Bizə yazın

Baku

-°C

USD

-

Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

Cəmiyyət 25 Noyabr 2026, 12:15

398

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin bəzi fərmanları ləğv edilib.

Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisi sədrinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bir sıra fərmanlarının ləğv edilməsi barədə MR-in Baş naziri Cabbar Musayev qərar imzalayıb.

Qərara əsasən, "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında", "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserninin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserni haqqında", "Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikasının Rabitə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikasının Dövlət Tikinti və Memarlıq Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikasının "Naxavtoyol" Dövlət Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikasının Kompüter Təlim-Tədris və İnternet Mərkəzi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yeni strukturunun təsdiq edilməsi haqqında", "Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin yaradılması haqqında", "Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublika Nazirlər Kabineti yanında Elmi Bərpa-İstehsalat İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublika Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Əsasnaməsinə qismən dəyişikliklər edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında", "Naxçıvan Beynəlxalq Hava Limanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında", "Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə", "Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və mərkəzi aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə", "Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə çevrilməsi, Əsasnaməsinə əlavə və dəyişikliklər edilməsi və strukturunun təsdiq olunması haqqında", "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin, Komissiyanın strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə", "Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu haqqında Əsasnamə"nin və "Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında", "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında", "Sənaye parkları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında", "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında", "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" və "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin yaradılması barədə" fərmanlar ləğv edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında" 2019-cu il 04 noyabr tarixli 411-05/S nömrəli Sərəncamı və "Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2019-cu il 08 noyabr tarixli 182-V FR nömrəli Fərmanı da ləğv edilib.

Xatırladaq ki, Vasif Talıbov 1995-ci il dekabrın 16-dan 2022-ci il dekabrın 21-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. Ləğv olunan fərmanlar onun sədrliyi dövründə imzalanıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib

Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib.Citypost.az xəbər verir ki, burada fəxri qarovul dəstəsi düzülüb.Zəfər abidəsinin önünə əklil qoyulub.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

25 Noyabr 2026, 12:20

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında noyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 3-7°...

25 Noyabr 2026, 12:12

"Zəngi" liseyinə yeni direktor təyin olunub

Əkbərova Zəhra Qafil qızı Bakı şəhəri "Zəngi" liseyinə direktor vəzifəsinə təyin olunub.Citypost.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.Qeyd edək ki, o, pedaqoji fəaliyyətə 2014-cü ildə başlayıb, bu təyinata qədər Bakı şəhəri Cavid Nurməmmədov adına 108 nömrəli tam orta ümumtəhsil məktəbində təlim- tərbiyə işləri üzrə direktor müavini çalışıb.

25 Noyabr 2026, 12:00

Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Şəhidlər xiyabanını ziyarət edib.Citypost.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.“Millətinin gələcəyi uğrunda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik. Onların fədakarlığı Azərbaycan xalqının dözümlülüyünün və qətiyyətinin əbədi simvolu olaraq qalır”, – Budris "X" hesabında bildirib.O qeyd edib ki, Azərbaycanın ağrısı və dözümlülüyü Litvada da dərindən əks-səda doğurur. Budris Azərbaycan və Litvanın azadlıq və suverenlik uğrunda mübarizə ilə formalaşmış ortaq tarixə malik olduğunu vurğulayıb....

25 Noyabr 2026, 11:40

Lənkəranın 7 kəndində işıq kəsiləcək

Bu gün Lənkəran rayonunun 7 kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.Citypost.az xəbər verir ki, cari iş planına uyğun olaraq noyabrın 25-də saat 10:00-dan 12:00-dək "Hirkan" hava xəttində təmir işləri aparılacaq.Bununla əlaqədar rayonun Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndləri üzrə ümumilikdə 6500 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.Elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

25 Noyabr 2026, 10:52

Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Citypost.az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 25-i saat 10:00-a olan məlumatında qeyd edilib.Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki, Oğuzda yağış, Şahdağda isə arabir qar yağır.Bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Gəncə və Tovuzda 24, Zəngilanda 23, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Zaqatala, Daşkəsən, Lerik və Naftalanda 18, Sabirabad və Kəlbəcərdə 17, Tərtər, Şəmkir və Gədəbəydə 16, Şəkidə 15 m/s-dək güclənir....

25 Noyabr 2026, 10:42