbiyanın Milli Polisi Böyük Britaniya, İtaliya və Europol səlahiyyətlilərinin beynəlxalq əməliyyatı çərçivəsində Pepe kimi tanınan Cüzeppe Palermonu Boqotada saxlayıb", - Petro deyib.Onun sözlərinə görə, Pepe Kolumbiya, Ekvador və Perudan Avropaya kokain ticarətinin koordinatorudur və beynəlxalq narkotik ticarətinə görə 196 ölkədə axtarışdadır.Bundan əvvəl məlum olub ki, göyərtəsində ekipaj və 400 kiloqram narkotik olan təyyarə müəmmalı şəkildə yoxa çıxan Mərkəzi Amerikada bataqlığa düşüb.Miri...
12 İyul 2025, 20:46

Beyləqanda 9 nəfər tutuldu
Beyləqanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb.DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən Elməddin Sadıqov saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 16 ədəd çətənə bitkisi və marixuana aşkarlanıb.Bundan başqa, polis əməkdaşları tərəfindən rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı narkotiklərlə əlaqəli cinayətlərdə şübhəli bilinən daha 8 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırma aparılır....
12 İyul 2025, 12:55

Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.CİTYpOST.AZ-IN məlumatına görə, iş materiallarından məlum olur ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycanda müxtəlif cinayət əməlləri törədilib.Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman “Vaqner” silahlı birləşməsinin rəhbəri olmuş...
10 İyul 2025, 18:05

Bakıda iş adamının 2 villasından yarım milyon manat oğurlandı
Bakıda iş adamına məxsus iki villa qarət olunub.CityPost.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Bakı şəhər sakini Ədalət Alışova məxsus iki ədəd ikimərtəbəli villa tanışı tərəfindən qarət edilib.Məlumata görə, Ə.Alışov özü orada yaşamadığı üçün həmin villaları əvvəlcədən tanıdığı şəxsə həvalə edib.2024-cü ilin noyabrından 2025-ci ilin mart ayına qədər olan müddətdə Ə.Alışov tanışına inanaraq evləri ona yaşamaq üçün həvalə edib. Həmin şəxs isə bu müddət ərzində villaların daxilində olan bütün əşyaları oğurlayaraq satıb.Belə ki, evdə yaşayan şəxs oradan dəyəri 11 000 manat olan yeddi ədəd kondisioner, bir evdən 5 760 manat, digər evdən 2 560 manatlıq laminat, 6...
10 İyul 2025, 08:34

Məhəmməd vəfat etdi - Atası ona dərman almağa gedərkən ölmüşdü
Naxçıvanın Şərur rayonu Mahmudkənd kəndinin gənc sakini xəstəlikdən dünyasını dəyişib.CityPost.az Unikal-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü Məhəmməd Ramil oğlu Nəsirov uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.Mərhum Mahmudkənd qəbiristanlığında atasının məzarı yanında dəfn edilib.M.Nəsirovun atası, 48 yaşlı Ramil Nəsirov isə bu ilin may ayının 27-də Türkiyədə qəzada ölüb.Belə ki, övladına dərman almaq üçün gedən ata İğdır vilayətində baş verən avtoqəza nəticəsində həyatını itirib....
09 İyul 2025, 17:07

Ağdam-Füzuli yolunda ağır qəza - 20 yaralı var
Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində Ford markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
09 İyul 2025, 09:39