Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Cəmiyyət 18 Mart 2025, 17:00
22016
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Citypost.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!"
DİN bu gün Bakıda baş vermiş ağır qəzanın videogörüntüsünü yayıb
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda yeraltı piyada keçidinin bir neçə metr yaxınlığında baş vermiş ağır yol-nəqliyyat hadisəsinin videogörüntülərini yayıb.Citypost.az xəbər verir ki, piyadanın yanlış seçim etməsi faciə ilə nəticələnib.Belə ki, bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hərəkətdə olan avtomobillərdən biri yaxınlıqda yeraltı piyada keçidinin olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır....
13 Noyabr 2026, 21:57
Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.Məlumata görə, Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər üçün 19 noyabr 2026-cı il tarixinə nəzərdə tutulmuş yazılı imtahan 23 noyabr 2026-cı il tarixə keçirilib.İmtahan həmin gün saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçiriləcək.Namizədlər buraxılış rejiminin təmin edilməsi məqsədilə saat 09:00-dək imtahan binasının qarşısında olmalı, “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər....
13 Noyabr 2026, 20:49
Baş nazir “Tədqiqat universiteti” statusu ilə bağlı tələbləri təsdiqləyib
“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” yeni redaksiyada təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu bu Tələblər nəzərə alınmaqla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 (beş) il müddətinə verilir.“Tədqiqat universiteti” statusu elmi tədqiqat fəaliyyəti, elmi kadr hazırlığı, akademik heyət və elmi infrastruktur üzrə bu Tələblərlə müəyyən edilmiş tələbləri təmin edən və ən azı 5 (beş) il fəaliyyət göstərən ali təhsil müəssisəsinə verilir.“Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi elmi tədqiqat fəaliyyəti istiqamətində aşağıdakı tələbləri təmin...
13 Noyabr 2026, 20:00
Nərə kürüsü, siqaret və PVC parçaların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir
Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir.APA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib.Dəyişikliyə əsasən, 2030-cu ilin sonunadək idxal olunan nərə balığının kürüsü üçün idxal gömrük rüsumunun dərəcəsinin 15%, lakin 1 kq üçün 200 ABŞ dollarından az olmamaqla (hazırda idxal dəyərinin 15%-i), siqar, siqaret və siqarillalar üçün 15%, lakin 1000 ədədinə 3,0 ABŞ dollarından az olmamaqla (hazırda 1000 ədədi 0,5 ABŞ dolları), polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalar üçün 15% (hazırda 0 və ya 5%) təyin olunur....
13 Noyabr 2026, 19:58
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb.Citypost.az xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.
13 Noyabr 2026, 19:16
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb.Citypost.az xəbər verir ki,Bu barədə "NEWS.am" Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.Bildirilib ki, iş ittiham aktı ilə təsdiq olunması üçün nəzarətçi prokurora göndərilib.Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Azərbaycan hərbçisi Nəsimi Musayev 2026-cı il oktyabrın 1-də saat 14:00 radələrində Ermənistanın Sünik vilayətinin Şaki kəndindəki yaşayış evinə daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan noyabrın 3-də açıqlamasında Nəsimi Musayevin öldürmək niyyətinin olmadığını, ifadəsində duman səbəbindən yolu azdığını bildirdiyini qeyd edib. (Apa)...
13 Noyabr 2026, 18:33